ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin çıxışı

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri, cənab İlham Əliyev!

Zati-aliləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva!

Zati-aliləri, xanımlar və cənablar!

Sizi əmin edirəm ki, mənim çıxışım çox qısa olacaqdır. Bilirəm ki, çoxunuz yorulmusunuz. Bakıda – bu gözəl və tarixi şəhərdə forumun açılış günündə çıxış etmək mənim üçün böyük şərəfdir. Bu humanitar forumun açılışı sivilizasiyalararası əməkdaşlığın yeni mərhələsinin başlandığını bildirir. Bu münasibətlə Azərbaycan hökumətinin İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatına (İSESCO) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində ümumislam işinə göstərdiyi köməyə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri, cənab İlham Əliyevə səmimi qəlbdən təşəkkür etmək istərdim. Mənim üçün eyni dərəcədə xoşdur ki, mədəniyyətlərarası dialoqda paytaxt kimi Bakının rolunun təsdiqi olaraq bugünkü  Beynəlxalq Humanitar Forumun təşkilinə, sivilizasiyalar arasında birliyə, xalqlar arasında qarşılıqlı hörmət hissini möhkəmləndirməyə, anlaşmaya, tolerantlığa və dinc yanaşı yaşamağa kömək etmək məqsədilə dünyanın tanınmış ziyalılarını bir yerə topladığına görə qardaş Azərbaycan xalqını təbrik edim.

Zati-aliləri, xanımlar və cənablar!

Bakı Beynəlxalq Humanitar Forumu qloballaşma dövründə beynəlxalq səviyyədə gələcək humanitar əməkdaşlıq hərəkatında yeni humanitar gündəmin yaradılmasında qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün yollar axtaracaqdır. Bu, Zati-aliləri, cənab İlham Əliyev hakimiyyətə gələndən bəri Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət qarşısında sadiqlik nümayiş etdirdiyi sivilizasiya məramına kömək etmək işində axtarışlarının bir hissəsi kimi, şübhəsiz ki, çox alicənab məqsəddir. Həmin axtarışlar bu dəyərli ölkəni əlbəttə ki, harmoniya və yaxınlaşma, inkişaf, tərəqqi və xalqlar arasında qarşılıqlı anlaşma məkanına çevirir. Qloballaşma dövründə dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq mövzusunda Bakıda keçirilmiş, bir neçəsinin təşkilində İSESCO-nun da iştirak etmək şərəfinə nail olduğu müxtəlif beynəlxalq konfranslar, doğrudan da, dünyanın diqqətini humanist mədəniyyətə mühüm töhfə verən bu şəhərə yönəltmişdir. Bu, həm də qloballaşma dövründə Bakının humanitar hərəkatın təbliğinə müsbət təsir göstərən belə bir humanitar layihəyə ev sahibliyi etmək bacarığının təsdiqidir. Biz İSESCO-da bu dəyərli humanitar sivilizasiya layihəsinin əhəmiyyətini çox yüksək qiymətləndiririk. Məqsədlərinin əhəmiyyətini nəzərə alsaq, bu layihə həm hökumətlərlə, həm də beynəlxalq, regional və yerli təşkilatlarla əməkdaşlığı ehtiva edir.  Birgə humanitar məqsədlərə çatmaq üçün İSESCO forumla əməkdaşlıq etməkdə, əlbəttə ki, maraqlıdır.

Dünyamız bu gün çox narahatdır. Ona görə də, ədalətə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin və Təhlükəsizlik Şurasının qərarlarına əsaslanaraq problemlərimizin həllində bu gün humanist yanaşmaya ehtiyacımız vardır. Dağlıq Qarabağ, Fələstin və bir çox başqa məsələlərə hüquqi baxışdan əvvəl humanitar baxış gərəkdir. 50 üzv dövləti birləşdirən İSESCO adından mən Bakı Beynəlxalq Humanitar Forumunu alqışlayıram, onun işinə uğurlar arzulayıram. Buna görə sizə təşəkkür edirəm.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku