ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

09.01.2014 Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin giriş nitqi

- Nazirlər Kabinetinin bugünkü toplantısında biz 2013-cü Mens Lacoste flowers. ! . ! R e ones andLuxuriant ilin yekunlarını müzakirə edəcək, 2014-cü ildə qarşıda duran vəzifələr haqqında danışacağıq. nike heels

Deyə bilərəm ki, keçən il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Azərbaycanda böyük işlər görülmüşdür. Bu işlərin hamısını sadalamaq üçün bir neçə saat vaxt lazım olacaqdır. Biz bu gün əsas məsələlər ətrafında fikir mübadiləsi aparacağıq. Ancaq bir daha demək istəyirəm ki, 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Bir sözlə, biz ölkəmizin uğurlu inkişafını təmin edə bildik.

Azərbaycanın beynəlxalq nüfuzu artdı. Beynəlxalq əlaqələrimizin inkişafı üçün gözəl imkanlar vardır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. 2013-cü ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti başa çatdı. İki il ərzində Azərbaycan öz mövqeyini ortaya qoydu. Mən bəyan etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında biz beynəlxalq hüququ və ədaləti müdafiə etmişik, hər min’s to 1 hr drive Lacoste Outlet UK on the internet new jerseybir məsələ ilə bağlı konkret mövqe sərgiləmişik, prinsipial mövqe tutmuşuq. Deyə bilərəm ki, bu iki il ərzində beynəlxalq birlik tərəfindən Azərbaycana olan inam və dəstək daha da artdı. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasına seçiləndə 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir. Hazırda hesab edirəm ki, bu dəstək daha da böyükdür.

Bu, onu göstərir ki, beynəlxalq aləm dövlətimizin mövqeyini müdafiə edir, dəstəkləyir, addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. Şübhəsiz ki, beynəlxalq birlik bu amilləri nəzərə alaraq Azərbaycana dəstəyini daha da artıracaqdır.

2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında da əlamətdar hadisə baş vermişdir. Yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız, qərəzli, ikili standartlar əsasında təşkil edilmiş hücum fiaskoya uğramışdır. Assambleyada böyük əksəriyyət antiazərbaycan kampaniyasına qoşulmamışdır, bu, kampaniyanın təşəbbüskarlarını, o cümlədən pərdəarxası təşəbbüskarlarını məyus etmişdir və Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Siyasi amillərlə şərtlənən qətnamənin layihəsi keçmədi, Azərbaycanın mövqeyi üstünlük təşkil etdi. Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti qələbə qazanmışdır. nike high heels

Bu hadisə bir də onu göstərmişdir ki, haqq-ədalət həmişə zəfər çalmalıdır. Azərbaycan öz prinsipial, ədalətli mövqeyini nümayiş etdirdi və Assambleyanın qərarı antiazərbaycan qüvvələrinə vurulan ən böyük zərbələrdən biridir. Hesab edirəm ki, bundan sonra onlar və onların arxasında dayanan antiazərbaycan qruplaşmalar özləri üçün nəticə çıxaracaqlar.

2013-cü ildə Azərbaycanda bir sıra beynəlxalq tədbir keçirilmişdir. Mən onlardan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə konfransı qeyd etmək istəyirəm. Azərbaycan bu konfransın keçirilməsində təşəbbüskar kimi çıxış etmişdir. Hesab edirəm ki, bu, bizim mövqeyimizi əks etdirir. Fələstinli qardaşlarımıza olan dəstəyi biz bir daha nümayiş etdirdik. Bakıda İslam Əməkdaşlıq Təşkilatının, üzv ölkələrin nazirlərinin iştirakı ilə böyük donor konfransı keçirilmişdir və Azərbaycan öz tərəfindən Fələstinə maddi yardım da etmişdir.

Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli saziş imzalandı. Bu, bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin təzahürüdür. Bu münasibətlər gələcəkdə də inkişaf edəcəkdir. Hazırda – təbii ki, 2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir.

Mən dəfələrlə bəyan etmişəm ki, biz Avropa İttifaqı ilə və üzv olmadığımız bütün başqa təşkilatlarla səmərəli işgüzar münasibətlər qurmaq istəyirik. Biz buna nail ola bilmişik. Üzv olmadığımız bütün təşkilatlarla münasibətlərimizin prinsipləri açıqdır, aydındır və beynəlxalq prinsiplərdən kənarda deyildir, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, qarşılıqlı dəstək, anlaşma və hərtərəfli əməkdaşlıq prinsipləridir. Əminəm ki, biz növbəti illərdə Avropa İttifaqı ilə daha da səmərəli formatın yaradılmasına nail olacağıq.

Bakıda III Beynəlxalq Humanitar Forum keçirilmişdir. Bu, artıq gözəl ənənədir və dünya ictimaiyyətinin diqqətini çəkir. Tanınmış siyasətçilər, elm xadimləri, 10-dan çox Nobel mükafatı laureatı bu tədbirdə iştirak etmişlər. Artıq Azərbaycan dünya gündəliyində dözümlülük, tolerantlıq, humanitar əməkdaşlıq məsələləri ətrafında öz böyük rolunu ortaya qoymuşdur. Bakı və Azərbaycan artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrilibdir. Artıq beynəlxalq ictimaiyyət də bunu qəbul edir, dəstəkləyir. nike heels uk

İkinci Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Təxminən bu forumun da gündəliyi oxşardır. Yəni, bir sözlə, Azərbaycanda keçirilən çoxsaylı tədbirlər, o cümlədən dünyanın bir nömrəli iqtisadi qurumu olan Dünya İqtisadi Forumunun – Davos Forumunun toplantısının Bakıda keçirilməsi ölkəmizin önəmini artırdı, beynəlxalq imicini möhkəmləndirdi və Azərbaycanı dinamik, müasir dövlət kimi bir daha dünya ictimaiyyətinə təqdim etdi. Yəni, mən bu gün sadəcə olaraq cəmi bir il ərzində keçirilən əsas beynəlxalq tədbirləri sadalamışam. Görün, nə qədər böyük işlər görülmüşdür və Azərbaycanın mövqeyi nə qədər möhkəmləndirilmişdir.

Bizim başqa ölkələrlə ikitərəfli formatda münasibətlərimiz də inkişaf etmişdir. Mənim çoxsaylı xarici səfərlərim, xarici qonaqların Azərbaycana səfərləri bu əlaqələri daha da möhkəmləndirmişdir. Əminəm ki, bu il də bu meyl davam etdiriləcəkdir.

Xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində, əfsuslar ki, heç bir irəliləyiş olmamışdır. Ermənistan tərəfi il ərzində danışıqlar prosesini yenə də müxtəlif bəhanələrlə uzatmaq taktikasını seçmişdir. Demək olar ki, il ərzində danışıqlar prosesində heç bir irəliləyiş olmamışdır, durğunluq hökm sürmüşdür. Sadəcə olaraq ilin sonunda müəyyən canlanma müşahidə edilib. Görərik, əgər Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə, qısa müddət ərzində razılaşmaya gəlmək mümkün olacaqdır. Müəyyən ümidlər, müəyyən nikbin məqamlar vardır, ancaq 2014-cü ildə biz bunları araşdıracağıq. Hər halda 2014-cü ildə Ermənistanın həqiqi niyyəti tam bəlli olacaqdır. Sözün düzü, keçən dövr nikbinliyə o qədər də əsas vermir. Çünki Ermənistan bütün danışıqlar prosesi zamanı qeyri-konstruktiv mövqe sərgiləmişdir, vaxtı uzatmaq taktikasını seçmiş və beləliklə, danışıqlar prosesini iflic vəziyyətə salmışdır.

Ancaq əgər Ermənistanda realist yanaşmalar üstünlük təşkil edərsə, hesab edirəm ki, qısa müddət ərzində münaqişə ilə bağlı irəliləyiş ola bilər. Realist yanaşma isə gerçəyə, real güclər nisbətinə söykənməlidir. Azərbaycanın artan gücü də burada öz rolunu oynayır və oynayacaqdır. Bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır, Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Deyə bilərəm ki, demoqrafik fəlakət yaşanır və bunu Ermənistanın rəsmi orqanları da təsdiq edir. Ona görə əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlarda nə imkanlar var, nə də ki, potensial.

Hesab etmirəm ki, hansısa bir ölkə üçün ancaq xarici yardıma arxalanmaq böyük şərəf gətirir. Hər bir ölkə hər halda çalışmalıdır ki, öz müstəqilliyini qorusun, öz seçimini müdafiə etsin, öz dövlətinin gələcəyi haqqında düşünsün. Hər halda güclər nisbəti çox ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişildi. Mən bu barədə hələ 5-6 il bundan əvvəl demişəm, öz fikirlərimi bildirmişəm. Artıq biz buna nail ola bilmişik və bundan sonrakı dövr də şübhəsiz, Azərbaycan dövləti üstünlüyünü daha da möhkəmləndirəcəkdir.

Ümid edirik ki, danışıqlar prosesində müsbət dəyişikliklər olacaqdır. Beynəlxalq vasitəçilər çalışırlar ki, burada irəliləyiş olsun. Ancaq mən bunu qeyd etməliyəm, onların fəaliyyətinin hələ ki, heç bir nəticəsi olmamışdır. Bu da reallıqdır. Biz vasitəçilər tərəfindən, onların dövlət başçıları tərəfindən müsbət bəyanatları eşidirik. Onların içində xüsusilə qeyd etməliyəm ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatlarında status-kvonun qəbuledilməzliyi haqqında sözlər deyilmişdir. Bu, çox müsbət haldır. Eyni zamanda, onlar daim təkrarlayırlar ki, danışıqlara alternativ yoxdur. Bilirsiniz, müasir dünyada hər bir sahədə kifayət qədər alternativ vardır. Sadəcə olaraq biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll edilsin. Azərbaycan öz konstruktiv mövqeyini ortaya qoyur və ümid edirəm ki, danışıqlarla bağlı prosesdə vasitəçilər daha da fəal rol oynayacaqlar. Sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməlidir, işğal edilmiş torpaqlardan çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Razılaşmanın prinsipləri bundan ibarətdir.

Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcəkdir. Mən buna şübhə etmirəm və buna nail olmaq üçün biz hələ ki, danışıqları davam etdirəcəyik, ancaq öz gücümüzü də artıracağıq.

O cümlədən hərbi gücümüz də artır. 2013-cü ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar atılmışdır. Biz çox ciddi islahatlara başladıq. Bu islahatlar öz nəticəsini verməkdədir. Bizim döyüş qabiliyyətimiz artır, 2014-cü ildə böyük dərəcədə artacaqdır. Qeyd etməliyəm ki, bizim hərbi potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxarır. Nəzərə alsaq ki, son illərdə Azərbaycan böyük həcmdə silah-sursat, texnika almışdır, – ən müasir texnikadır, – bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artacaq, artır və bu, danışıqlar prosesinə ancaq müsbət təsir göstərəcəkdir.

Bəzi hallarda bu məsələ ilə əlaqəsi olmayan qurumlar, yaxud da, Ermənistanın dəyirmanına su tökən siyasətçilər bizi tənqid etməyə çalışırlar ki, nə üçün Azərbaycan hərbi büdcəsini artırır. O ölkələrin nümayəndələri bunu deyir ki, onların hərbi büdcəsi göylərə qalxıbdır. Bizim təbii hüququmuzdur, biz öz hərbi potensialımızı artırırıq, artıracağıq. Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaqdır. Biz bu gün güclü ordu yaradırıq. Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Əlbəttə ki, ordu quruculuğu işi davam etdiriləcəkdir.

Erməni işğalından əziyyət çəkən soydaşlarımızın problemləri də keçən il həll olunmuşdur, 20 min köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. Bu il də ən azı 20 min köçkünün yeni evlərə köçürülməsi nəzərdə tutulur. Faktiki olaraq, biz il ərzində bir şəhər yaradırıq və bu siyasəti davam etdirəcəyik. Çünki hələ ki, məktəblərdə, uşaq bağçalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda ağır vəziyyətdə yaşayan köçkünlər kifayət qədərdir. Artıq bu proses də başlamışdır və davam etdiriləcəkdir.

Əlbəttə ki, ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən edir və iqtisadi islahatların dərinləşməsində Azərbaycan böyük uğurlara imza atıb. Əgər biz güclü iqtisadiyyat yaratmasaydıq, əminəm ki, nə beynəlxalq aləmdə, nə də regionda bu uğurlara nail ola bilməzdik. 2013-cü ildə iqtisadiyyatımız inkişafını davam etdirmişdir. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Bu, çox böyük göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artır, təxminən 6 faiz səviyyəsində artan ümumi daxili məhsul böyük nəticədir. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz 9,8 faiz artmışdır. Yəni, təxminən 10 faiz artmışdır və bu da son illərdə aparılan islahatların nəticəsidir. Aparılan islahatlar bunu təmin edibdir. Qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün indi ciddi proqramlar icra edilir və növbəti illərdə icra ediləcəkdir. Əminəm ki, biz bu dinamikanı saxlayacağıq. Əhalinin pul gəlirləri 8 faiz artmışdır. İnflyasiya isə cəmi 2,4 faizdir. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələyir. Bu, onu deməyə əsas verir ki, vətəndaşların rifah halı yaxşılaşır və müsbət dinamika burada da özünü göstərir.

İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, rekord göstəricidir. Heç vaxt il ərzində bu qədər investisiya qoyulmamışdır. Son bir neçə il ərzində orta hesabla 20-21-22 milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5 milyard dolları daxili sərmayədir. Bu da artıq neçə ildir ki, davam edən tendensiyadır. Daxili sərmayə xarici sərmayəni üstələyir. Bu, hesab edirəm ki, müsbət haldır. Əlbəttə ki, daxili sərmayənin içində əsas sərmayə dövlət sərmayəsidir. Ancaq özəl sektor da Azərbaycan iqtisadiyyatına böyük yatırımlar edir.

Bizim valyuta ehtiyatlarımız da rekord həddə çatmışdır. Mən dəfələrlə demişəm, yenə də qeyd etmək istəyirəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artmalıdır və artır. Son illər ərzində elə bir il olmamışdır ki, valyuta ehtiyatlarımız aşağı düşsün. Baxmayaraq ki, çoxlu investisiya layihələri icra edilir, keçən il də artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatmışdır. Bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir. Bunu biz yaratmışıq, bunu bizim siyasət, bizim iqtidar yaradıbdır. Bu, Azərbaycanın böyük üstünlüyüdür, bizə əminlik, inam və imkan verir ki, bundan sonra da ölkəmizin inkişafı ilə bağlı böyük layihələri icra edək.

Keçən il işsizliklə bağlı olan problemlər öz həllini tapmışdır. 110 min yeni iş yeri açılmışdır ki, onlardan 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə düşmüşdür. Yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür, 5,3 faizdir. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bu da dünya miqyasında ən gözəl göstəricilərdən biridir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür.

Budur bizim əsas iqtisadi göstəricilərimiz. Şübhə etmirəm ki, biz iqtisadi inkişafı gələcək illərdə də təmin edəcəyik. Bu barədə biz bir qədər sonra danışacağıq ki, 2014-cü il də ölkəmiz üçün uğurlu olsun.

Keçən il sosial məsələlərin həlli işində önəmli addımlar atılmışdır. İlk növbədə, sovet vaxtından qalan əmanətlərin qaytarılması, daha doğrusu, kompensasiya şəkilində əhaliyə verilməsi prosesi başa çatmışdır. Deyə bilərəm ki, MDB məkanında bu əmanətlərin kompensasiya şəklində verilməsində Azərbaycan təcrübəsi birinci yerdədir. Biz bunu ən qısa müddətdə – iki il ərzində təmin etmişik. Biz bu vəsaiti əhaliyə ən böyük əmsalla çatdırmışıq. Baxmayaraq ki, müstəqil Azərbaycan dövləti bu məsələ ilə bağlı heç bir məsuliyyət daşımırdı – nə hüquqi, nə mənəvi məsuliyyət. Ancaq siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayandığı üçün biz bunu etdik. Böyük vəsait ayırdıq və qısa müddət ərzində bu məsələni həll edə bildik.

Keçən il maaşlar və pensiyalar qaldırılmışdır. Bu da müsbət haldır. Biz yaxşı bilirik ki, bəzi ölkələrdə pensiyalar, maaşlar kəsilir, iş yerləri, xərclər ixtisar edilir. Azərbaycanda heç bir sosial proqrama toxunulmadı, əksinə biz insanların rifah halının yaxşılaşması üçün əlavə tədbirlər gördük. Həm sosial yönümlü, həm investisiya yönümlü. Əlbəttə ki, bu, özünü real həyatda da göstərir.

2013-cü ildə qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır və statistik göstəricilər də bunu təsdiqləyir. Mən onların içində kosmik sənayenin yaranmasını qeyd etmək istəyirəm. 2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır. Təsadüfi deyil ki, biz ilin əvvəlində 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etdik. Birinci Azərbaycan peyki “Azərspace-1” fəzaya qaldırılmışdır. Bu, xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir. Biz kosmik kluba üzv olmuşuq.

Turizmin inkişafı ilə bağlı böyük addımlar atılmışdır. Xüsusilə bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilmişdir. Yeni turizm mərkəzləri açılır. Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər. Yəni, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu istiqamət də çox önəmlidir.

Əlbəttə, kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun deyə bilərəm ki, əsas istiqamətlərindən biridir. Keçən il kənd təsərrüfatı təxminən 5 faiz artmışdır. Ancaq potensial daha da böyükdür. Mən hesab edirəm ki, 2014-cü ildə və ondan sonrakı illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı daha da böyük işlər görüləcəkdir. Böyük proqramlarımız, planlarımız vardır. Həm struktur xarakterli islahatlar, idarəçilikdə təkmilləşmə getməlidir. İndi subsidiyalarla bağlı yeni təkliflər müzakirə edilir. Əlbəttə ki, dövlət investisiyaları, infrastruktur layihələri, xüsusilə suvarma ilə bağlı olan layihələr hesab edirəm ki, kənd təsərrüfatının inkişafına yeni təkan verəcəkdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ən böyük vəsait fermerlərə verilir. Bu il də bu, davam etdiriləcəkdir. Yəni, qeyri-neft sektorunun inkişafı bu il də bizim iqtisadi sahədə prioritet olaraq qalır.

Ancaq biz əlbəttə ki, neft sektorunu da, nəqliyyat sektorunu da unutmamalıyıq. Nəqliyyat sektorunda da böyük işlər görülmüşdür. Beş yüz kilometr yol çəkilmişdir. Həm magistral yollar, həm də dörd yüz yaşayış məntəqəsini birləşdirən kənd yolları çəkilmişdir. Həm dövlət büdcəsinin, həm də Prezidentin ehtiyat fondu hesabına. Yəni, bu sahəyə də böyük önəm verilir. Qlobal nəqliyyat layihələri icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gedir. Bu il də bu işin böyük hissəsi görüləcəkdir. Ümid edirəm ki, biz 2015-ci ildə artıq yolun açılışını qeyd edə bilərik. Gəmiqayırma zavodunun açılışı. Bu da həm sənaye, həm qeyri-neft, həm də nəqliyyat sektorunun güclənməsinə xidmət göstərəcəkdir. Ələt Dəniz Ticarət Limanı tikilir. Bu il biz onun birinci mərhələsinin açılışını gəzləyirik. Dəmir yolunun, hava nəqliyyatının yenilənməsi prosesi gedir. Yəni, bütün nəqliyyat sektoru inkişaf edir.

Əlbəttə ki, neft-qaz sektorunda da 2013-cü il tarixdə qalacaqdır. 2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi sazişlər bağlanmışdır. 2012-ci ildə TANAP layihəsi ilə bağlı sazişin imzalanması buna gətirib çıxardı ki, 2013-cü ilin iyun ayında Trans-Adriatik boru xətti əsas marşrut kimi seçilmişdir. Ondan sonra müvafiq kontraktlar bağlanmışdır. Artıq Azərbaycan qazının 2018-ci ildən sonra Avropada satılması ilə bağlı bütün kontraktlar bağlanmışdır. Bu da çox önəmli bir hadisə idi. Nəhayət, ilin sonunda – dekabrın 17-də Bakıda “Şahdəniz-2” investisiya Sazişi bağlanmışdır. Bu tarixi nailiyyətdir, tarixi qələbəmizdir. Bu layihə XXI əsrin layihəsidir.

Bu layihə Azərbaycana böyük dividendlər gətirəcəkdir – həm iqtisadi, həm siyasi. Ölkəmizin nüfuzu, bizim iqtisadi gücümüz artacaqdır. Ölkəmizə böyük həcmdə investisiyalar gətiriləcəkdir. “Şahdəniz-2”, TANAP, TAP – yəni, bu məsələ ilə bağlı olan layihələrin icrası ancaq ilkin hesablamalara görə, 45 milyard dollar investisiyanın cəlb edilməsinə xidmət göstərəcəkdir. Nəzərə alsaq ki, artıq Azərbaycanda tikinti sektorunda, infrastruktur layihələrinin icrasında, neft-qaz əməliyyatlarının aparılmasında böyük təcrübə toplamış həm dövlət, həm özəl qurumlar, şirkətlər vardır, əlbəttə, bu şirkətlərə böyük sifarişlər veriləcəkdir. Beləliklə, bizim biznesimizdə qeyri-neft sektorumuz yeni imkanlara çatacaqdır. Əlbəttə, biz çalışacağıq və bunu artıq demişik ki, harada mümkündür, harada bizdə standartlara uyğun işlər görülür bütün kontraktlar Azərbaycan şirkətlərinə verilsin və onlara şərait yaradılsın. Yəni, bu layihə Azərbaycanı dünyaya əvəzolunmaz bir qaz ixrac edən ölkə kimi təqdim edir.

Yaxşı bilirsiniz ki, bu layihə beynəlxalq birliyin də böyük dəstəyini qazanmışdır. Azərbaycanda aparıcı ölkələrin, yüksək vəzifəli şəxslərin iştirakı ilə təntənəli mərasim keçirilmişdir. Azərbaycan “Cənub” qaz dəhlizinin təşəbbüskarı kimi burada da öz həlledici rolunu oynadı. Mən tam əminliklə deyə bilərəm ki, əgər Azərbaycan bu tarixi məsuliyyəti öz üzərinə götürməsəydi və həlledici anlarda cəsarət, uzaqgörənlik, prinsipial mövqe göstərməsəydi, bu layihə icra edilməzdi. Biz “Cənub” qaz dəhlizi ilə bağlı artıq 10 ilə yaxındır ki, müxtəlif tədbirlərdə iştirak edirdik. Mən şəxsən bəlkə 10-a yaxın beynəlxalq konfransda, tədbirdə, müşavirədə iştirak etmişdim. Ancaq görürdük ki, bu məsələ inkişaf etmir, yəni, elə yerində sayır, tərpənmir, qabağa getmir. Ona görə, biz yenə də məsuliyyəti öz üzərimizə götürdük. Biz anlayırdıq ki, bu layihənin lideri olmalıdır və liderlik funksiyasını öz üzərimizə götürdük. Bu, böyük məsuliyyətdir. Həm siyasi məsuliyyətdir, həm maliyyə məsuliyyətidir. Ancaq son illər ərzində yaratdığımız güclü iqtisadiyyat bu gün imkan verir ki, biz bu layihələrdə də, qlobal xarakter daşıyan layihələrdə də liderlik keyfiyyətlərimizi ortaya qoyaq. Bu gün Avropanın enerji təhlükəsizliyi məsələlərinin bir hissəsi Azərbaycan tərəfindən irəli sürülmüş layihələr hesabına təmin ediləcəkdir. Bu layihənin əhəmiyyəti o qədər böyükdür ki, gələcək illər mənim sözlərimi bir daha təsdiqləyəcəkdir.

Nəhayət, 2013-cü ildə Azərbaycanda ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə baş vermişdir – prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha öz səsini bizim siyasətimizə, real siyasətə vermişdir, boşboğazlığa, boş vədlərə yox, real siyasətə, real işlərə öz səsini vermişdir. Doğma xalqıma bir daha minnətdarlığımı bildirmək istəyirəm ki, on illik fəaliyyətimi yüksək qiymətləndirərək mənə yenidən böyük etimad göstərmişdir. Bildiyiniz kimi, seçkiləri müşahidə edən bütün mötəbər təşkilatlar seçkilərə çox müsbət qiymət vermişlər. Avropa Şurası, Avropa İttifaqı, ATƏT Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər mötəbər təşkilatlar, yəni, qlobal təşkilatlar seçkilərin keçirilməsini birmənalı olaraq yüksək qiymətləndirmişlər və öz bəyanatlarında seçkilərin azad, ədalətli, şəffaf keçirilməsi haqqında rəsmi rəy ortaya qoymuşlar. Ancaq bir daha demək istəyirəm ki, əsas rəyi Azərbaycan xalqı vermişdir.

Səsvermə günü və səsvermədən sonrakı dövrdə cəmiyyətdə hökm sürən vəziyyət bir daha seçkilərin nə qədər şəffaf, ədalətli keçirilməsini təsdiqləyir. Əlbəttə ki, bu böyük etimad bizim hamımızı yeni işlərin görülməsinə sövq edir, sövq etməlidir. Biz bundan sonra da fəal işləməliyik, ölkəmizi gücləndirməliyik, Azərbaycan xalqının rifah halını təmin etməliyik.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku