ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Türkiyənin IX Prezidenti Süleyman Dəmirəlin çıxışı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Bakı Beynəlxalq Humanitar Forumunda iştirak və bu cür hörmətli auditoriya qarşısında çıxış etmək mənim üçün böyük şərəfdir.

Bu günədək XXI əsrin bizə nələr verəcəyi ilə bağlı bəlkə də minlərlə tədbir keçirilmiş, lakin onların çox azı humanitar məsələlərə həsr olunmuşdur.

Biz çağırışların və baş verə biləcək dəyişikliklərin insan həyatına mümkün təsirindən daha çox onların özü haqqında düşünürük. Buna görə də XXI əsrin yeni çağırışlarının humanitar aspektlərinə xüsusi diqqət verdiyinə görə, bu tədbirin təşkilatçılarına təşəkkür etmək istərdim.       

İnsanlar bütün məsələlərin mərkəzindədirlər və onlar daha çox diqqətə layiqdirlər. Mövzuya keçməmişdən əvvəl istərdim ki, Bakıya yenidən gəldiyim üçün xoş hisslərimi çatdırım. Mən həmişə bu gözəl şəhərə gəlməkdən məmnun oluram. Amma bu dəfə Bakıda olmaq mənim üçün daha xoşdur, çünki bu səfərim Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə təsadüf edir. Bu, mənim üçün xüsusi əhəmiyyət kəsb edir, çünki Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən bərpa etdikdən sonra mən siyasi karyeramda yeddinci dəfə Baş nazir seçildim.

Azərbaycanlı qardaşlarımızın həmin dövrdəki sevinc və qurur dolu günlərini xatırlayıram. Mənim özüm və bütün Türkiyə xalqı həmin dövrdə qardaşlarımıza yardım etmək ehtiyacını duymuşduq.   

Gələcək üçün böyük potensialı olan Azərbaycan iyirmi il ərzində beynəlxalq ictimaiyyətin güclü üzvlərindən birinə çevrilmişdir. Azərbaycanı Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında sabitlik və inkişaf yolu ilə inamla və qətiyyətlə addımlayan bir ölkə kimi görmək çox sevindiricidir. Mən xüsusilə əziz dostum, mərhum Prezident, sözün həqiqi mənasında öz xalqının atası Heydər Əliyevin xatirəsinə ehtiramımı bildirməliyəm. Mən hələ də onunla keçən görüşlərimizi, uzun söhbətlərimizi çox yaxşı xatırlayıram. Məhz onun müdrikliyi, cəsarəti və uzaqgörənliyi Azərbaycanı ağır vəziyyətdən qurtarmış, bugünkü vəziyyətinə gətirib çıxarmışdır. Bu gün xalqlarımız arasında olan tarixi və nadir qardaşlıq münasibətlərinin əsasını ümummilli lider Heydər Əliyev qoymuş və Prezident İlham Əliyev möhkəmlətmişdir. Məhz bu nümunəvi və güclü əlaqələrimizin nəticədir ki, biz Azərbaycan və Türkiyəni “bir millət, iki dövlət” adlandırırıq.

Bu gün Türkiyə və Azərbaycan arasında iqtisadiyyatdan tutmuş mədəniyyətə, enerjidən tutmuş nəqliyyata qədər bütün sahələrdə çox gözəl əlaqələr vardır. Əminəm ki, münasibətlərimiz gələcəkdə daha da inkişaf edəcəkdir.

Hörmətli qonaqlar, biz on ildir ki, XXI əsrə daxil olmuşuq. Lakin bu dövrə tam cavab verən yeni nizamı hələ də tapa bilməmişik. Ötən on ildə çox böyük dəyişikliklər baş vermişdir. Tam əminliklə deyə bilərik ki, hər şey dəyişmişdir və biz hələ də bu dəyişikliklərin səbəblərini və onların doğurduğu nəticələri başa düşməyə çalışırıq. Hazırkı dövrü yalnız “Post-soyuq müharibə” dövrü adlandırmaq artıq kifayətdir. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlindən, demək olar ki, xeyli vaxt keçir. Biz bir məsələni inkar edə bilmərik ki, əgər yeni dövrün konturlarının açılması ilə bağlı dönüş nöqtəsi vardırsa, bu, soyuq müharibənin sonuna gedib çıxır. Məhz bu dövrdə beynəlxalq sistemin təbiəti dağılmağa və yeni dünyanın üfüqləri genişlənməyə başladı. Bu minvalla soyuq müharibənin sonu Avropada dəmir pərdəni aradan qaldırmadı və ya Şərqi Avropada və keçmiş sovet məkanında yeni siyasi coğrafiya yaratmadı, lakin bütün dünyada qloballaşma üçün qapılar açdı.  

1990-cı illərdə biz bütün dünyada insanların, əsas ideyaların misli görünməmiş birliyinin, sərhədlərin açılmasının, beləliklə, qloballaşmanın şahidi olduq. Bu, artıq atılan hər bir addımın əks addımlarla üzləşəcəyi və nəticəsi olmayan bir oyun deyildi. Yaranan fərqli dünyada hər şey mürəkkəb şəkildə bir-birindən qarşılıqlı asılı vəziyyətə düşdü. Hər hansı inkişafın onun bilavasitə yaxın ətraf mühiti ilə məhdudlaşdırılmasının mümkün olmadığı bu vəziyyət sülh, təhlükəsizlik və inkişafı tam şəkildə ayrılmaz etdi.  Soyuq müharibənin sonu qloballaşmanın bu növünü mümkün, texnoloji inkişafı isə dəyişilməz etdi.     

Son 10-15 il ərzində dünyada informasiya-kommunikasiya sahəsində inqilabi dəyişikliklər baş vermişdir. Əksər hallarda bir neçə il bundan əvvəl xəyal kimi görünən şeylər indi gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. İnternet və hər cür kommunikasiya vasitəsilə dünyanın ən ucqar nöqtələrində yaşayan insanlar digərləri ilə çox asan əlaqələr qururlar. İnformasiya axını o qədər sürətlənmişdir ki, ona nəzarət etmək və ya qarşısını almaq qeyri-mümkün olmuşdur. Buna görə də hazırkı dövr yəqin ki, tarixçilər tərəfindən informasiya və sərhədsiz biliklər dövrü adlandırılacaqdır. Bəlkə də biz Yaxın Şərqdə gənclərin Facebook, Twitter kimi sosial şəbəkə vasitəsilə təşkilatlanması və milyonların televiziya vasitəsilə şahidi olduqları inqilablar həyata keçirməsini görməsəydik, bu fenomenin mahiyyətini başa düşməyəcəkdik.

Şübhə yoxdur ki, informasiya-kommunikasiya texnologiyalarında inqilab baş verən dəyişikliklərin hərəkətverici qüvvəsi olmuşdur. Əminəm ki, 10 il sonra daha qabaqcıl texnologiyalar bizə dünyanın müxtəlif hissələri arasında zamanı və məsafəni azaltmağa imkan verəcəkdir. Bu, XXI əsrin daha bir aspektidir.   

Məsələn, son on il, əvvəlki üç onilliklə müqayisədə daha çox və sürətli proseslərlə zəngin olmuşdur. Bunlardan faydalana bildiyimiz təqdirdə bu müsbət haldır. Bu, əlbəttə ki, həm də bizə dəyişikliklər uğrunda mübarizə aparmaq imkanları təqdim edir. Hər kəs başa düşür ki, bu mübarizədə iştirak etməyənlər qeyri-mütənasib vəziyyətlə üzləşməli olacaqlar.

Mən XXI əsrin bizə verdikləri haqqında danışdım. Bilirik ki, dəyişiklikləri və onların təsirini artıran yeni texnologiyaların mühüm rol oynadığı qloballaşma bu əsrin ayrılmaz tərkib hissəsidir. Ancaq bu fenomenlə yarışmaq nə dərəcədə çətindir və biz indiyədək bu yeni fenomendən nəyi öyrənmişik? İnanıram ki, bugünkü tədbirin də məqsədi bu kimi suallara dəqiq cavab tapmaqdır.

Məlum məsələdir ki, XXI əsr sülh və inkişaf üçün görünməmiş imkanlar yaratmışdır. Sərhədlərin aradan qaldırılması və şəffaflıq, insan hüquqlarına hörmət, demokratik idarəçilik, qanunun aliliyi və məsuliyyət kimi dəyərlərin bir-birinə daha da qarışmasına gətirib çıxarmışdır. Bu, eyni zamanda, beynəlxalq ticarət və investisiya üçün daha geniş məkana malik olan bazar iqtisadiyyatını gücləndirmişdir. Bunun nəticəsi olaraq bu gün müstəqil dövlətlərin üçdə iki hissəsindən çoxunda azad bazar iqtisadiyyatı sistemi olan demokratik rejimlər hökm sürür. Heç kim inkar etməz ki, bu gün hətta diktator rejimlər belə demokratiyanın bəşəriyyət üçün təqdim etdiyi dəyərləri başa düşür. Bu rejimlər insanların öz müqəddəratını özlərinin həll etmələri ilə bağlı daha çox tələbkar olduqlarının da şahidi olur. Başqa sözlə, bu gün dünya daha çox demokratik rejimin hökm sürdüyü sabit bir məkana çevrilir. Həmçinin, biz ticarət, investisiya və istehsalın təqdim etdiyi yeni imkanlardan daha çox faydalanırıq və dünya daha da zənginləşir. Lakin bu, tam mənzərə deyildir. İlk növbədə qeyd etmək lazımdır ki, risklər və təhdidlər də qloballaşmanın imkanlarından faydalanmışdır. Yaxın Şərq, Qafqaz, Balkan yarımadası və Afrikadakı ənənəvi münaqişələrin davam etməsindən başqa biz transsərhəd xarakterli yeni risk və təhdidlərin də yaranmasının şahidi olmuşuq. Bu kontekstdə, ilk növbədə, qloballaşmanın yaratdığı imkanlardan sui-istifadə edən terrorizm, kütləvi qırğın silahlarının yayılması, mütəşəkkil cinayətkarlıq, hər növ qeyri-qanuni dövriyyələr, mədəni və dini qütbləşmə qeyd olunmalıdır. Qloballaşmanın başqa bir mənfi tərəfi onun verdiyi üstünlüklərdən hər kəsin ədalətli və bərabər şəkildə faydalanmamasıdır. Dünya getdikcə daha da varlanır, lakin təhlükəli yolla. Başqa sözlə, dünyanın bütün hissəsində inkişafın olmasına baxmayaraq, varlılarla kasıblar arasında fərq artmaqda davam edir. Buna görə də Birləşmiş Millətlər Təşkilatı Minilliyin İnkişaf Məqsədlərinin bir hissəsi kimi yoxsulluğun aradan qaldırılmasını beynəlxalq ictimaiyyət üçün ən vacib və təxirəsalınmaz vəzifələrdən biri elan etmişdir. Əgər bu istiqamətdə irəliləyiş əldə edilməsə və hamının inkişafı və rifahı üçün qloballaşmanın üstünlüklərindən istifadə olunmasa, biz onun mənfi tərəfləri ilə üzləşməli olacağıq.  Əgər biz yoxsulluğu azalda və gün ərzində bir dollardan aşağı gəliri olan bir milyard insanın ümidlərini doğrulda bilməsək, onlar ekstremistlərin çağırışlarına cavab vermək məcburiyyətində qalacaqlar. Bu mənada qloballaşmanın verəcəyi faydalar artan təhlükə və təcrid vəziyyətləri ilə üzləşəcəyindən, demək olar ki, sıfıra bərabər olacaqdır. Bu isə terrorizm, insan alveri, mütəşəkkil cinayətkarlıq və ksenofobiya kimi digər risklərin yaranmasına kömək edir.

  Dünya əhalisinin sayının sürətlə artması yoxsulluğu təhlükəli həddə gətirib çıxarır. Nəzərə alsaq ki, əhali artımı əsasən inkişafdan qalan ölkələrdə baş verir, dünya sərvətlərinin dünya sakinləri arasında daha müntəzəm paylanması vacibdir. Beləliklə, XXI əsrin digər mühüm çağırışlarından biri də yoxsulluğun artması nəticəsində yaranmış vəziyyətin ağırlaşması ilə bağlıdır.

Bu gün əksəriyyətini uşaqlar təşkil etməklə milyonlarla insan aclıqdan və yoluxucu xəstəliklərdən dünyasını dəyişir. Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq biz sanitar problemlərdən, su və tibbi preparatların çatışmazlığından əziyyət çəkən insanların qidalanmasının və onların düzgün müalicəsinin qayğısına qalmalıyıq.

Əhalinin nəzarətsiz artımı prosesi dünyanın məhdud resurslarına öz təsirini göstərir, çünki biz dünyanın yeni üzvlərinin qidalandırılması üçün planetimizlə daha kəskin və amansız şəkildə rəftar edirik. Digər tərəfdən, kasıblar ətraf mühitin qorunmasına kifayət qədər diqqət vermədiyi halda, varlılar, xüsusilə də inkişafı və istehsalı daha da artırmaq məqsədi ilə daha çox enerji hasil etmək ehtiyacının yarandığı bir vaxtda ondan bacardıqları qədər çox faydalanmaq istəyirlər.

Şübhə yoxdur ki, artan əhalinin tələblərinə cavab vermək üçün daha çox enerjiyə və istehsalın səviyyəsinin yüksəldilməsinə ehtiyacımız vardır. Lakin bu məsələdə biz ətraf mühitə zərər verəcəyimizi də nəzərə alıb çox ehtiyatlı olmalıyıq. İstixana qazlarının miqdarının artması, ozon qatının deşilməsi, qlobal istiləşmə kimi problemlərin mövcudluğu fərziyyə deyildir. Qeyd etdiyimiz problemlər hər gün bəşəriyyətin perspektivlərini daha da tutqunlaşdırır. Bizə əcdadlarımızdan qalan bu dünyanı gələcək nəsillərə təhlükəsiz yaşayış məkanı kimi çatdırmaqla bağlı məsuliyyət daşıyırıq. Bunun üçün biz Minilliyin İnkişaf Məqsədlərinə daha çox diqqət yetirməli, ətraf mühitin qorunması üçün daha səmərəli şəkildə işləməli, külək və günəş enerjisi kimi bərpa olunan enerji resurslarından faydalanmaq yollarını tapmalıyıq. Bu dünyaya ağıllı sərmayələrin qoyulması vacibdir. Mən hər kəsi yaşıl inqilabı reallığa çevirməkdə iştirak etməyə çağırıram.

Gələn il biz mühüm bir hadisənin – ətraf mühitlə bağlı Rio sammitinin 20-ci ildönümünü qeyd edəcəyik. Bu tarixi hadisənin iştirakçıları kimi biz yaşadığımız dünyanın qorunması ilə bağlı üzərimizə güclü öhdəlik götürmüşük. İnanıram ki, öhdəliklərimizi daha səmərəli şəkildə yerinə yetirmək üçün zaman gəlib çatmışdır.

Qısaca olaraq XXI əsrin qarşımıza qoyduğu və yerinə yetirilməsi zəruri olan bəzi məsələlər haqqında danışmaq istərdim. Yeni dünyamızın mənfi humanitar aspektlərini azaltmaq və onun faydalarını çoxaltmaq məqsədi ilə hansı işlər görülməlidir? Başqa sözlə, qloballaşmanın müsbət tərəflərindən faydalanmaq üçün nə etmək lazımdır?

İlk növbədə biz yeni dövrün çağırışlarına dövlətlərin ayrı-ayrılıqda cavab verə bilməsinin qeyri-mümkün olduğunu başa düşməliyik. Yəni, bu çağırışlar o qədər böyükdür ki, onlara yalnız və yalnız qüvvələri səfərbər etməklə cavab vermək mümkündür. Dünyada bu prosesləri düzgün istiqamətə yönəltmək gücünə malik supergüc də yoxdur.    

Yeni dövlətlərin güc mərkəzləri kimi meydana gəldiyi dünya getdikcə daha çox qütbləşir. Buna görə də XXI əsrin çağırışlarına cavab vermək, yaranan problemləri aradan qaldırmaq üçün beynəlxalq əməkdaşlıq zəruridir. Davamlı inkişafı qoruyub saxlamaq, sülhü və sabitliyi təmin etmək qarşımızda duran ən vacib məsələdir. Beləliklə, Minilliyin İnkişaf Məqsədlərinə çatmağın yolu qlobal tərəfdaşlıqdır.

 Bizim yeganə və ən vacib məqsədimiz səmərəli çoxtərəfliliyi gücləndirmək olmalıdır. Bu günün reallıqları və çağırışları fonunda qlobal idarəçilikdə aparacağımız islahatlarla daha çox bağlı olan bu məsələdə Birləşmiş Millətlər Təşkilatı öndə olmalıdır. Biz müasir dövrün demokratik tələblərinə uyğun olaraq, BMT və digər qlobal təşkilatların strukturunda dəyişikliklər etmək imkanına da malik olmalıyıq. BMT ümumi məqsədlər naminə beynəlxalq əməkdaşlığı inkişaf etdirilməli və mövcud güc tarazlığını daha yaxşı əks etməlidir. Bu baxımdan regionalizmin artan əhəmiyyəti də nəzərə alınmalıdır.

XXI əsrin ilk 10 ilində üzləşdiyimiz çağırışların cavablanmasında müxtəlif nəticələr əldə etdik. Bu çağırışların mahiyyətini yaxşı anladığımıza inanıram.

Prezident İlham Əliyevə bu vacib təşəbbüsə görə bir daha təşəkkür edirəm. Mən çıxışımın əvvəlində dedim ki, Azərbaycan beynəlxalq aləmin daha kamil bir üzvünə çevrilmişdir. Türkiyə bu nəcib yolda hər zaman Azərbaycanın və eyni məqsədlərə xidmət edən bütün digər dövlətlərin güclü tərəfdaşı olacaqdır.

Sağ olun.

 

                                     

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku