ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Bakı Beynəlxalq Humanitar Forumun açılış mərasimində İlham Əliyevin nitqi

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram, bütün qonaqlara “Xoş gəlmisiniz” deyirəm.

Bu gün Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. Bu, gözəl hadisədir. Ölkəmizin həyatında çox əlamətdar bir hadisədir. Qeyd etməliyəm ki, artıq bu Forum gözəl bir ənənəyə çevrilibdir. Xatırlayıram, keçən il ikinci Forumun açılışında çıxış edərkən demişdim ki, ümid edirəm üçüncü, dördüncü, beşinci Forum da keçiriləcəkdir və görürəm ki, artıq bu, reallıqdır. Bu, onu göstərir ki, beynəlxalq əməkdaşlıq məsələlərinə çox böyük diqqət göstərilir. Bu məsələlər daim diqqət mərkəzində olmalıdır. Çünki humanitar məsələlər, humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən amillərdir.

Forumun işinə çox böyük maraq vardır. Yetmiş ölkədən 800-ə yaxın qonaq iştirak edir. Demək olar ki, dünya birliyinin böyük bir hissəsinin intellektual elitası bu gün bizim qonağımızdır.

Azərbaycanda humanitar əməkdaşlığa bütün dövrlərdə böyük diqqət göstərilmişdir. Bu, daim diqqət mərkəzində olan bir məsələdir. Hesab edirəm ki, ölkəmizdə bu sahədə artıq gözəl təcrübə də toplanıbdır.

Bu gün Bakıda siyasi, iqtisadi, enerji məsələləri ilə yanaşı, humanitar məsələlər də yüksək səviyyədə müzakirə edilir. Qeyd etməliyəm ki, Azərbaycanda son illər ərzində müxtəlif mövzularla bağlı mötəbər beynəlxalq tədbirlər, sammitlər, beynəlxalq konfranslar keçirilir. Bakı bir növ beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrilmişdir. Bu il Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı keçirilmişdir. Artıq iki dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bakı Beynəlxalq Humanitar Forumunun da bu sırada öz yeri vardır. Əminəm ki, Forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi beynəlxalq humanitar əməkdaşlığa öz töhfəsini verəcəkdir.

Belə tədbirlərin Azərbaycanda keçirilməsi yəqin ki, təbiidir. Çünki bütün dövrlərdə Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşamışlar. Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur.

Bu gün Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimiz, böyük dəyərimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq. Bütün xalqların, bütün dinlərin nümayəndələrinin tarixi abidələri qorunur, bərpa edilir. Azərbaycanda qədim Zərdüştlük məbədi bərpa edilmişdir. Qafqazın ən qədim kilsəsi də Azərbaycanda yerləşir. O da əsaslı şəkildə bərpa edilibdir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi əsaslı təmir edilibdir. Bu məscidin 1270 yaşı vardır. Yəni, bütün dinlərin abidələrinin bərpası, qorunması dövlət siyasətidir. Əlbəttə ki, Azərbaycanda toplanmış bu gözəl tarixi təcrübə bu gün müasir şəraitdə özünü büruzə verir. Vətəndaş cəmiyyətinin formalaşması, millətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafı hesab edirəm ki, bizim böyük nailiyyətimizdir.

Bir daha qeyd etmək istəyirəm, təsadüfi deyil ki, humanitar əməkdaşlıqla bağlı məsələlər Bakıda müzakirə edilir. Əminəm ki, Forumun gözəl gələcəyi olacaqdır və bu beynəlxalq əməkdaşlıq platforması dünyada gedən müsbət proseslərə müsbət təsirini göstərəcəkdir.

Forumun çox geniş gündəliyi vardır, çox maraqlı mövzular müzakirə ediləcəkdir. Ancaq mənə verilən məlumata görə, ən böyük maraq doğuran bölmə, “dəyirmi masa” multikulturalizmlə bağlı olan məsələlərdir. Deyə bilərəm ki, Forumun mərkəzində məhz bu mövzu yerləşir. Çünki bu mövzu daim diqqət tələb edir və bu mövzu ilə bağlı dünyada müxtəlif fikirlər vardır. Əlbəttə, müsbət təcrübə də, mənfi təcrübə də vardır. Hesab edirəm ki, bizim hamımızın işi ondan ibarət olmalıdır ki, multikulturalizmin müsbət tərəfini qeyd edək, onları təbliğ edək və dünyada bu mövzu ilə bağlı mövcud olan ayrı-seçkiliyi aradan götürək.

Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir.

XXI əsrdə multikulturalizmə alternativ yoxdur. Əlbəttə ki, biz XXI əsrdə ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamafobiya kimi xoşagəlməz meyillərə biganə yanaşa bilmərik. Ona görə multimədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği hesab edirəm ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır. Əfsuslar olsun, bəzi hallarda biz başqa fikirləri də eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur. Bəzi ölkələrdə bu məsələ ilə bağlı çox bədbin əhval-ruhiyyə hökm sürür. Hesab edirəm ki, biz dünyada müsbət təcrübə üzərində öz təhlilimizi aparmalıyıq və müsbət təcrübəni təbliğ etməliyik. Çünki dünyada multikulturalizmin bir çox ünvanları vardır. Dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması zəmanənin tələbidir. Yəni, bəşəriyyət bu istiqamətdə inkişaf edir. Bu gün ümumbəşəri dəyərlər hər bir normal cəmiyyətdə əsas təşkil edir. Belə olan halda multikulturalizmlə bağlı problemlər əlbəttə ki, açıq şəkildə müzakirə edilməlidir. Biz bu problemləri gizlətməməliyik, ört-basdır etməməliyik. Onlar açıq şəkildə müzakirə edilməlidir, müsbət, mənfi təcrübələr təhlil olunmalıdır. Bir daha demək istəyirəm, bizim əsas amalımız ondan ibarət olmalıdır ki, multimədəniyyətli cəmiyyətlərin inkişafı üçün öz töhfəmizi verək. Deyə bilərəm ki, Azərbaycanda bu istiqamətdə toplanan təcrübə müsbət təcrübədir. Qeyd etdiyim kimi, bu, bizim dövlət siyasətimizdir, həyat tərzimizdir.

Humanitar Forumun məhz Bakıda keçirilməsi hesab edirəm ki, bu təcrübənin müsbət tərəflərinin qiymətləndirilməsidir. Bununla bərabər, deyə bilərəm ki, əfsuslar olsun Azərbaycan humanitar fəlakətlə də üzləşmişdir. Uzun illərdir ki, bizim beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımız işğal altındadır. Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi bölgə erməni işğalçı qüvvələrinin işğalı altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə salınmışdır. Torpaqlarımızın 20 faizi işğal altındadır. İşğal edilmiş ərazilərdə bütün mədəni sərvətimiz, tarixi, dini abidələrimiz dağıdılıbdır.

Beynəlxalq təşkilatlar, xüsusilə ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiyalar göndərmişdir və onların məruzələrində açıq-aydın göstərilir ki, hər şey dağıdılıbdır. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz prinsipial mövqeyini sənədlərdə əks etdirmişlər. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasını tələb edir. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, bu qərarlar, qətnamələr icra edilmir. Burada biz beynəlxalq təşkilatların səmərəliliyindən söhbət açmalıyıq. Onların qəbul etdiyi qərarlar kağızda qalır, icra edilmir. Əlbəttə, bu, dözülməz bir faktdır. Bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr saatlar içərisində icra edilir. Bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır.

Məsələ ilə bağlı danışıqlar aparılır və əlbəttə ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir. Bir milyondan artıq qaçqın və köçkün öz doğma torpaqlarına qayıtmalıdır. Bu, onların fundamental hüquqlarıdır. Bu münaqişə, eyni zamanda, insan haqlarının kobudcasına pozulması deməkdir. Bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağına qayıda bilmir. Bu çox böyük humanitar fəlakət əlbəttə ki, ölkəmizin ümumi inkişafına çox böyük zərbə vurmuşdur.

Azərbaycanın bugünkü inkişafı diqqəti daha çox cəlb edir. Çünki bu inkişafı biz işğal edilmiş vəziyyətdə əldə edə bilmişik. Forumun mövzularından biri iqtisadi inkişafın humanitar aspektləridir. Hesab edirəm ki, bu, çox maraqlı bir mövzudur. Yenə də Azərbaycanın təcrübəsi burada hesab edirəm ki, maraqlı ola bilər. Çünki baxmayaraq ki, biz etnik təmizləməyə məruz qalmışıq və torpaqlarımız işğal altındadır, bir milyondan artıq qaçqın, köçkün vardır və dövlət onlara maliyyə yardımı, qayğı göstərir. Bizim iqtisadi inkişafımız son 10 il ərzində dünya miqyasında ən sürətli olmuşdur. Son 10 il ərzində aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, əgər belə demək mümkündürsə, dünya rekordudur. Eyni zamanda, Azərbaycanda sosial məsələlərin həllinə də böyük diqqət göstərilmişdir. Çünki köklü iqtisadi islahatlar aparılarkən bir çox hallarda insanların yaşayış səviyyəsi aşağı düşür. Azərbaycan son 20 il ərzində transformasiya dövrünü yaşamış bir ölkə kimi əlbəttə ki, bu risklərdən də özünü qorumalı idi. Çünki bizim müstəqilliyimizin cəmi 22 yaşı vardır və 22 il ərzində biz müstəqil, azad ölkə kimi fəaliyyət göstəririk. Eyni zamanda, cəmi 20 ildir ki, Azərbaycan öz iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qurur. Biz nəinki müstəqil deyildik, eyni zamanda, Sovet İttifaqında mövcud olan iqtisadi sistem də əlbəttə ki, səmərəli fəaliyyət göstərə bilməzdi. Ona görə bizim üçün transformasiya iki istiqamətdə gedirdi. İlk növbədə, biz dövlətçiliyin əsaslarını qoymalı, möhkəmləndirməli idik, bütün demokratik təsisatlar qurulmalı idi, Azərbaycan dünya birliyinə inteqrasiya etməli idi. Eyni zamanda, iqtisadi sahədə köklü islahatlar aparılmalı idi, çünki bunsuz inkişafımız mümkün olmazdı.

Əlbəttə, bu islahatların aparılması bir çox hallarda insanların yaşayış səviyyəsinə mənfi təsir göstərə bilərdi. Ancaq bizim siyasətimiz və ciddi sosial siyasət ona gətirib çıxardı ki, sürətli iqtisadi inkişaf, eyni zamanda, insanların rifah halına da müsbət təsir göstərmişdir. Bunu sübut etmək üçün mən bir neçə rəqəmi misal gətirmək istəyirəm. Qeyd etdiyim kimi, iqtisadiyyat 10 ildə 3,4 dəfə artmışdır. Büdcə gəlirləri 20 dəfə, maaşlar təxminən 6 dəfə, pensiyalar 9 dəfə artmışdır.

On il bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Aparılmış islahatlar nəticəsində bu gün cəmi 5,5 faizdir. Aparılan islahatlar nəticəsində 10 ildə Azərbaycanda bir milyon 200 min iş yeri açılmışdır. Hazırda Azərbaycanda işsizlik 4,8 faizdir.

Bütün bu məsələlər əlbəttə ki, iqtisadi islahatların nəticəsidir. Eyni zamanda, bütün bu məsələlərin bilavasitə humanitar sahəyə dəxli vardır. Çünki Azərbaycan siyasətinin təməlində və mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, təhlükəsizliyi və rifahı dayanır. Ciddi və məqsədyönlü sosial siyasət bizə imkan verdi ki, ölkə inkişaf etsin və insanların rifah halı yaxşılaşsın. nike cortez sale

Eyni zamanda, iqtisadi sahədə bizim əsas hədəfimiz qeyri-neft iqtisadiyyatını artırmaq idi. Bu gün biz buna nail ola bilmişik. Bizim ümumi daxili məhsulumuzda qeyri-neft sektoru üstünlük təşkil edir. Davos Ümumdünya İqtisadi Forumunun reytinqinə əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 39-cu yerdədir. Razılaşın ki, cəmi 20 il bazar iqtisadiyyatı prinsipi əsasında yaşayan ölkə üçün bu nailiyyət hesab edirəm tarixi nailiyyətdir.

İqtisadi inkişafın sosial və humanitar aspektləri hesab edirəm ki, hər bir ölkənin inkişafı üçün çox böyük maraq doğuran məsələ olmalıdır. Bu məsələ ilə bağlı nəinki müzakirələr, hesab edirəm ki, tövsiyələr də verilməlidir. Çünki bəzi hallarda sosial məsələlərin həlli üçün ayrılan vəsait gələcəkdə o ölkələr üçün iqtisadi problemlərin yaranmasına gətirib çıxarır. Biz bunu dünyada davam edən iqtisadi və maliyyə böhranının təzahürlərində görürük. Bir çox hallarda siyasətçilərin qeyri-real, populist seçkiqabağı vədləri gələcəkdə iqtisadi problemlərə gətirib çıxarır.

Keçən Forumda mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişdim, siyasətçilərin məsuliyyəti haqqında danışmışdım. Hesab edirəm ki, bu mövzu hələ diqqət mərkəzində qalacaqdır. Çünki populist vədlər və ondan sonra onların icrası bir çox hallarda əsassız borclanmaya gətirib çıxarır. Bəzi ölkələrin dövlət borcu ümumi daxili məhsulun yüz faizini, ondan da çoxunu təşkil edir.

Daim borc götürən ölkələr o borcu qaytarmalıdırlar. Belə olan halda ilk növbədə o borcun qaytarılması üçün sosial proqramların ixtisarı, maaşların kəsilməsi hesabına bunu etməyə çalışırlar. Ona görə,

iqtisadi inkişafın və eyni zamanda, iqtisadi tənəzzülün sosial-humanitar aspektləri çox ciddi təhlilə məruz qalmalıdır. Bizim təcrübəmiz ondan ibarətdir ki, biz iqtisadi islahatların aparılmasında ancaq öz daxili imkanlarımıza güvənirik. Ona görə, bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 7-8 faizini təşkil edir. Biz istənilən vaxt bu borcu qaytara bilərik. Çünki Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizini təşkil edir. Bu göstəriciyə görə də biz dünyada ön sıralardayıq. Daxili resurslarımıza arxalanmaq hesab edirəm ki, ən düzgün siyasətdir. black nike free run cheap

Biz çox ciddi sosial siyasət aparmışıq, aparırıq və aparacağıq. Ancaq bunun mənbəyi Azərbaycan iqtisadiyyatıdır. İqtisadi inkişaf sosial məsələlərin həllinə də gətirib çıxarmalıdır. Burada əlbəttə ki, uzlaşma düzgün aparılmalıdır. Çünki hər bir ölkənin inkişafı ilk növbədə insanların həyat tərzində özünü göstərməlidir və insanların yaşayış səviyyəsi qalxdıqca, yeni imkanlar yarandıqca, əlbəttə ki, ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcəkdir. Azərbaycanın bu sahədə təcrübəsi vardır. Hesab edirəm ki, bu, qonaqlar üçün maraqlı ola bilər.

Forum çərçivəsində, eyni zamanda, elmi innovasiyalar haqqında “dəyirmi masa”lar keçiriləcəkdir. Azərbaycan bu sahədə də çalışır ki, ön sıralarda olsun. Elmin inkişafına böyük diqqət göstərilir. Xüsusi fond yaradılmışdır – Elmin İnkişafı Fondu. Yüksək texnologiyalara investisiya qoyulur. Bu ilin fevralında Azərbaycan kosmik dövlətlərin sırasına daxil edilibdir. Birinci Azərbaycan peyki fəzaya qaldırılmışdır. Bu gün “Azərspace-1” Azərbaycan peyki dövlətimizə, xalqımıza xidmət edir. Bu gün internet texnologiyalarının inkişafı daim diqqət mərkəzindədir.

Forumda qloballaşan dövrdə medianın aktual məsələləri müzakirə ediləcəkdir. Bu “dəyirmi masa” da çox böyük diqqət cəlb edir. Bu da əlbəttə ki, çox maraqlı mövzudur. Bu mövzu ilə bağlı bilirəm ki, müxtəlif fikirlər və bu fikirlər arasında çox böyük fərq vardır. Bir tərəfdən biz internet dünyasında yaşayırıq və bu, böyük üstünlüyümüzdür. Qeyd etməliyəm ki, Azərbaycanda internet tam azaddır və əhalimizin 70 faizi internet istifadəçisidir. Belə olan halda azad medianın inkişafı əlbəttə ki, əsas şərtdir.

Digər tərəfdən, qloballaşan dünyada hər bir sözün, hər bir informasiyanın təsiri də çox böyükdür. İstənilən yerdə deyilən hər bir söz dərhal əks-səda verə bilər.

Bu gün insanlar daha çox informasiyanı, xəbərləri internet vasitəsilə alırlar. Burada həm siyasətçilərin, həm media nümayəndələrinin, ictimai xadimlərin məsuliyyəti də əlbəttə ki, ön plana çıxır. Əfsuslar olsun ki, dünya mediasında, o cümlədən Azərbaycanda da daha çox qanqaraldıcı xəbərlər ön plandadır, daha çox sensasiyalara, fəlakətlərə, terror aktlarına üstünlük verilir. Medianı izləyərkən elə bir təsəvvür yarana bilər ki, dünya alovlanıb yanır, hər yerdə toqquşmalar, müharibələr, partlayışlar, terror aktları baş verir. Ancaq dünyada nə qədər gözəl, müsbət hadisələr baş verir. Əfsuslar olsun ki, onlar bir qədər arxa plana keçir. Burada əlbəttə ki, söhbət media nümayəndələrinin məsuliyyətindən gedir. Əgər biz dünyada əməkdaşlığı, sivilizasiyalararası dialoqu gücləndirmək istəyiriksə, bütün imkanlardan istifadə etməliyik. Əlbəttə ki, dünyada baş verən müsbət hadisələr də medianın əsas mövzularına çıxarılmalıdır. Çünki belə olmasa, informasiya ancaq birtərəfli olacaqdır. Əlbəttə ki, siyasətçilər bu məsələyə müdaxilə edə bilməzlər və Azərbaycanda azad media mövcuddur. Burada heç bir müdaxilədən söhbət gedə bilməz. Sadəcə olaraq, mən bir vətəndaş kimi fikirlərimi bölüşmək istərdim.

Medianın məsuliyyəti getdikcə artacaqdır. Məsuliyyətli yanaşma hesab edirəm ki, hər birimizin marağına xidmət göstərəcəkdir. Ümid edirəm ki, Forumda ümumiyyətlə bu məsələlərə konseptual yanaşma ilə bağlı müzakirələr aparılacaqdır. Dünyanın gələcəyi hansı istiqamətdə aparılacaqdır?! Biz hesab edirik ki, dünyanın gələcəyi yalnız əməkdaşlıq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, sivilizasiyalararası dialoq üzərində qurulmalıdır. Əgər belə olmasa, onda bəşəriyyət böyük fəlakətlərlə, problemlərlə üzləşə bilər. Ancaq biz müasir dünyada bəzi hallarda başqa bir mənzərə ilə üzləşirik. Hazırda dünya siyasətində etimad böhranı yaşanır. Bu da çox təhlükəli meyildir. Bəzi hallarda ən yaxın ölkələr, müttəfiqlər arasında ziddiyyətlər, anlaşılmazlıqlar yaranır. Yəni, etimad azalır. Etimad olmadan heç bir beynəlxalq əməkdaşlıqdan söhbət gedə bilməz. Beynəlxalq əməkdaşlıq, o cümlədən siyasi və humanitar əməkdaşlıq ancaq qarşılıqlı etimad əsasında, səmimiyyət üzərində qurula bilər. Bəziləri hesab edir ki, səmimiyyət siyasi kateqoriya deyildir. Ola bilər. Ancaq biz elə etməliyik ki, səmimiyyət siyasi kateqoriyaya çevrilsin. Əgər belə olsa, onda hesab edirəm ki, dünya daha da təhlükəsiz olacaqdır. nike air max 90 sale

Bu gün dini zəmində gedən münaqişələr, müharibələr bizi çox narahat edir. Çünki bunlar çox təhlükəli tendensiyalardır.

Humanitar məsələlərin müzakirəsi, humanitar əməkdaşlıq müsbət istiqamətdə atılan addımdır. Mən hesab edirəm ki, humanitar əməkdaşlığın hər bir aspekti dünya gündəliyinin mərkəzində olmalıdır. Çünki bir daha demək istəyirəm ki, bir çox hallarda siyasi və iqtisadi məsələlər təbii ki, ön plana çıxarkən bu məsələlər bir az diqqətdən kənarda qalır. Buna imkan vermək olmaz.

Bu gün təhsillə bağlı məsələlər müzakirə ediləcəkdir. Azərbaycan bu sahədə də ciddi islahatlar aparır. Elmin, təhsilin inkişafı bizim gələcəyimizdir, hər bir dövlətin gələcəyidir. Mən dəfələrlə qeyd etmişəm ki, ölkəmizin gələcəyi elmlə, təhsillə bağlı olacaqdır. Biz xoşbəxtik ki, Azərbaycanda savadlılığın səviyyəsi çox yüksəkdir – təxminən 100 faizdir. Bu, bizə imkan verir ki, təhsilin keyfiyyəti, elmin inkişafı daha da sürətlə getsin. Çünki bu, hər bir ölkənin gələcəyidir. Eyni zamanda, savadlı, bilikli, yüksək təhsil almış gənclər radikalizmdən uzaq olurlar. Onları yoldan çıxarmaq o qədər də asan olmur. Ona görə elmin, təhsilin inkişafı, bilikli gənclərin yetişdirilməsi ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin edəcəkdir. Əlbəttə, bu gün bizim qonaqlarımızın arasında inkişaf etmiş ölkələrin nümayəndələri kifayət qədər çoxdur. Onlar daha yaxşı bilirlər ki, inkişaf etmiş ölkələrin uğurlarını təbii resurslar deyil, elm, elmi-texniki tərəqqi, bilik təmin edib. Bizdə də belə olmalıdır. Bizdə təbii resurslar sadəcə olaraq bir vasitə idi ki, ölkəmizin inkişafına təkan verilsin. Bundan sonra Azərbaycanın dayanıqlı inkişafı elmi-texniki tərəqqi, müasir texnologiyalar, azad, demokratik cəmiyyət üzərində qurulmalıdır. Ölkəmizdə bu istiqamətdə böyük addımlar atılır. Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, azad cəmiyyətin formalaşması istiqamətində çox ciddi islahatlar aparılmışdır. Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır.

Deyə bilərəm ki, iki il bundan sonra Bakıda Birinci Avropa Oyunları keçiriləcəkdir. Bu da tarixi hadisə olacaqdır. Çünki bu günə qədər Avropa Oyunları keçirilməmişdir. Panamerika, Asiya oyunları, Afrika oyunları keçirilmişdir. Olimpiya hərəkatı Avropada yaranmışdır və Avropada da bərpa edilmişdir, ancaq nədənsə Avropa Oyunları keçirilməmişdir. Birinci oyunları keçirmək missiyası, bu şərəfli missiya bizim üzərimizə düşür və 2015-ci ildə Azərbaycanda, müsəlman ölkəsində birinci Avropa Oyunları keçiriləcəkdir. Hesab edirəm ki, bu hadisənin nəinki idman, eyni zamanda, böyük ictimai mənası vardır. Ondan iki il sonra – 2017-ci ildə Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcəkdir.

Bu iki hadisə özlüyündə ölkəmizin dünyadakı rolunu əks etdirir. Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzvdür və nadir ölkələrdəndir ki, hər iki təşkilatda təmsil olunur. Bizim coğrafi vəziyyətimiz belədir ki, biz Asiya ilə Avropa arasında bir körpüyük. Bizim siyasətimiz də bu funksiyanı gücləndirir.

Humanitar əməkdaşlıqla bağlı olan məsələlər də Azərbaycanı sivilizasiyalararası dialoqun aparılması üçün bir mərkəzə çevirir. Bu, böyük, şərəfli missiyadır. Eyni zamanda, böyük məsuliyyətdir. Biz bu məsuliyyətə hazırıq, bu məsuliyyəti öz üzərimizə götürmüşük və bugünkü toplantı bunun bariz nümunəsidir. Mən əminəm ki, Forum iştirakçıları bütün mövzularla bağlı öz fikirlərini bölüşəcəklər. Burada aparılacaq müzakirələr çox maraqlı olacaqdır. Mən bunu bilirəm. Əminəm ki, bu müzakirələr, qəbul edilmiş qərarlar və gələcək birgə fəaliyyətimiz dünyada beynəlxalq humanitar əməkdaşlığın inkişafına böyük töhfə olacaqdır.

Bir daha Sizi ürəkdən salamlayıram, Forumun iştirakçılarına uğurlar arzulayıram. Əminəm ki, Forum çox böyük, uğurlu bir hadisə olacaqdır. Sağ olun!

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku