ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Ceyms Mirrlisin çıxışı

Zati-aliləri, xanımlar və cənablar!

Mən ixtisasca iqtisadçıyam. Hazırkı dövrdə iqtisadiyyat ağır günlərini yaşayır və bu, həqiqətən belədir. Mənə elə gəlir ki, iqtisadiyyat bəşəriyyətin rifahının əsasıdır.

Biz ikili dünyada yaşayırıq və bu dünyada bəzi ölkələrlə bağlı vəziyyət çox pisdir. Hətta Amerika Birləşmiş Ştatları, yaxud Avropa İttifaqının üzvü olan inkişaf etmiş ölkələrdə bu gün tənəzzül olmasa da, gələn il bu baş verə bilər. İşsizliyin səviyyəsi çox yüksəkdir. Bəzi ölkələrdə işsizliyin səviyyəsi 20 faizdən çox,  gənclər arasında isə işsizliyin səviyyəsi 50 faizə yaxındır. Hansı tərəfə baxsaq, bəşəri fəlakətin əlamətlərini görə bilərik, çünki insanlar normal həyat tərzi sürə bilmirlər, yəni onlar üçün iş imkanları yoxdur. İnsanları xoşbəxt edən amillərin tədqiqi zamanı aydın olmuşdur ki, onlar işsizliyi özləri üçün ən ciddi problem hesab edirlər. Siz hesab edə bilərsiniz ki, insanları xoşbəxtlikdən məhrum edən amil xəstəlikdir. Lakin görünən odur ki, işsizlik bundan daha ciddi səbəbdir. Qeyd etdiyim kimi, dünya iki hissəyə ayrılmış vəziyyətdədir. Bir hissəsi iqtisadi cəhətdən irəliləməkdədir, digər hissə isə geridə qalır. Bunlar biri-birinə bağlıdır və dünyanın qlobal şəkildə bağlılığı fikrini əsas götürsək, ola bilməz ki,  dünyanın bir hissəsi yaxşı vəziyyətdə, digəri pis vəziyyətdə yaşasın. Dünyanın bir hissəsinin inkişafına səbəb neft və digər məhsulların qiymətinin artmasıdır. Bu da təbii ki, öz növbəsində digər hissədə iqtisadiyyatın düşməsinə gətirib çıxarmışdır. Əlbəttə, bəzi ölkələrin problemlə üzləşməsinə səbəb onların banklarının iqtisadi funksiyalarını düzgün icra edə bilməməsi oldu. Ümumiyyətlə, qeyd etməliyəm ki, bazar sisteminin iqtisadiyyatı idarə etməsi iflasın yaranmasına qismən səbəb olmuşdur. Söhbət həqiqətən böyük və ciddi problemdən gedir. Bazar sistemi nə deməkdir? Bu, istifadə üçün yaradılmış, bazara çıxarılan ən müxtəlif mallar deməkdir. Bazar sistemindən istifadə edən Çin və digər ölkələr böyük miqyasda iqtisadi artım əldə etmişlər. Bu iqtisadi artım meyarı standartından istifadə etməyə hələ tələsməməliyik, çünki bu meyarlar nisbidir, yalnız bəzi göstəricilərə ekvivalentdir. Ümumi daxili məhsul (ÜDM) ümumi bir ifadəyə çevrilmişdir. İqtisadiyyatdan əldə edilən üstünlüklərin mahiyyətini təkcə gəlirlə ölçmək olmaz. Təkcə bu, məqbul deyil, burada başqa ölçülər  də vardır. ÜDM nə qədər insanın işsiz olması haqqında dəqiq məlumat vermir. Daha çox diqqət yetirilməli olan amil keyfiyyət amilidir. Lazım olan keyfiyyəti əldə etmək üçün bazar sistemi reallıqda tam şəkildə işləmir. Bu məsələdə qlobal istiləşmə məsələsini də vurğulamaq lazımdır, çünki keyfiyyət qazanmaq üçün elektrik əldə etmək məqsədi ilə yanacaqdan istifadə olunur.

Biz bəzi nümunələrə nəzər sala bilərik. Bəziləri hələ də bazarın nə qədər məktəbə, xəstəxanaya, həkimə, yaxud tibb bacısına ehtiyac olduğunu bizə diktə etməsini istəyirlər. Lakin bazar tibbi müalicənin keyfiyyətini təmin etmək iqtidarında deyildir. Çoxları deyir ki, burada iqtisadi mülahizələri əsas götürmək lazım deyil. Tibbi xidmətdə bəzi xidmət növləri həqiqətən səmərəli və iqtisadi cəhətdən sərfəlidir. Qeyd etməliyəm ki, tibbi xidmət, təhsil və ətraf mühitin qorunması işini tənzimləyən başqa mexanizmlər də mövcuddur. Fikrimcə, biz daha çox müəyyən tədqiqat aparılmasını tələb edən statistik qeydlərə diqqət yetirməliyik. Təhsildə xüsusi metodun istifadəsinə ehtiyacın olub-olmamasını aydınlaşdırmalıyıq. Nəyin əldə edildiyi barədə məqbul uçot sistemi olmalıdır. Bir çox ölkələrdə tibbi müalicənin hansı keyfiyyətdə işlədiyini aydınlaşdırmaq üçün münasib sistem mövcuddur. İqtisadiyyatın funksiyasının əhəmiyyətli qismini təşkil edən sahələr daha çox tədqiq olunmalıdır. Sabah iqtisadçılar üçün ciddi problem olan yoxsulluq haqqında danışacağam, çünki buna daha çox diqqət yetirilməlidir. Bu cür qrup halında toplaşaraq gördüyümüz işlərin doğru olub-olmaması haqqında fikirləşmək çox vacibdir. Qeyd etməliyəm ki, müəyyən qeydlər aparmaq, tədqiqatlar və monitorinqlər təşkil etmək böyük əhəmiyyət daşıyır və bu işlər daim davam etdirilməlidir.

Sağ olun.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku