ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

06.02.12 Mixail Şvıdkoy: Heydər Əliyev Fondu bugünkü Azərbaycan haqqında dünyanı məlumatlandırmaqla çox mühüm iş görür

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy AzərTAc-a müsahibəsində bu il oktyabrın əvvəlində Bakıda keçiriləcək Beynəlxalq Humanitar Foruma hazırlığın gedişini şərh edərək demişdir: “RF Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsinin sədri olmağa razılıq vermişdir”. Forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının bu yaxınlarda seçiləcək Prezidentinin himayəsi altında keçiriləcəkdir.
O demişdir: “Təşkilat Komitəsinin məsələləri ilə Prezident Administrasiyalarının rəhbərləri məşğul olduğu üçün RF Prezident Administrasiyasının rəhbəri Sergey İvanov Forumun Təşkilat Komitəsinin sədri olmağa razılıq vermişdir, Azərbaycan ilə Rusiya arasında daha yaxşı münasibətlər yaradılmasına xeyli vaxt ayıran əvvəlki sədr Sergey Narışkin isə yeni qisimdə hökmən forumun qonağı olacaqdır. Mənim fikrimcə o, foruma hazırlıq prosesində əvvəlcə Azərbaycana səfər edəcəkdir”.
M.Şvıdkoy demişdir: “Biz Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev və Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə ilə məsləhətləşərək bu qənaətə gəlmişik ki, növbəti forum bundan əvvəlki forumda yaranmış ideyaları bir qədər inkişaf etdirməlidir. Bizim fikrimizcə, əvvəlki forumda əldə edilmiş bütün müsbət nəticələri qoruyub saxlayacağıq, lakin təbii ki, hər bir işdə inkişaf və yeni keyfiyyət tələb olunur”.
Mixail Şvıdkoy demişdir: “Bakı Beynəlxalq Humanitar Forumu əsasən müasir biliklərin, humanitar elmin və bütövlükdə müasir elmin insan həyatı ilə sıx bağlı olmasına, bir sıra elmi kəşf və ideyaların bəşəriyyətin mövcudluğu dediyimiz vəziyyətə transformasiyasına istiqamətlənmişdir. Bu baxımdan, bəzi adamların intellektual Davos adlandırdığı forumun ideyası, şəksiz, böyük əhəmiyyət kəsb edir, çünki müasir dövrdə istər cari siyasi həyatda, istərsə də fundamental elmlər sahəsində nələr baş verdiyini insanlara bildirmək çox vacibdir. Bu mənada düşünürəm ki, biz iqtisadiyyata, fizikaya, koqnitiv elmlərə, yəni təbii, elmi və psixoloji bilikləri birləşdirən elmlərə həsr edilmiş “dəyirmi masaları” da saxlayacağıq. Təbii ki, multikulturalizm mövzusunu davam etdirəcəyik. Bu gün biz yüksək texnologiyalar sahəsində nələr baş verməsi və həmin texnologiyaların insanın dünyanı qavramasına, müasir insanın dünyagörüşünə necə təsir göstərməsi barədə danışırıq. Bir sözlə, biz forumun əhatə dairəsini genişləndirməyə çalışacağıq. Belə ki, birinci forumda altı “dəyirmi masa” vardısa, bu dəfə onların sayı yeddi və ya səkkiz olacaqdır. Ən başlıcası, biz Nobel mükafatına, dünyada mövcud olan digər nüfuzlu mükafatlara layiq görülmüş laureatları, dünya şöhrətli aparıcı alimləri Bakı forumuna cəlb etməyə çalışacağıq, onlar müasir insanın həyatı ilə müasir elmi təsəvvürlər arasında əlaqələrin ən mühüm problemləri barədə danışacaqlar. Bu gün dünyaya yeni ideyalar təklif edən ölkələr qazanırlar. Məlumdur ki, Azərbaycanın təbii sərvətləri çoxdur, lakin mənim fikrimcə, bütün dünyada olduğu kimi, Azərbaycanın da əsas sərvəti bu ölkənin xalqı, həmin xalqın intellekti, yaratmaq və qurmaq bacarığıdır. Bu mənada belə bir forum zəruridir”.
Xüsusi nümayəndə humanitar məkanın və mədəniyyətlərarası dialoqun formalaşması prosesində Heydər Əliyev Fondunun mühüm rolunu xüsusi vurğulamışdır. Mixail Şvıdkoy sonda demişdir: “Heydər Əliyev Fondunun yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın təbii ifadəsidir. Fonda ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etməsi də təbiidir. Bir qayda olaraq birinci xanımlar xeyriyyə fondları və humanitar fondlar yaradırlar, bu mənada Heydər Əliyev Fondu bugünkü beynəlxalq ənənələrə uyğundur. Mənim fikrimcə, bu fond bugünkü Azərbaycan haqqında dünyanı məlumatlandırmaqla Azərbaycan üçün və Azərbaycan xalqı üçün çox mühüm iş görür”.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku