ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

10.06.11 Ramiz Mehdiyev: “Forum ümumbəşəri humanitar qarşılıqlı fəaliyyət problemini əhatə edir”.

Moskvada Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin iştirakı ilə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsinə hazırlıq üzrə təşkilat komitəsinin iclası başa çatmışdır. 1news.az agentliyi AzərTAc-a istinadla xəbər verir ki, Ramiz Mehdiyev iclasın yekunlarını KİV üçün şərh etmişdir. O bildirmişdir ki, Bakı forumunun keçirilməsi ilə əlaqədar bütün məsələlər kompleksi işçi qaydada müzakirə edilmişdir.

O demişdir: “Təşkilati xarakterli, hətta mən deyərdim ki, nəzəri xarakterli məsələlər də vardı, bu humanitar forumun müzakirəsinə çıxarılmalı olan məsələlər də. Çünki humanizm, humanitar tərkib hissə insanın, demək olar ki, bütün həyat fəaliyyətinə nüfuz edir. Ona görə də forum bu baxımdan müəyyən mənada orijinal olacaqdır. Bu gün işçi qrupu burada iclas keçirir. O, həyata keçirilməsi zəruri olan daha konkret məsələləri həll edəcəkdir”.

Sergey Narışkin əlavə etmişdir ki, forum “son dərəcə maraqlı və məzmunlu olacaqdır”.
O demişdir: “Biz iştirakçıların tərkibi və diskussiyaların mövzuları barədə razılığa gəlmişik. Plenar iclaslardan başqa bir neçə panel də olacaqdır. Onların sayını və adını deməyəcəyəm, lakin sizi müəyyən qədər maraqlandırmaq üçün panel diskussiyalardan üçünün adını çəkirəm: “İqtisadi inkişafın müasir modellərinin humanitar problemləri”, “Humanizmin fəlsəfi problemləri”, “Biotexnologiyalar və etika problemləri”. Bunlar çox ciddi, fəlsəfi, humanist mövzular olaraq cəmiyyətlərimizin, bəşəriyyətin qarşısında duran suallara cavab verməlidir”.

Ramiz Mehdiyev Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək görüşü ilə bağlı ümidlər barədə sualın cavabında bildirmişdir ki, üç prezidentin görüşündə Dağlıq Qarabağ məsələsi də müzakirə ediləcəkdir və həmin görüşdən nə gözlənildiyini indi söyləmək çətindir.

R.Mehdiyev demişdir: “Hər halda, biz bu görüşə böyük ümid bəsləyirik. Biz gözləyirik ki, bu görüş həmin məsələdə, Dağlıq Qarabağ məsələsində irəliləyişə təkan verəcəkdir. Bu baxımdan, Azərbaycanın mövqeyi məlumdur, cənab Prezident İlham Əliyev bunu dəfələrlə demişdir: Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ üçün yüksək muxtariyyət. Aşkardır ki, bu məsələlər həmin rakursda müzakirə ediləcəkdir. Görüşün nə ilə qurtaracağını indi demək çətindir, hər halda Azərbaycan ictimaiyyəti gözləyir ki, bu görüş həmin problemin həllində irəliləyişə yeni təkan verəcəkdir”.

Qarşıdakı humanitar forumun orijinallığının nədən ibarət olacağı barədə sualı şərh edən Ramiz Mehdiyev qeyd etmişdir ki, bu forumun orijinallığı onun bu qəbildən ilk forum olmasıdır.

R.Mehdiyev sonda demişdir: “Əvvələn, bu, beynəlxalq forumdur. İkincisi, bu amili də xüsusi vurğulamalıyıq ki, forum iki prezidentin – Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə keçirilir. Belə bir beynəlxalq forumun keçirilməsi məsuliyyətini iki dövlət öz üzərinə götürmüşdür. Bu da orijinallıqdır. Bundan əlavə, bizim iki ölkənin prezidentlərindən əvvəl heç kəs bu ümumbəşəri, ümumdünya miqyaslı qarşılıqlı humanitar fəaliyyət problemini dünya ictimaiyyətinin müzakirəsinin gündəliyinə çıxarmamışdır”.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku