ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

13.04.12 Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Moskvada “Birlik Ulduzları” Dövlətlərarası mükafatı təqdim edilmişdir.

Moskva, 13 aprel (AzərTAc).

Moskvada, Rusiya Dövlət Kitabxanasının Paşkov Evində “Birlik Ulduzları” dövlətlərarası mükafat laureatlarının təntənəli təltif mərasimi olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya humanitar fəaliyyət sahəsində “Birliyin Ülduzları” mükafatı təqdim edilmişdir. Bu yüksək mükafat MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən təsis edilmişdir.
Mərasimi Dövlət Dumasının sədri Sergey Narışkin açmışdır. O, MDB məkanında mədəniyyətlərarası humanitar əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir. RF parlamentinin spikeri laureatlardan hər birinin görkəmli xidmətləri barədə qısa məlumat vermiş, Azərbaycanın birinci xanımını şəxsən salamlamışdır. O, Mehriban xanım Əliyevanın səhiyyə sahəsində, sosial sferada, mədəniyyət və humanitar sahələrdə görkəmli xidmətlərini, habelə Birliyin bütün xalqlarının rifahı naminə inteqrasiya proseslərinin möhkəmlənməsində müstəsna rolunu xüsusi qeyd etmişdir. Sergey Narışkin demişdir: “Mən Heydər Əliyev Fondunun prezidenti, ümumbəşəri dəyərlərin möhkəmlənməsi, ölkələrimiz və xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma naminə çox böyük qüvvə, enerji və qəlbinin hərarətini sərf edən Mehriban xanım Əliyevanı salamlamağa ürəkdən şadam. Biz bilirik ki, Mehriban Əliyeva UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri fəxri adına, anaların və ailənin sağlamlığının möhkəmlənməsində xidmətlərinə görə Dünya Səhiyyə Təşkilatının mükafatına layiq görülmüşdür, həmçinin Azərbaycanda olimpiya hərəkatının inkişafına kömək edir”. 
Sonra Dövlət Dumasının sədri Sergey Narışkin mükafatı Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim etmişdir. 
Mehriban xanım Əliyeva bu mükafata və onun fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə DHƏF-ə və HƏŞ-ə səmimi təşəkkürünü bildirmişdir. O demişdir: “Mən bu mükafatı müasir Azərbaycanın xidmətlərinin etiraf edilməsi kimi, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsi işinə mənim ölkəmin töhfəsi kimi qiymətləndirirəm”.
O bildirmişdir ki, ölkələrimizin müstəqil dövlətlər kimi təşəkkülü dövründə mehriban qonşuluq və əməkdaşlıq kimi müsbət meyillərin qorunub saxlanması və möhkəmlənməsi çox vacibdir. 
M.Əliyeva demişdir: “Azərbaycan coğrafi baxımdan Avrasiyanın mərkəzində yerləşir və əsrlər boyu ölkəmiz çoxsaylı mədəniyyətlərin və sivilizasiyaların əlamətlərini özündə birləşdirir”.
Mehriban xanım Əliyeva xüsusi vurğulamışdır ki, 2010-cu ildə Bakıda Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu keçirilmiş, sonradan bu tədbir hər il keçirilən Beynəlxalq Humanitar Foruma çevrilmişdir. Aşkardır ki, yaşadığımız mürəkkəb və ziddiyyətli dünyada bəzən adi anlaşma, dözümlülük və hörmət münasibətləri çatışmır. Mehriban Əliyeva çıxışının sonunda demişdir: “Mənim fikrimcə, etimadı möhkəmlətmək, anlaşmaya nail olmaq, yığılıb qalmış problemlərin həlli mexanizmlərini yaratmaq yalnız birgə səylərimizlə, mənəviyyat və humanizm, insaniyyət, inam və bir-birinin kədərinə şərik olmaq kimi ümumbəşəri dəyərlərə əsaslanmaqla və əlbəttə, humanitar və mədəni əlaqələri gücləndirmək və möhkəmləndirməklə mümkündür. İqtisadi əlaqələrin möhkəmlənməsi kimi təhsil, elm və mədəniyyət sahəsində irimiqyaslı layihələr də ölkələrimizin sülh və firavanlığa can atmasına kömək edir”. 
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev, Dövlət Duması Aparatının rəhbəri Cahan Pollıyeva da laureatları təbrik etmişdir. 
Mükafatların təqdim edilməsinə həsr olunmuş təntənəli mərasimin aparıcısı əməkdar incəsənət xadimi Svyatoslav Belza idi. 
Tədbirin sonunda Vladimir Spivakovun rəhbərlik etdiyi orkestrin iştirakı ilə bayram konserti olmuşdur. Konsertdə Azərbaycanın gənc nümayəndəsi, istedadlı skripkaçı Elvin Qəniyev çıxış etmişdir. 
Mehriban Arif qızı Əliyeva – Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatıdır, öz xeyriyyəçilik fəaliyyəti ilə ölkədə və onun hüdudlarından kənarda yaxşı tanınmışdır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun geniş miqyaslı layihələri ölkənin həyati əhəmiyyətli bütün sahələrini – təhsil, elm, mədəniyyət, ekologiya, idman, din və başqa sahələri əhatə edir. Yeni klinika və məktəblərin tikintisi, məscidlərin, məbədlərin və digər konfessiyalara aid dini abidələrin bərpası, müasir incəsənətin dəstəklənməsi və mədəni irsin təbliğ edilməsi Mehriban Əliyevanın fəaliyyət sahəsinin heç də tam olmayan siyahısıdır. O, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Bəşəriyyətin ali ideallarına xidmət sahəsində görkəmli nailiyyətlərinə görə 2007-ci ildə Dünya Səhiyyə Təşkilatının mükafatına, habelə “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülmüşdür.
Mehriban Əliyeva cəmiyyətdə qadının rolunun artırılması, anaların və ailənin sağlamlığının qorunması və möhkəmlənməsi məsələləri ilə fəal məşğul olur. Onun təşəbbüsü ilə Bakıda unikal Muğam Mərkəzi və Müasir İncəsənət Muzeyi tikilmiş, 2011-ci ildə Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu keçirilmişdir.
2010-cu ildə M.Əliyeva Fransanın Fəxri Legion Ordeni zabit rütbəsinə, habelə UNESCO-nun “Qэzэl Motsart” medalına və “Türk Dünyasına xidmət” mükafatına layiq görülmüşdür. 
Keçən il o, Krans Montana Forumunun Qızıl medalına layiq görülmüşdür.
Mehriban Əliyeva məzunu olduğu İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professorudur. 
Azərbaycanda Beynəlxalq “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinə rəhbərlik edir. 
Xatırladaq ki, “Birlik ulduzları” dövlətlərarası mükafatı hər il elm, təhsil, mədəniyyət və incəsənət sahələrində böyük uğur və töhfələrə, dünya nailiyyətləri səviyyəsinə uyğun olan və MDB ölkələrinin humanitar əməkdaşlığına şərait yaradan humanitar fəaliyyətə görə verilir. 
Təntənəli təltif mərasimində keçənilki laureatlar, Birlik ölkələrinin elmi və yaradıcı ziyalılarının nümayəndələri, 
MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin üzvləri, MDB ölkələrinin nazirliklərinin və idarələrinin, diplomatik korpusun nümayəndələri iştirak etmişdir.nike free run sale

 cheap nike cortez

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku