ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Bəyannamə 2013

III Bakı Beynəlxalq Humanitar Forumunun

BƏYANNAMƏSİ

Biz, 2013-cü il 31 oktyabr – 1 noyabr tarixlərində III Bakı Beynəlxalq Forumunda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrinin Bakıda toplaşmış siyasət, elm, mədəniyyət və təhsil xadimləri, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri,

Birləşmiş Millətlər Təşkilatının “Minillik Bəyannaməsi”ni və 2015-ci ildən sonrakı dövr üçün gündəliyini, həmçinin müasir mərhələdə qazanılmış elmi biliklərin və humanitar əməkdaşlığın səviyyəsinin cəmiyyətdəki transformasiya proseslərinə mühüm təsirini rəhbər tutaraq;

qüvvələrin və resursların inkişafın prioritet sahələrində cəmləşdirilməsi üçün Minilliyin İnkişaf Məqsədlərinin reallaşdırılması və bu istiqamətdə 2015-ci ildən sonrakı dövrün gündəminin müəyyənləşdirilməsi proseslərinə töhfələr verməyə çalışaraq;

dövlətlərarası və regional əməkdaşlığın bütün səviyyələrində həmrəyliyin zəruriliyini, o cümlədən inkişaf proseslərinin davamlılığının təmin edilməsi naminə elmi, humanitar, mədəni inteqrasiyanın aktuallığını nəzərə alaraq;

informasiya texnologiyalarının, dünya kommunikasiya və nəqliyyat sistemlərinin müasir inkişaf səviyyəsinin, qlobal səfərbərliyi sayəsində insan potensialının getdikcə artan imkanlarının mədəniyyətlər və sivilizasiyalararası dialoqun yeni yüksək dərəcəsi üçün şərait yaratdığını etiraf edərək;

iqtisadiyyatın istehlakın fasiləsiz artımına əsaslanan stimullaşdırılmasının etik, humanitar və resurs məhdudiyyətlərinin labüdlüyünə diqqəti yönəldərək;

istehlakın və istehsalın inkişafın mövcud disproporsiyasını daha da dərinləşdirən və ciddi narahatlıq doğuran qeyri-rasional strukturunun bütün dünyada ətraf mühitin vəziyyətinin davamlı pisləşməsinin başlıca səbəblərindən biri olduğunu düşünərək;

siyasi, mədəni və elmi elitanı, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələrini qloballaşma dövründə yeni humanitar etikanın mövcud tələblərinə uyğun qaydada əməkdaşlığın gücləndirilməsinə çağıraraq;

davamlı insan inkişafının əsas amillərinin qorunub saxlanılması üçün hələ görülməli çox işlərin olduğunu və biliyə əsaslanan iqtisadiyyatın dəstəklənməsi üçün:

– texnologiyaların konvergensiyası və XXI əsrin əsas çağırışları;

– iqtisadi inkişafın humanitar aspektləri;

– elmi innovasiyalar və onların təhsil sahəsinə tətbiqi;

– multikulturalizm və özünəməxsusluq;

– postmodern dövrdə milli özünüdərk;

– davamlı inkişaf və ekoloji sivilizasiya;

– molekulyar biologiyanın və biotexnologiyanın nailiyyətləri;

– informasiya məkanının qloballaşması şəraitində medianın aktual məsələləri

kimi istiqamətlərdə qazanılmış nailiyyətlərə əsaslanmağın zəruriliyini dərk edərək;

idarəçilik və istehsal texnologiyalarının konvergensiyası ilə bağlı müasir çağırış və təhlükələrin qlobal xarakter aldığını və cəmiyyətin inkişafında yeni dominantların aşkarlanması baxımından dünya birliyinin xüsusi diqqətini tələb etdiyini təsdiqləyirik;

insan potensialının elmi innovasiyaların təhsil sisteminə transformasiyası vasitəsilə inkişafının davamlı inkişaf proseslərinin təmin olunmasına yönəlmiş səylərin mərkəzində dayandığını, bu sahədə işbirliyinin möhkəmləndirilməsinin inkişafın vacib humanitar tərkib hissəsi olduğunu qəbul edirik;

multikulturalizm sahəsində bir çox ölkələrin, o cümlədən Azərbaycanın uğurlarını etiraf edir və müxtəlif ölkələrin cəmiyyətdə konsensus əldə olunmasına yönəldilən dövlət siyasətinin əsas tərkib hissəsi kimi qazanılmış təcrübənin öyrənilməsini zəruri sayırıq;

ksenofobiya, irqçilik və dözümsüzlüyün qarşısının alınması və eyni zamanda tolerantlıq mədəniyyətinin formalaşdırılması məqsədilə multikulturalizm problemlərinin kütləvi informasiya vasitələrində işıqlandırılmasının vacibliyini xüsusi qeyd edirik;

postmodern dövrdə milli özünüdərkin hər hansı təzahürünə qayğı və ehtiramla yanaşmanın, qarşılıqlı anlaşma və inam şəraitində dözümlülüyün, əməkdaşlıq və dialoqun sülhün və təhlükəsizliyin ən yaxşı təminatçısı olduğuna əminlik ifadə edirik;

davamlı inkişaf prinsiplərinin tətbiqinin zəruriliyini vurğulayır, bütün dövlətləri ekoloji sivilizasiyanın və ekoloji etikanın tələblərinə cavab verən fəaliyyət və həyat tərzinin formalaşdırılmasına və istehlakın şüurlu yetərlilik səviyyəsində təmin olunmasına dəvət edirik;

həyat keyfiyyətinin yüksəldilməsi və uzunömürlülüyün təmin edilməsi məqsədilə, həmçinin hazırda dünya miqyasında bu göstəricilərdə müşahidə olunan fərqlərin aradan qaldırılması üçün molekulyar biologiyanın və biotexnologiyanın nailiyyətlərinə əsaslanan texnologiyaların inkişafının zəruriliyini dərk edirik;

mədəniyyətlərin dialoqunun gerçəkləşdirilməsi və tolerantlıq mühitinin formalaşdırılması məqsədilə beynəlxalq strukturları və müxtəlif humanitar təşkilatları mütəmadi olaraq forum, konfrans, diskussiya və dəyirmi masalar keçirməyə çağırırıq;

bu qəbildən forumların hər il keçirilməsinin vacibliyini təsdiq edir, Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Hökumətinə, Heydər Əliyev Fonduna, Bakı Humanitar Forumunun bütün təşkilatçılarına Bakını cari ilin 31 oktyabr – 1 noyabr tarixlərində humanitar problemlər üzrə diskussiya mərkəzinə çevirən belə möhtəşəm aksiyanı təşkil etdiklərinə görə dərin təşəkkürümüzü bildiririk;

beynəlxalq humanitar əməkdaşlığın təşkili və bu istiqamətdə effektli koordinasiyanın təmin edilməsi məqsədilə Bəyannamənin qəbul olunmasını və istifadəsini vacib hesab edirik.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Прогноз погоды

Hava proqnozu

Weather forecast