ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Bəyannamə 2011-ci il

Bakı Beynəlxalq Humanitar Forumunun

BƏYANNAMƏSİ

Biz, 2011-ci il oktyabrın 10–11-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, siyasət, elm, təhsil və mədəniyyət nümayəndələri olaraq,

Birləşmiş Millətlər Təşkilatının “Minillik Bəyannaməsi”ni rəhbər tutaraq və qloballaşmanın yalnız və yalnız bizim hamımızın bütün müxtəlifliyi ilə ümumən bəşəriyyətə mənsubluğumuza əsaslanan ortaq gələcəyimizin formalaşdırılması istiqamətində genişmiqyaslı və ardıcıl səylərimizin gerçəkləşdirilməsi sayəsində ədalətli şəkil ala biləcəyiniqəbul edərək,

qloballaşan müasir dünyada dəyərlər sisteminin dəyişməsinin, sosial və mədəni proseslərin sürətlənməsinin, həyatın bütün sahələrində stereotiplərin alt-üst olmasının əvvəlki tarixi dövrlərdə cəmiyyətin şüurunda təşəkkül tapmış sosial təsəvvürlərdə əsaslı şəkildə dəyişikliklərə yol açdığını müəyyən edərək,

elmin, təhsilin inkişafının, yeni texnologiyaların meydana gəlməsinin, informasiya cəmiyyətinin təşəkkülünün əvvəllər sırf nəzəri görünən bir sıra problemləri aktuallaşdırdığını xatırladaraq,

qloballaşma prosesinin genişlənərək və dərinləşərək alimlər və siyasətçilər qarşısında bəşəriyyətin heç zaman üzləşmədiyi yeni problemlər qoyduğunu və yeni humanitar gündəliyin formalaşdırılmasını tələb edən çoxsaylı çağırışlar meydana çıxardığını nəzərə alaraq,

qloballaşmanın humanitar aspektlərinin elmi təhlilinin böyük əhəmiyyəti və zərurətinitəsdiq edərək,

təbiətlə ahəngdar və harmonik şəkildə yaşamağa hazırlığımızın və bacarığımızın olmaması səbəbindən planetar miqyaslı təhdidlərlə üz-üzə dayandığımızı etiraf edərək,

qloballaşmanın müxtəlif modellərinin və variantlarının nəzərdən keçirilməsinin bugünkü mövcud mədəniyyətlərin və mənəvi oriyentirlərin müxtəlifliyinə adekvat diqqət yetirməyə imkan verdiyini nəzərə alaraq,

qloballaşma şəraitində mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı təsiri prosesinin heç də müəyyən dəyərlər sistemini hamıya qəbul etdirmək kimi bir məqsəd daşımadığını qeyd edərək,

bir ölkənin və ya bir sıra ölkələrin dəyərlər sistemini heç də mütləq həqiqət kimi qəbul etməyərək və bununla yanaşı azadlıq, bərabərlik, həmrəylik, tolerantlıq, təbiətə ehtiram kimi fundamental dəyərlərin mühüm əhəmiyyətini dərk edərək,

sivilizasiyanın parçalanmasının qarşısını almağa qadir etik prinsip və normaların müəyyənləşdirilməsinin və qlobal etikanın bütün dünyada bərqərar olmasının vacibliyiniqəbul edərək,

mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun bütün cəhdlərinə baxmayaraq, sivilizasiyaların münaqişəsi təhlükəsinin kifayət qədər aktuallığını müəyyən edərək,

qloballaşma prosesinin daha güclü sosial yönüm almasının vacibliyini nəzərə çatdıraraq və hər bir insana onun daha dolğun töhfə verməsinin zəruriliyinə diqqət yetirərək,

sosial ədalət naminə ədalətli qloballaşma haqqında Bəyannamənin əsas müddəalarına şərik çıxaraq,
müzakirələr və geniş fikir mübadiləsi çərçivəsində:

  • Multikulturalizm: nailiyyətlər və problemlər;
  • Dünyanı dəyişdirən müasir texnologiyalar;
  • Elmlərin konvergensiyası;
  • Biotexnologiyalar və etikanın problemləri;
  • İnkişafın iqtisadi modellərinin humanitar aspektləri;
  • Sosial jurnalistika və yüksək texnologiyalar;
  • Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri

kimi problemləri nəzərdən keçirərək,

müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarını bir daha təhlil etməyə, etnik və mədəni özünüdərk arasında azad seçimi təmin etməyə, insanların əsas hüquq və azadlıqlarının bərqərar edilməsinə nail olmağa, ksenofobiya, irqçilik və dözümsüzlüyün bütün təzahürlərini qətiyyətlə pisləməyə çağırırıq;

müasir elmin və texnologiyaların, informasiya cəmiyyətinin bərqərar olması nəticəsində ortaya çıxan çoxsaylı humanitar problemlərinin kompleks şəklində araşdırılmasının zəruriliyini etiraf edirik;

planetar miqyaslı fəlakətlərin, ekoloji və texnogen qəzaların mümkünlüyünün, iqlim dəyişikliyinin və təbii resursların tükənməsinin aktuallığı ilə bağlı problemlərə diqqət yönəltməyi vacib hesab edirik;

biotexnologiyalar sahəsində əldə olunan uğurlarla bağlı fəlsəfi və etik problemlərin xüsusi əhəmiyyət kəsb etdiyinə diqqət yetirilməsinin vacibliyini vurğulayırıq;

yeni texnologiyaların enerji təhlükəsizliyi, sağlam qidalanma və Yer üzündə hər bir insanın rifahı problemlərinin həllinə kömək edəcəyinə ümidimizi ifadə edir, bütün ölkələrdə elmin və yüksək keyfiyyətli təhsilin inkişafına xüsusi diqqət göstərməyə, elmin və təhsilin inteqrasiyasının təmin olunması naminə mövcud potensialdan tam istifadə etməyəçağırırıq;

elmlərin konvergensiyası ideyasının son dərəcə uğurlu olduğunu və onun sivilizasiyanın yeni simasının formalaşması üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edirik;

canlı təbiətin yaratdıqlarını örnək kimi qəbul edərək nanotexnologiya, biotexnologiya, informasiya və koqnitiv texnologiyaların imkanlarından faydalanan və Yer üzündəki müxtəlif resursların tükənməsinin qarşısını almağa qadir olan yeni texnologiyaların yaradılmasının zəruriliyini qəbul edirik;

qloballaşmaya nail olmaq üçün hər bir ölkənin öz xüsusiyyətlərini nəzərə alan müxtəlif variantların mövcudluğunu dərk edirik;

insanın həmişəki kimi indi də inkişaf prosesinin başlıca subyekti olaraq qaldığına və gerçəkləşdirilən bütün ssenarilərdə onun istənilən inkişaf modelinin əsas iştirakçısı və siması olduğuna diqqət yetiririk;

qloballaşma kontekstində inkişafın iqtisadi modellərinin gerçəkləşdirilməsinin humanitar aspektlərinin qiymətləndirilməsi üçün kulturoloji yanaşmanın müstəsna əhəmiyyət kəsb etdiyini düşünürük;

bütün informasiya məkanının simasını dəyişdirən və sosial şəbəkələr fenomenini yaradan yüksək texnologiyaların həm də ənənəvi informasiya agentlikləri və şəbəkə informasiya yaradıcıları tərəfindən informasiyanın obyektiv işıqlandırılması və adekvat şərhi problemini gündəmə gətirdiyini etiraf edirik;

sosial jurnalistikada qloballaşmanın nəticəsi olaraq sürətlə inkişaf edən yeni tendensiyaların elmi təhlilə ehtiyacı olduğunu qeyd edirik;

formalaşan yeni qlobal dəyər və normativ sintezə həm Şərqin, həm də Qərbin öz dəyərləri ilə nüfuz etdiyini və bütün bəşəriyyətin gələcəyinin dünyanı nə dərəcədə vəhdət halında dərk etməyimizdən asılı olduğunu müəyyən edirik;

qloballaşma nəticəsində dünyanın formalaşmaqda olan yeni nizamının uzunmüddətli və mürəkkəb proses olduğunu və müxtəlif ölkələrdə yaşayan insanların dünyagörüşündə dəyişikliklərə yol açdığını qəbul edirik;

BMT, YUNESKO, digər beynəlxalq strukturları və bu beynəlxalq qurumlara üzv olan dövlətlərlə birgə:

mədəniyyətlərin və dəyərlər sistemlərinin müxtəlifliyini qoruyub saxlamaq şərti ilə bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmləri müəyyən etməyə çağırırıq.

Bu qəbildən forumların vaxtaşırı keçirilməsinin zəruriliyinə inamımızı ifadə edir və Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına, Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan hökumətinə göstərdikləri dəstəyə, qonaqpərvərliyə görə dərin minnətdarlığımızı bildiririk.

Bu Bəyannamənin tövsiyə olunmasını və onun humanitar əməkdaşlıq məqsədləri üçün istifadə edilməsini zəruri sayırıq.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Прогноз погоды

Hava proqnozu

Weather forecast