ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunun çıxışı

Cənab Prezident!

Xanım Əliyeva!

Zati-aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar!

Azərbaycan hökumətinin təşəbbüsü ilə təşkil edilmiş bu Beynəlxalq Humanitar Forumda iştirak etmək mənim üçün böyük şərəfdir.

Bu ilin əvvəlində Azərbaycanda başqa bir yüksək səviyyəli tədbir keçirilmişdir – Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum. Mən bu tədbirdə də iştirak etmək şərəfinə nail olmuşdum. Bakıya yenidən gələrək belə bir mühüm forumda iştirak etməkdən çox şadam. İnanıram ki, bu tədbir çox uğurla keçəcəkdir.

Əziz dostlar, forumun mövzusu “XXI əsrin çağırışlarının humanitar aspektləri”dır. Tərəddüd etmədən söyləyərdim ki, təmsil etdiyim təşkilat – Avropa Şurası və onun Parlament Assambleyası gündəlik olaraq bu qəbil məsələlərlə məşğul olur. Yaşadığımız cəmiyyətin bünövrəsi olan demokratiya, insan hüquqları və qanunun aliliyi kimi fundamental dəyərlər Avropa Şurasının fəaliyyətinin əsasını təşkil edir. Bu fundamental dəyərlər özlüyündə məqsəd deyil, uzunmüddətli sülh və tərəqqini təmin etmək üçün vasitədir. Bu dəyərlərə hörmət bütün bəşəri fəaliyyət və ümumi rifah üçün çərçivə yaradır.

Hörmətli həmkarlar, qeyd etmək istərdim ki, bu gün üzləşdiyimiz ən böyük humanitar çağırış birgə yaşayışla bağlıdır. Bildiyimiz kimi, Avropanın çoxmədəniyyətli modeli üçün yeni çağırışlar yaranmaqdadır: hətta sülh şəraitində birgə yaşayan müxtəlif etnik və mədəni cəmiyyətlər arasında qarşılıqlı əlaqənin olmaması qeyri-sabitlik üçün əsas yaradır.

Həqiqətən də mədəniyyətlər və etnik qruplar arasında əlaqənin olmaması anlaşılmazlıqlara, etimadsızlığa və ayrı-seçkilik hallarının yaranmasına gətirib çıxarır. Ən pisi ondan ibarətdir ki, ayrı-seçkilik özü də dözümsüzlüyün, ekstremizmin və ksenofobiyanın, hətta bu yaxınlarda şahidi olduğumuz kimi, Avropanın əksər yerlərində terrorizmin yaranmasına səbəb olur.

Bizim ekstremizmə cavabımız cəmiyyət daxilində fərqli mədəniyyətləri olan etnik qrupların qarşılıqlı əlaqəsinə imkan verən mədəniyyətlərarası yanaşma olmalıdır. Bu kontekstdə vurğulamaq istərdim ki, mədəniyyətlərarası dialoqun təşviqi AŞPA-nın, eləcə də  mənim mandatımın əsas prioritetlərindən biridir. Bu ilin aprelində Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forumda mən bu məsələ ilə bağlı planlarımızı və hesabatlarımızı sizlərin diqqətinə çatdırmışdım. Çox şadam ki, bu planlar yerinə yetirilir:

Bu ilin aprelində, Assambleyada katolik, protestant, ortodoks, müsəlman və yəhudi nümayəndələrin iştirakı ilə mədəniyyətlərarası dialoqun dini aspektləri ilə bağlı çox maraqlı müzakirə keçirilmişdir. Təşkilatımızın tarixində ilk dəfə idi ki, onlar Assambleyada eyni mövqedən çıxış edərək bildirdilər ki, cəmiyyətimiz yalnız və yalnız insanlar arasında qarşılıqlı hörməti və anlaşmanı təşviq etmək və həmrəyliyi, sosial birliyi möhkəmləndirməklə inkişaf edə bilər.

Bundan başqa, 2011-ci ilin iyununda Assambleyada “XXI əsr Avropasında birgə yaşamaq” mövzusunda müzakirə təşkil edilmişdir. Nazirlər Komitəsinin sədri, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Avropa Şurasının baş katibi Torbyörn Yaqlandın təşəbbüsü ilə yaradılmış Tanınmış Şəxslər Qrupunun eyni mövzuda hazırladığı hesabatın nəzərdən keçirildiyi bu tədbirdə biz Avropada “rəhbərlik böhranı”nın aradan qaldırılması yollarını müzakirə etdik, siyasətçiləri və bütün səviyyədə seçilmiş nümayəndələri Avropa layihəsinə təhdidlərlə bağlı yaranmış çağırışlara dair fikirlərini ifadə etməyə və ekstremizm əleyhinə illik Forumun keçirilməsi təklifi üzərində düşünməyə çağırdıq.

Bundan başqa, Avropa Şurasının Nazirlər Komitəsinə tolerantlıq və fərqliliyə hörmət prinsiplərini, mədəniyyətlərarası dialoqu, Avropa cəmiyyətlərində ekstremizm və ksenofobiya əleyhinə mübarizəni təbliğ etmək məqsədinə xidmət edən “Birlikdə yaşamaq kampaniyası”nın başladılmasını nəzərdən keçirməyi tövsiyə etdik. Bu tövsiyələrin də yerinə yetiriləcəyinə ümid edirəm.

Əziz həmkarlar, dostlar, Avropanın üzləşdiyi humanitar çağırışlar təkcə öz ölkəmizdə üzləşdiyimiz problemlər ətrafında cəmləşmir. Biz humanitar problemlərin hamımız üçün ciddi nəticələr doğura biləcəyi qloballaşmış və qarşılıqlı asılı dünyada yaşayırıq. Baxmayaraq ki, bu təsirləri biz birbaşa və dərhal öz üzərimizdə hiss etmirik.

Ötən həftə Parlament Assambleyasında 2011-ci il oktyabr sessiyası zamanı Avropa Şurasının üzv dövlətlərinin Şərqi Afrikada humanitar fəlakətlərdən əziyyət çəkən ölkələrə necə yardım etməsi ilə bağlı müzakirə təşkil edilmişdir. Mənim şəxsən Assambleyaya təqdim edildiyim bu müzakirədə biz belə bir nəticəyə gəldik ki, humanitar yardımın təmin edilməsinin koordinasiyasına dair Avropa və beynəlxalq mexanizmlər təkmilləşdirilməlidir. Avropanın üzv dövlətlər tərəfindən ən yüksək siyasi səviyyədə dəstəklənən həqiqi əlaqələndirmə mexanizminə ehtiyacı vardır. Biz ikiqat əziyyətdən xilas olmaq üçün xüsusilə yardımın göstərilməsində şəffaflığın təmin edilməsinin, geniş informasiya mübadiləsinin və əməliyyatların səmərəli əlaqələndirilməsinin zəruriliyini vurğuladıq.

Bundan əlavə, biz bildirdik ki, humanitar fəlakətlərin nəticələrinin azaldılması və lazımi yardımın səmərəli şəkildə yerinə çatdırıla bilməsi üçün əlverişli mühit yaradılmasında beynəlxalq ictimaiyyət əvvəlcədən fəal olmalıdır. Başqa sözlə, humanitar fəlakətlərin kökü zəif inkişaf etmiş iqtisadiyyatda və yaxşı idarəetmənin olmamasındadır. Məhz burada mən Avropa Şurasının rolunu aydın görürəm. Təbliğ etdiyimiz standartlar, – mən demokratik sabitliyi, insan hüquqlarını və davamlı inkişafı nəzərdə tuturam, – məhz bu mühiti yaradır. Bu kontekstdə Şərqi Afrikada yaranmış vəziyyət nadir deyildir. Mən burada xüsusilə Avropanın yaxın qonşularını nəzərdə tuturam. Hesab edirəm ki, ərəb inqilablarının baş verdiyi Şimalı Afrika və Yaxın Şərq ölkələrində siyasi azadlığın olmaması, ədalətsizlik, korrupsiya, işsizlik, iqtisadi tənəzzül və biznes bazarında imkanların qeyri-bərabərliyi kimi problemlər hələ də öz həllini gözləyir. Nəticədə, regionda bir çox insanlar, xüsusən gənc nəsil qeyri-müəyyən humanitar şəraitdə yaşamaqda davam edir. Odur ki, son illərdə, daha dəqiq desək, bu ilin əvvəlindən başlayaraq humanitar fəlakətlərdən, iqtisadi çətinliklərdən, yaxud siyasi təzyiqlərdən canını qurtarıb quru yolla, ya da dəniz yolu ilə Avropaya gələn qaçqınların sayı xeyli dərəcədə artır. Bu çağırışlar qarşısında biz ikiqat məsuliyyət daşımalıyıq. 

Hər şeydən əvvəl, ehtiyacı olanları müdafiə və onlara kömək etmək bizim əxlaqi borcumuzdur. Parlament Assambleyasının mövqeyi budur ki, Qaçqınların Statusu haqqında BMT-nin 1951-ci il Konvensiyasına əsasən, özünün hüquqi və humanitar öhdəliklərini yerinə yetirmək Avropa Şurasının hər bir üzvünün ümdə vəzifəsidir. Fakt budur ki, qaçqınların müəyyən regionlarda həddindən artıq yığılması onları güclü təzyiqlərə məruz qoyur – dediklərim xüsusilə Maltaya və kiçik Lampedusa adasına aiddir. Avropada sığınacaq axtaranların, xüsusilə Aralıq dənizinin cənub sahillərindən gələnlərin sayı ümumilikdə bu qitə üçün həlledilməz problemlər  yaratmamalıdır. Ona görə də hər bir Avropa ölkəsi bu məsələyə münasibətdə ümumi məsuliyyət göstərməli və beynəlxalq dəstək axtaran insanlara tələblərinin yerinə yetirilməsinə imkan yaradan ədalətli və səmərəli sistemdən faydalanmağı təmin etməlidir.  

Qaçqınlardan söz düşmüşkən, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz Dağlıq Qarabağ probleminə görə və Azərbaycan torpaqlarının başqa bir üzv dövlət tərəfindən işğal edilməsi nəticəsində bu ölkədə qaçqınların və məcburi köçkünlərin yaşadıqlarını yaddan çıxarmamalıyıq. Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün yaşayır. Mən bilirəm ki, Prezident İlham Əliyev və Azərbaycan hökuməti onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni edir. Lakin biz xüsusilə qadınların və uşaqların çətin vəziyyətdə yaşadıqlarını unutmamalıyıq. 

İkincisi, yaxşı idarəetmənin həvəsləndirilməsi və demokratik institutların gücləndirilməsi işində biz qonşularımıza dəstək verməliyik. Parlament Assambleyasının yeni “Demokratiya naminə tərəfdaş” statusu Avropa Şurasına bu vəzifəni yerinə yetirmək üçün yaxşı imkanlar verir. Tam hüquqlu üzvlük təklif etməsə də, bu status parlament üzvü olmayanlara da imkan verir ki, Assambleyanın işində iştirak etsinlər, rəylərini bildirsinlər, təcrübələrini bölüşsünlər və yeni standartlar yaradılmasına kömək etsinlər.

Bu ilin iyununda biz tərəfdaş statusunu Mərakeş Krallığının parlamentinə verdik. Keçən həftə biz genişlənən ailəmizə yeni tərəfdaş üzv – Fələstin Milli Şurasını qəbul etdik. Demokratik seçkilərin təşkilinə və seçkilərin müşahidəsinə kömək etməklə biz bu yeni statusu indi Tunisdə təbliğ edirik. Ümid edirik ki, yeni hakimiyyət özünü bu işə hazır hesab edəndə tərəfdaşlıq üçün müraciət edəcəklər. 

Onu da qeyd etməliyəm ki, tərəfdaş statusuna artan maraq təkcə Aralıq dənizi regionunda deyildir. Keçən həftə Strasburqda mən Qırğızıstan Respublikası parlamentinin vitse-spikerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdim. O, ölkə parlamentinin spikerinin məktubunu mənə təqdim etdi. Məktubda Qırğızıstan parlamentinin tərəfdaş statusu üçün müraciət etməsi barədə qərar qəbul etdiyi xəbər verilirdi. Bu, mənim qətiyyətlə müdafiə etdiyim aydın siyasi mesajdır. Ona görə də biz Qırğızıstan parlamentinin rəsmi müraciətini gözləyirik ki, sonra müvafiq prosedur işlərinə başlayaq.  

İnanıram ki, Qırğızıstan parlamentinin müraciəti regiondakı digər ölkələr üçün də yaxşı nümunə olacaqdır. Xüsusən də, bu yaxınlarda Qazaxıstana səfərim zamanı mən bu statusu fəal şəkildə dəstəklədim. Qeyd edim ki, mənim arqumentlərim müsbət qarşılandı.

Əziz dostlar! Biz sürətlə dəyişən bir cəmiyyətdə yaşayırıq. Artıq qeyd etdiyim kimi, Avropada bizim üzləşdiyimiz çağırışlar dünyanın digər regionlarında yaranan humanitar problemlərlə sıx bağlıdır. Ona görə də birgə reaksiya göstərmək vacibdir.

Səmərəli reaksiya olması üçün biz uğur əldə etməyimizə imkan verən universal fundamental dəyərlər ətrafında birləşməliyik. Bu dəyərlər, – demokratiya, insan hüquqları və qanunun aliliyi, – XXI əsrdə də əhəmiyyətini saxlayır. Şadam ki, bu Forum qarşılaşdığımız çağırışlara dolğun cavab vermək üçün həmin dəyərlər naminə birgə fəaliyyətimizi nəzərdən keçirmək baxımından bizə daha bir imkan verir.

Diqqətinizə görə təşəkkür edirəm.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku