ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Kimya üzrə Nobel mükafatı laureatı, professor Əhməd Zeveylin çıxışı

Sabahınız xeyir, xanımlar və cənablar.

Mən humanitar əməkdaşlıq və tərəfdaşlığa dair bir az fərqli aspektdən danışmaq istəyirəm. Bilmək vacibdir ki, biz haradayıq və hara gedirik. Mənim fikrimə görə, əgər bugünkü dünyaya baxsaq, elə bil o, fəzada sıxılır, elə bil vaxtı da qısaltmışıq. Bu gün dünyaya bir az geniş baxsaq, görərik ki, bu saat iki milyarddan çox insan İnternetdədir. Əgər bu gün əlaqə qurmağı bacardığınızı düşünürsünüzsə, siz Bakı ilə Los-Anceles, ya da Qahirə arasında yox, keçmişin kommunikasiya vasitələri ilə içində yaşadığımız bugünkü dünyanı tutuşdurmağa, müqayisə etməyə çalışın. Mən bunu özüm Los-Ancelesdəki iş yerimdə təcrübədən keçirmişəm.

Siz Yerdə oturub 16 dəqiqə ərzində Marsdan fotoşəkil ala bilərsiniz. Bu şəkillər saniyədə 300 min kilometr sürətlə Yerə gəlir. Bu, içində yaşadığımız dünyadır, biz planetlər arasında əlaqə yaradırıq, şəhərlər arasında yox. Fikrimcə, XXI əsrin ən böyük imkanı, bu gün səhər Prezidentin dediyi kimi, odur ki, planetimizdə bəşər tarixindən bu yana ilk dəfə olaraq elm və bilik təkcə mühüm rol oynamır, həm də xalqların tərəqqisində həlledici rol oynayır. İstəyirəm bir misal göstərim. Bu gün mikrokosmosda əlimizdə olan vasitə və yollar fəzada atom və molekulların hərəkətinə nəzarət etməyə, həm də vaxtında nəzarət etməyə imkan verir. Bu nə deməkdir?  Tibb sənayesində dərman kəşfi bütünlüklə fərqli olacaq. Xəstəlikləri əvvəllər heç təsəvvür etmədiyimiz yollarla öyrənməyə başlayacağıq. Siz, ya mən, fərqi yoxdur, xoşladıq-xoşlamadıq, yaşımızdan asılı olaraq ahıl çağımızda Alsqeymer xəstəliyinə tutuluruq. Bu xəstəliyə səbəb isə protein molekuludur. Bu protein molekullarını axıra qədər öyrənib onlara nəzarət edə bilsək, gələcəyin təbabətini tamamilə yenidən qura bilərik.

Bütün planetlər və kainat bir yerdə makrokosmosdur. Bunu da bilirik ki, kainat getdikcə genişlənir və sürətini artırır. Əslində, söhbət indi təkcə bizim Yer planeti ilə başqa planetlər arasındakı əlaqədən yox, qalaktikalar arasındakı əlaqədən gedir. İnkişaf etməkdə olan dünyamız məhz bunu etmək istəyir. Amma başa düşməliyik ki, bəs o biri dünyalar hara gedir. Xalqlar Ayda və digər planetlərdə müstəmləkə yaradıb yeni resurslar əldə etmək barədə düşünürlər. Həyat elmlərinin axıra qədər başa düşmədiyimiz mürəkkəb dünyasında artıq qeyd etdiyim kimi, xəstəliklərin fundamental səviyyədə müalicəsini biz hələ lazımınca qura bilmirik. İşlərin bu vəziyyətində, Yaponiyadakı son kəşf, məsələn, gövdə hüceyrəsinin kəşfi göstərir ki, bəşəriyyət tarixində ilk dəfə olaraq insan dərisindən yeni orqan yaradılması mümkündür. Bəzi biokimyəvi proseslərin köməyi ilə biz  gövdə hüceyrəsini ələdə edə bilərik. Bu o deməkdir ki, insan üçün istənilən orqanı düzəldə bilərik, onu soyuducuda saxlayıb qocalanda xəstə orqanı dəyişə bilərik. Dünya çox sürətlə transformasiya olunur. Buna görə narahatlıq olmasa da, bilirəm ki, inkişaf edən dünya bunu etməlidir və güman ki, edir də. 

Xanımlar və cənablar! Biz məsələyə başqa cür yanaşmalıyıq. Mənim fikrimcə, etməli olduğunuz ilk iş odur ki, siz əvvəlcə evi təmizləməli, elm, bilik bazası, texnoloji baza yaratmalısınız. Amerika Yer planetində ona görə yaranmayıb ki, super dövlət olsun, lakin insanlar çalışdılar  və yeni ideya inkişaf etdilər. Mən bu gün dünyanın üzləşdiyi bəzi problemləri gördükcə çox narahat oluram. Məsələn, ərzaq qıtlığı. Son vaxtlarda dünyada, o cümlədən inkişaf etməkdə olan ölkələrdə baş verən inqilablar arasında əlaqələrdən bəhs edən bir müəllif yazırdı ki, bu, ərzaq qiymətlərinin artması ilə bağlıdır. İndi dünyada altı və ya yeddi milyard insan vardır. 2050-ci ildə bu rəqəm doqquz milyarda çatacaqdır. Əsl ərzaq və enerji qıtlığı, bax, o zaman olacaqdır. Orta Şərq olsun, Azərbaycan və ya başqa bir ölkə, fərqi yoxdur, dünya neft ehtiyatları 50 ya da 100 ilə bəs edər. Nə etməli? Sizin ölkənizin devizi çox xoşuma gəldi – siz qara qızıl resurslarını insan kapitalına çevirməyə çağırırsınız. Biz insan düşüncəsini bərpa etməliyik, insan mədəniyyətini və təhsilini yenidən qurub, yenidən yaratmalıyıq. Mənim fikrimcə, biz yalnız o vaxt mədəniyyət və sivilizasiyanın yaxınlaşmasına aparan yolları tapa bilərik.

Dinlər arasında münaqişə üçün də heç bir əsas yoxdur. Mən fərqli bir inancın, fərqli bir mədəniyyətin daşıyıcısı olaraq Amerikada yaşayıram. Belə hesab edirəm ki, mən o mədəniyyətlər və sivilizasiyalar arasında körpü ola bilərəm. Sivilizasiyalar və mədəniyyətlər arasında münaqişə barədə diskussiyaların heç bir əsası yoxdur. Çünki inanıram ki, belə mülahizələrin mahiyyəti yoxdur. Doğrudan da ehtiyac duyduğumuz bir şey varsa o da dünyada həqiqi humanitar tərəfdaşlığa və sülhə aparan həqiqi tərəfdaşlıqdır.

Çox sağ olun.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: inf[email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku