ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Türkiyənin Bilkent Universitetinin idarə heyətinin rəhbəri Əli Doğramacının çıxışı

Zati-aliləri!

Xanımlar və cənablar!

Çıxışımı ingilis dilində edəcəyəm. Ancaq icazə verin, əvvəlcə Azərbaycan dilində bir neçə kəlmə deyim. 

Bakı kimi gözəl şəhərə yenidən gəldiyimə görə özümü çox xoşbəxt hiss edirəm. Bizi buraya dəvət edən Prezident İlham Əliyevə, hörmətli Mehriban xanım Əliyevaya öz adımdan və Türkiyədən gələn iş  yoldaşlarım adımdan dərin minnətdarlığımı bildirirəm.

Çıxışımın mövzusu müasir texnologiyalardır. Lakin əsas diqqəti informasiya texnologiyaları mövzusuna yetirəcəyəm.

Son 35 ildə hesablama sürəti min dəfə artmışdır. Bundan başqa, uzun məsafəli kommunikasiyanın sürəti min dəfə, yaddaşın həcmi isə bir milyon dəfə artmışdır. Müasir dünyamızda yüksək sürətli dəyişikliklər davam edir. “İnformasiya” termini haqqında çox təriflər vardır. “Oxford” lüğətinə görə, “informasiya” termininin mənalarından biri düşüncənin formalaşdırılmasıdır. Müasir dünyamızda informasiya texnologiyalarının rolu artdıqca informasiya əldə edilməsi və onunla manipulyasiya imkanı da artır. Bunlardan istifadə etmək bacarığı başqa işlər görməyə imkan verir. İnformasiya texnologiyalarının görünməmiş inkişafı bəşəriyyəti naməlum səmtlərə yönəldir. Bütün bunların hayana aparacağı məlum deyil. 

Müasir dövrdə sənayedə, səhiyyədə, biotexnologiya və hərbi kommunikasiya sahələrində köklü dəyişikliklər baş vermişdir. Bütün bu dəyişikliklər informasiya texnologiyalarını da əhatə edir. Həmin dəyişikliklərin əhatə etmədiyi sahələr isə geridə qalır. Geridə qalmaq istəməyən dövlətlərin informasiya texnologiyaları sahəsində yaxşı təhsil almış peşəkarlara ehtiyacı vardır. İnformasiya texnologiyaları sahəsində qabiliyyəti ilə seçilən universitet tələbələrinə bu sahədə xüsusi təlimlərin keçilməsi çox vacibdir. Bu, işin bir tərəfidir. Ümumən ictimaiyyəti informasiya texnologiyalarına dair biliklərin əsasları ilə təmin etmək isə başqa məsələdir.

İnformasiya əsrinin onurğa sütunu olan internetə gəldikdə isə, o, elektrik enerjisi qədər həyati əhəmiyyət kəsb edir. Əgər internetdən istifadə dayandırılsa, sənaye, səhiyyə, hərbi və kiber təhlükəsizlik sahələri çox çətin vəziyyətlə üzləşə bilər. Ondan faydalandığımız kimi, onun qarşısında getdikcə daha gücsüz oluruq.

Mən bir misal çəkmək istəyirəm. Belarusda çox da böyük olmayan təhlükəsizlik şirkətində Sergey Ulasen adlı bir mühəndis işləyirdi. 2010-cu ilin iyun ayında Sergey Ulasen İrandakı müştərilərinin birindən virus daxil olduğunu yəqin etmişdi. O, bu virusun necə ötürüldüyünü öyrənsə də, onun konkret nə iş gördüyünü müəyyən edə bilmədi. Sergey Ulasen bu tapıntısını ABŞ-ın “Microsoft” şirkətinə göndərdi. “Microsoft” dərhal əks-proqram hazırladığını bəyan etdi. Həmin vaxtdan etibarən “Microsoft”un sistemlərinə daxil olmaqda çətinliklər yarandı.    

“Microsoft”un təhlükəsizliyi ilə məşğul olan “Symantec”in mühəndisləri belaruslu mühəndisin tapdığı bu virusun təsvirini tam verə bilmirdilər. Çünki normal virus 20 kb ola bilər. “Stuxnet” adlandırılan bu yeni virus isə 500 kilobayt idi.  

“Stuxnet” virusu Tayvanın iki kompyuter şirkətindən oğurlanmış iki sertifikatdan istifadə edirdi. Həmin saxta identifikasiya ilə onlar bütün dünyada “Mikrosoft”a daxil ola bilmişlər. Bu şirkətlərin “Stuxnet”in nə olduğunu aydınlaşdırması bir neçə ay çəkmişdir. Məlum oldu ki, kompüterə girən bu virus heç nə etmir. Danimarka və Malayziyada fəaliyyət göstərən futbol saytlarına mesajlar göndərir. “Symantec”in mühəndisləri müəyyənləşdirdilər ki, bir çox ölkələrin 38 min virusa yoluxmuş kompyuterindən həmin saytlara mesajlar gəlmişdir. İki həftəyə bu mesajların sayı 100 minə çatmışdır. Həmin mesajların 400-ü ABŞ-dan, 22 mini isə İrandan gəlmişdi. Onlar bu virusu “Stuxnet” adlandırdılar. Sonradan müəyyənləşdirdilər ki, bu yeni tapıntı “Siemens”in tezlik ötürücüsü proqramlarından birinə çox bənzəyir. “Siemens”in istehsal etdiyi motorların sürətinə nəzarət funksiyasını həyata keçirən bu cür proqramlar əsasən su istehlakı ilə məşğul olan zavodlarda, fabriklərdə, avtomat qurğularda və nəqliyyatda istifadə edilir. Aydın oldu ki, həmin virus rotasiya tezliyini 1064 dəfədən 1410 dəfəyə qaldırır, maşınları daha sürətlə işlədir, sonra normal tezliyə qayıtarır, göstərici rəqəm yenə 1064 qalır.  Bu proses maşınları sıradan çıxarır.  Həmin proqramlardan, eyni zamanda, nüvə reaktorlarının sentrifuqasında istifadə olunur.

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə zavodlarına daxil ola bilmir. Agentliyin binanın xaricində yerləşdirilmiş kameraları vasitəsilə binaya gətirilib çıxarılanlara müşahidə edilir. Normal şərtlərdə İranın nüvə zavodunda ildə 800 sentrifuqa dəyişdirilməsi planlaşdırılırdı. Lakin ayda 800-dən artıq sentrifuqa quraşdırılırdı. Nə baş verir? Aşkar oldu ki, bu səbəbdən İran nüvə axtarışları bir müddət yavaşlamışdır. Bu səhvən üstü açılmış yalnız bir hücum olduğu anlaşılmışdır. “Microsoft” kimin nə iş gördüyünü bilsəydi, bəlkə də bu məsələnin üstü heç vaxt açılmazdı. 

Daha bir misal çəkmək istəyirəm. “DeutscheTelecom”un verdiyi məlumata görə, təkcə 2010-cu ildə şirkətin sistemləri 200 mindən artıq hücuma məruz qalmışdır. Beləcə, informasiya texnologiyaları fayda verməklə bərabər problemlər də yaradır. İnformasiya texnologiyalarından istifadə etmədiyin təqdirdə geri qalırsan. İstifadə etdikcə də problemlərlə üzləşirsən. Bu o deməkdir ki, ondan təsirli müdafiəyə ehtiyacımız var, amma eyni zamanda yerlərdə yüksək ixtisaslı peşəkar heyətin olması vacibdir.

İnformasiya texnologiyaları ondan istifadə etməyi bacaranlara böyük faydalar gətirməkdə davam edir. Buna görə də informasiya texnologiyalarına sərmayələrin qoyulması hökumətlərin vacib prioritetlərindəndir. İşlədiyim Ankaradakı Universitetin təhsil proqramında sərmayə ayrılacaq prioritetləri mən müəyyən edirəm. 

Gələcəyimizi müasir texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. Bu ona sərf etdiyimiz təchizat və resurslardan çox asılıdır. Onlar isə münasibətimizdən asılı olaraq formalaşır. Müasir texnologiyalar bizi çox uzağa aparacaq, amma, əlbəttə, onların dilini bilsək. 

Diqqətinizə görə sağ olun.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku