ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vidiadhar Suracprasad Naypolun çıxışı

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Mən yazıçıyam, kitab yazıram, bu məqsədlə də dünyanı gəzirəm. Gözəl təbiəti olan Azərbaycanda olmaqdan çox şadam. Mənim iqtisadiyyat, siyasət, yaxud astronomiyaya dair geniş anlayışım yoxdur. Mən yazıçılıq, yazıçıların vəziyyəti haqqında danışacağam. Biz yazıçılıq haqqında praktiki deyil, mücərrəd tərzdə danışırıq. Bəs biznes haqqında yazmaq necə, buna cəhd göstərmisinizmi? Yazıçı olmağa qərar verdikdə bu, öyrənməli olduğum ilk məsələ idi. Mən dil  öyrənməli oldum. Məktəb və universitet illərində məqalə yazırdım və buna çox vaxt sərf edirdim. Yazmaq üçün hər hansı mövzu tapmaq lazımdır. Dünya haqqında gənc bir insanın bildiyindən daha çox biliyin olmalıdır. Bu cür zəngin biliklə öz fikrini ifadə etməyə çalışır, əsərlər yazmağa başlayırsan. Mənim ilk kitabım məşhur ingilis yazıçısı İvlin Vo haqqında olmuşdur. O, satirik yazıçı idi. Hesab edirdim ki, satirik yazıçı adi işlərlə məşğul olmalı deyildir. Ona görə yox ki, satira müəyyən mənada həssaslıq tələb edir. Düşünürdüm ki, mən daha ciddi mövzularda yaza bilərəm, lakin bu cür mövzularda nə yazacağım haqqında hər hansı fikrim yox idi. Beləliklə, qərara gəldim ki, adi bir insanın gündəlik həyatı haqqında yazım. Lakin bu haqda da yazmaq çox çətindir, çünki sadə insanın gündəlik həyatı oxucularda maraq doğurmur.

Bir dəfə işlədiyim radio kanalının studiyasında bir nəfərlə söhbət edirdim. Yazmağı hələ öyrənirdim, amma ədəbi proqramları redaktə edirdim – bu da yəqin qəribədir. O insandan xahiş etdim ki, mənim apardığım proqramla bağlı fikrini yazıb mənə göndərsin. O isə belə cavab verdi: “Sənin yerində olsaydım, gələcəyi olmayan bu cür işlə məşğul olmazdım”. Əlbəttə, mən onu haqlı hesab etmədim. Müəyyən müddət narahatlıq keçirəndən sonra isə mən başa düşdüm ki, onun dediyində bir həqiqət vardır. Onu da başa düşdüm ki, əgər zəif yazırsansa özün bunu bilirsən. Deməli, tənqidi fikrə də ehtiyacın olmur. Mən iki kitab yazandan sonra qərara gəldim ki, yaradıcı üslubuma daha çox diqqət ayırım və altı həftə bunun üzərində işlədim.

Bir gün radio studiyasında bir otağa keçdim və yazmağa başladım. Həmin gün işimi yekunlaşdırmayınca, masa arxasından qalxmaq fikrim yox idi. Məqsədimə nail oldum. Ertəsi gün bu üsulla başqa bir yazı da yazdım. Bunların hamısı yazılarımın dili ilə bağlı narahatlığımın sayəsində mümkün oldu. Mən əsərlərimi sadə və açıq tərzdə yazmağa çalışırdım. İlk ciddi kitabımı da bu cür yazmağa başladım. 1950-ci ildə təkcə universitetdə təhsil almaq deyil, həm də yazıçı olmaq məqsədi ilə Böyük Britaniyaya getdim. Yazıçı olmaq bir kitab yazmaqla qurtarmır, bunun üçün daim yazmaq lazımdır. Yazıçı daim öyrənməlidir. Elə bil həmişə döyüşürsən. Yazmağı öyrənirsən, dili öyrənirsən. Hər dəfə fərqli mövzular haqqında yazırsan. Yazmağa necə davam edəsən? Bir yazını qurtardın, bəs sonra? Bunların hamısı öyrənilməlidir.

Çoxları yazmaq prosesinə, yazıçılığa mücərrəd yaxud da fəlsəfi aspektdə yanaşırlar. Yazıçılardan hansısa məsələ haqqında fikirlərini soruşmaq çox maraqlıdır. Mənim fikirlərim çox böyük deyil və ümumidir.  Bu gün burada eşitdiyim böyük ideyalar xoşuma gəldi. 

Bir çoxlarına görə, yazmaq sadə və gözəl bir işdir, amma vəcd və mistika ilə bağlıdır. Mən bunu belə hesab etmirəm. Ümid edirəm ki, dediklərim sizlər üçün də maraqlı oldu.

Diqqətinizə görə təşəkkür edirəm!

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku