ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

24.10.11 Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 2011-ci il oktyabrın 10–11-də Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Forum multikulturalizmin nailiyyətləri və problemləri, dünyanı dəyişdirən müasir texnologiyalar, elmlərin konvergensiyası, biotexnologiyalar və etikanın problemləri, inkişafın iqtisadi modellərinin humanitar aspektləri, sosial jurnalistika və yüksək texnologiyalar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri kimi aktual mövzulara həsr olunmuşdur. Azərbaycan nümayəndələri ilə yanaşı dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli təmsilçiləri, o cümlədən tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatçılarının və mötəbər beynəlxalq qurumların rəhbərləri bu məsələlər ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparmışlar. Qloballaşma dövrünün humanitar problemlərinə dair Forum iştirakçılarının mövqeyi qəbul olunmuş Bakı bəyannaməsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və forum iştirakçılarının Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi təşkili ilə bağlı təkliflərini dəstəkləyərək qərara alıram: 1. Bakı Beynəlxalq Humanitar Forumunun müvəffəqiyyətlə keçirilməsini və beynəlxalq miqyasda qaldırdığı problemlərin aktuallığını nəzərə alaraq onun ənənəvi olaraq təşkil edilməsi zəruri sayılsın. 2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq qurumlarla, o cümlədən beynəlxalq təşkilatlarla birlikdə Bakı Beynəlxalq Humanitar Forumunun bəyannaməsində əksini tapmış müddəaların gerçəkləşdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirsin. 3. Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Təşkilat Komitəsi yaradılsın. 4. Bu Sərəncamın 3-cü hissəsində nəzərdə tutulmuş Təşkilat Komitəsinin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dörd ştat vahidi hesabına Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsinin İşçi Qrupu yaradılsın. 5. “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 iyun tarixli 851 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 510, № 7, maddə 631; 2007, № 5, maddələr 501, 519, № 6, maddə 660, № 8, maddə 843, № 12, maddə 1287; 2010, № 2, maddə 80, № 4, maddə 345): 5.1. 1-ci hissədə “384” rəqəmi “388” rəqəmi ilə əvəz edilsin; 5.2. həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının strukturu”nda “Humanitar siyasət məsələləri şöbəsi” hissəsində birinci halda “4” rəqəmi “8” rəqəmi ilə əvəz edilsin. 6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 oktyabr 2011-ci il № 1783

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku