ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskunun çıxışı

Hörmətli qonaqlar!

Hörmətli həmkarlar!

Miladi təqvimlə 14 iyun 1325-ci ildə (hicri təqvimi ilə 725-ci ildə) 21 yaşlı Abu Abdulla Məhəmməd İbn Battut Tanjeri (Mərakeş) tərk etmişdir. Otuz il ərzində 75 min mildən artıq yol qət edəndən  sonra o, Mərakeşə qayıtmış və “İbn Battutanın məşhur səyahətləri” adlı kitab yazmışdır. Onun hekayələri orta əsrlərdə quru və dəniz yolu ilə səyahət edən tacirlərin oynadıqları vacib rolu bizlərə açmaqdadır. Onun xatirələri Rumıniyanın intibah  dövrünün ilk illəri üçün tarixi mənbə kimi əhəmiyyət kəsb edir. İspaniyadan Çinədək uzanan İpək Yolunun üzərindən keçib Skandinaviyadan Yunanıstana gedən yollar məhz burada kəsişir. Orta əsrlərdə ticarət, təhsil və din dialoqun və konvergent sivilizasiyanın məkanı daxilində mövcud idi.

Mədəni irs həmişə mürəkkəb və çox həssas mövzu olmuşdur. Burada əsas məsələ “irs” ideyasının subyektiv mahiyyətidir. Qərb alimi qeyri-ixtiyari olaraq tarixi və mədəni reallığı özünə yaxın amil kimi qəbul edir. Şərqli isə özünü əcdadlarının ənənələrinə bağlı hiss edir və başqa ənənəsi olanları ikinci dərəcəli hesab edir. Bu cür fikir ayrılığının olduğu vəziyyətdən çıxış yolu dialoqdur – reallığın müxtəlif aspektlərinə əsaslanan elmi, psixoloji, mədəni, bədii və dini sahələrdə dialoq.

İki böyük din arasındakı münasibətlərin inkişafının hazırkı vəziyyətinə nəzər salarkən insanlar arasında dialoq arzusunun olmaması, münaqişə, qarşılıqlı dözümsüzlük hallarının mövcudluğunu görsək, tarazlıq tapmağın nə qədər çətin olduğunu başa düşərik. Unutmamalıyıq ki, bunların hamısı yarımçıq başa düşülən tarixin təsirindən başqa bir şey deyildir. Bu vəziyyəti nəzərə alaraq, özümüzə çox sadə bir sual verməliyik: biz həqiqətən öz dəyər və normalarımızı bilirikmi? Bu gün davamlı qarşılıqlı təsir şəraitində inkişafın qarşısının alınmasının qeyri-mümkün olduğu açıq dünyada qapalı cəmiyyətin heç bir şansı yoxdur. Eyni zamanda, qloballaşma yalnız ticarət, azad bazarın dinamikası, yaxud rəqabətə davamlı məhsulların istehsalı kimi başa düşülməməlidir. Bunlardan başqa, qloballaşma həm də müəyyən dəyərlər bilgisi, yaxınlıq və anlaşma deməkdir. Müasir dünyada sürətli transformasiya qlobal cəmiyyət, insanlararası əlaqələr, daha çox isə siyasət anlayışına yenidən baxılması prosesində iştirakımızı tələb edir. Siyasət günün reallıqlarından təcrid olunmuş şəkildə qəbul edilə bilməz. Bu gün siyasətin funksiyası yalnız dost və düşmənlər arasındakı münasibətlərin tənzimlənməsi ilə məhdudlaşmır. Siyasət cəmiyyət üzvlərini bölmək deyil, onları ümumi dəyərlər ətrafında birləşdirmək üçün təcrübə toplusu kimi qəbul edilməlidir.

İndi insanlar arasında dialoq daha geniş formada aparılmalıdır. Münaqişələrin qarşısının alınması və postmünaqişə vəziyyətinin idarə olunması üçün müxtəlif dini icmaların maraqlarını, dövlət öhdəliklərini və vətəndaşların təbii hüquqlarını, eləcə də regional aktyorların maraqlarını nəzərə alan balanslaşdırılmış baxışın olması zəruridir. Bu baxış milyardlarla insanın səsini və arzusunu çatdıran nümayəndələrin iştirakı olmadan inkişaf etdirilə bilməz.

Başqalarının istəklərini nəzərə almamaq xarici siyasətdə səhvlərə gətirib çıxarmış və tarix boyu münaqişə və müharibələrin yaranmasına səbəb olmuşdur. Ümumi dəyərlər, dialoq əsasında qurulmuş siyasət qloballaşmış dünyamıza sabitlik gətirə bilər. Şimali Afrikada və Yaxın Şərqdə azadlıq, demokratiya və insan hüquqları uğrunda aparılan hərəkatlar yaxın gələcəkdə yalnız bu ölkələrin deyil, bütün dünyanın gələcəyini dəyişəcəkdir. “Yumşaq güc” (Soft power) adlandırdığımız amilə əsaslanaraq təhlükəsizliyə və sülhə təminat verən sistem bərqərar etmək mümkündür.

Beynəlxalq siyasət və klassik diplomatiya güc üzərində yaradılmışdır və bu belə olmaqda davam edir. “Yumşaq güc” anlayışı funksionallıqdan uzaqdır. Xahiş edirəm, məni düzgün başa düşün. Mən klassik diplomatiyanın mədəni diplomatiya ilə əvəz edilməsini istəmirəm. Bu, bəlkə də təhlükəli utopiya olacaqdır, lakin mən onların birləşdirilməsinin tərəfdarıyam. Alim, mədəniyyət və dövlət xadimi kimi deyə bilərəm ki, qeyri-Ekvlid həndəsəsi Evklid həndəsəsi ilə, relyativist fizikası Nyuton fizikası ilə, musiqi, ədəbiyyat və incəsənətdə modernizm və postmodernizm klassizm və neoklassizm ilə nə qədər eyniyyət təşkil edirsə, mədəniyyət diplomatiyası ilə klassik diplomatiya da bir o qədər eynidir.

İnanıram ki, biz daha çox şeyə ümid edə bilərik. Hazırda böyük dövlətlər və beynəlxalq təşkilatlar (BMT, UNESCO və vətəndaş cəmiyyətləri) bütün dünyada sülh və qarşılıqlı anlaşmanı təbliğ etmək üçün danışıqlar və əməkdaşlıq vasitəsilə siyasi təhlükəsizlik mədəniyyəti yaratmağa çalışırlar. Biz hər kəsin razılaşa biləcəyi ən aşağı dərəcəli ortaq məxrəc axtarırıq. Hesab edirəm ki, insanlar arasında sülh və anlaşmanın əldə olunmasını istəyiriksə, diqqətimizi ən aşağı dərəcəli deyil, ən yüksək dərəcəli ortaq məxrəc yollarını tapmağa cəmləşdirməliyik.

İyirmi il bundan əvvəl Şərqi Avropada insanlar azadlıq və demokratiya uğrunda mübarizə aparmağa və ölməyə hazır idilər. Yeni minillikdə isə gəlin inam yollarını araşdıraq, lakin ondan bir-birimizə qarşı istifadə etməyək, yaradılmağımızın səbəbini anlamaya çalışaq. Xristian, İslam, İudaizm və başqa dinlərə mənsubluğumuzdan asılı olmayaraq, bütün dinlərdə sülh Allahın adıdır. Artıq yeni demokratiyalar üçün insan simalı kapitalizm (human face capitalism)  layihəsini yaratmağın vaxtı çatmışdır. XXI əsrdə baş verən inqilablar yalnız azadlıq üçün deyil, həm də insan ləyaqəti üçündür.

Çox sağ olun.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku