ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Prezident Vladimir Putinin III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına müraciətini oxuyan Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy dedi:

- Möhtərəm Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev!

Zati-aliləri!

Xanımlar və cənablar! cheap nike free run sale

Bu Forumda iştirak etmək mənim üçün böyük şərəfdir. Çünki Bakı Humanitar Forumu çox qısa müddətdə dünyada inkişafın ən mühüm, ən ümdə problemlərinin müzakirə edildiyi vacib məkanlardan birinə çevrilmişdir. Bu da mühüm məqamdır ki, söhbət dəyərlərlə bağlı problemlərdən gedir, çünki bu gün biz dəyərlər böhranı problemləri, sivilizasiya böhranı barədə çox danışırıq. Əslində isə bəşər tarixində əvvəllər də belə hallar olmuşdur və bəşəriyyətin bu cür problemləri aradan qaldırmaq yollarını axtarması ilk dəfə deyildir.

Üç il ərzində Bakı müxtəlif sivilizasiyaları, müxtəlif millətləri təmsil edən, dünya haqqında müxtəlif təsəvvürlərə malik olan insanlar üçün mühüm görüş yerinə çevrilmişdir. Məhz burada bəşəriyyəti fəlakətlərdən xilas edə biləcək yollar araşdırılır. Bu Forum Rusiya üçün çox əhəmiyyətlidir. Çünki o, Rusiya və Azərbaycan tərəfindən birgə təsis edilmişdir. Bu əlamət onu göstərir ki, biz olduqca yaxın xalqlarıq. Bu xalqları tarix, bu günümüz və gələcəyimiz bağlayır. Prezident Əliyevin indicə bu cür təsirli şəkildə danışdığı Azərbaycanın uğurları bizim üçün son dərəcə əhəmiyyətlidir, çünki Azərbaycan xalqının uğurları Rusiya xalqının çox böyük sevincinə və ruh yüksəkliyinə səbəb olur. Biz iki yaxın xalqıq, iki yaxın dövlətik, buna görə də qeyd etmək çox vacibdir ki, Azərbaycan Prezidentinin lap yaxın vaxtlarda seçkilərdə qazandığı qələbə Rusiya Federasiyasında yaşayan bütün xalqları sevindirmişdir.

Mənə fəxri bir missiya – III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına və qonaqlarına Rusiya Prezidentinin təbrikini səsləndirmək həvalə edilmişdir.

Mixail Şvıdkoy Prezident Vladimir Putinin məktubunu oxudu.

Məktubda deyilir: “Hörmətli xanımlar və cənablar! Əziz dostlar! III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarını, qonaqlarını, təşkilatçılarını ürəkdən salamlayıram.

Bu böyük beynəlxalq tədbirin nüfuzu ilbəil artır. Rusiya və Azərbaycanın dövlət başçılarının himayəsi ilə keçirilən bu Forum bu dəfə də dünyanın onlarca ölkəsindən görkəmli siyasətçiləri, alimləri, yaradıcı ziyalıların nümayəndələrini bir araya toplamışdır. Sizin Forumun gündəliyi get-gedə daha müxtəlif və dolğun olur. Onun birləşdirici xarakteri, iştirakçıların elm, təhsil, mədəniyyət və incəsənət sahəsində qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün ümumi cəhdləri dəyişməz qalır.

Əminəm ki, Forumda məzmunlu və faydalı diskussiyalar, yeni ideyalar və təşəbbüslər real işlərdə və layihələrdə öz praktiki təcəssümünü tapacaq, xalqlar arasında etimadın, qarşılıqlı anlaşmanın və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə kömək edəcəkdir.

Sizə səmərəli iş arzulayıram və ən xoş diləklərimi bildirirəm.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin”. black nike free run cheap

BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisinin səlahiyyətlərini icra edən Daq Siqurdson BMT-nin baş katibi Pan Gi Munun müraciətini səsləndirərək dedi:

- Cənab Prezident, Zati-aliləri!

Dəyərli qonaqlar və bu mötəbər Forumun iştirakçıları!

Xanımlar və cənablar! nike free run sale

BMT-nin Azərbaycandakı ofisinin icraçı rezident əlaqələndiricisi kimi cənab Pan Gi Munun müraciətini sizin diqqətinizə çatdırmaq istərdim.

Daq Siqurdson Pan Gi Munun məktubunu oxudu.

Məktubda deyilir: “Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarını salamlayıram. Azərbaycan hökumətinə bu tədbirə ev sahibliyi etdiyinə görə təşəkkürümü bildirirəm.

Azərbaycanın müxtəlif sahələr üzrə aparıcı insanları Foruma dəvət etdiyini xüsusi qeyd etmək istəyirəm. BMT olaraq biz də dövlət qurumları, humanitar, iqtisadi dairələrin nümayəndələrini hər zaman bir araya toplamağa hazırıq. Bu əməkdaşlıq ölkə sərhədləri ilə məhdudlaşmamalıdır. Bütün ölkələrdə insanlar münaqişələrdən, ayrı-seçkilikdən azad şəkildə yaşamaq istəyirlər. Bu, böyük imkanlar dövrüdür. Vətəndaşlar bizim birgə irəliləyişimizə töhfə verə bilərlər. Bu işdə hökumətlər qadınların, gənclərin və bütün vətəndaşların probleminin həll edilməsinə çalışmalıdır.

Biz Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün yoxsulluğun aradan qaldırılmasına çalışmalıyıq. İqlim dəyişikliyi ilə bağlı və bu istiqamətdə 2015-ci ildən sonra universal baxış proqramını qəbul etməliyik ki, onun başlıca prinsipi də davamlı inkişaf olacaqdır. Biz bütün böhranların öhdəsindən gəlməyə çalışmalıyıq. Bu sırada Suriyada humanitar böhranın həll edilməsi də vacibdir. Bu məsələnin sülh yolu ilə həllinə nail olmaq lazımdır ki, bu da Suriya xalqının iradəsini əks etdirmiş olsun. Biz bu baxımdan ölkənin kimyəvi proqramının ləğv edilməsi ilə bağlı səyləri dəstəkləyirik.

Bu gün Afrikada acınacaqlı vəziyyət vardır. Dekabr ayında 394 min insan Mərkəzi Afrika Respublikasında öz evlərindən didərgin düşmüşdür. Bu baxımdan BMT öz töhfəsini verir ki, zorakılığın qarşısı alınsın. Bizim bu baxımdan beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacımız vardır.

Əminəm ki, hər biriniz müxtəlif böhranların həll edilməsinə öz töhfənizi verəcəksiniz. Biz inkişafa nail olmaq istəyirik. Bu Foruma əməkdaşlıqda uğurlar diləyirəm.

Təşəkkür edirəm!

Pan Gi Mun

BMT-nin baş katibi”

Sonra UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Forum iştirakçılarına videomüraciəti təqdim edildi.

Müraciətdə deyilir: “Xanımlar və cənablar! Mənim üçün böyük şərəfdir ki, III Bakı Beynəlxalq Forumuna müraciət edirəm. Artıq üçüncü dəfədir keçirilən bu Forum qlobal bir platformaya, bəşəriyyəti narahat edən müxtəlif humanitar məsələlərin müzakirəsi üçün gözəl bir vasitəyə çevrilmişdir.

Bugünkü Forumun mövzuları – davamlı inkişaf, elm və təhsil, multikulturalizm və s. UNESCO-nun əsas fəaliyyət istiqamətlərindəndir. Bu baxımdan Forum davamlı sülh və sabitliyin təmin edilməsi məsələsində bizim üçün əhəmiyyətli bir fəaliyyətdir. Bunlar çox mürəkkəb məsələlərdir. Amma bunlar insan inkişafı üçün gündəlikdə duran başlıca mövzulardır.

Elmin inkişaf etdirilməsi və elmi məlumatların bölüşdürülməsi çox əhəmiyyətli məsələdir. Təhsil bizim üçün ən əhəmiyyətli mövzudur. Bütün insanlar – qadınlar və kişilər öz töhfələrini verməlidirlər ki, biz bu məsələdə uğurlara nail olaq.

Bu gün cəmiyyətlər çox dərin transformasiya dövrü keçir. Burada müəyyən qeyri-bərabərliklər vardır. UNESCO üçün bu, bir nömrəli humanist gündəlikdir. İnsan hüquqlarının və ləyaqətinin təmin edilməsi ən vacib və başlıca vəzifədir. Buna görə də bizim böyük iddialı yanaşmamız vardır ki, 2015-ci ildən sonra bu məsələ üzrə gündəlik formalaşdıraq.

Mən, III Bakı Beynəlxalq Humanitar Forumunun bütün iştirakçılarına uğurlar arzulayıram və Azərbaycan hökumətinə xüsusi təşəkkürümü bildirirəm. Xüsusilə də, Zati-aliləri cənab İlham Əliyevə bu təşəbbüsə görə təşəkkürümü bildirirəm. Sizə səmərəli iş arzulayıram və sizin mühüm qərar qəbul edəcəyinizə inanıram”.

Forumda çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-TuveycriPrezident İlham Əliyevi yenidən Azərbaycanın dövlət başçısı seçilməsi münasibətilə təbrik etdi.

Azərbaycanın sürətli inkişafının bundan sonra da davamlı olacağını bildirən Əbdüləziz bin Osman əl- Tuveycri dedi:

- İlk olaraq Zati-aliləri cənab İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Zati-alilərinə davamlı uğurlar arzu edirəm. Heç şübhəsiz ki, Azərbaycan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında istər regional, istərsə də beynəlxalq səviyyədə sülhün təşviqinə çalışır, tolerantlığın və dialoqun inkişafına böyük səylər göstərir. Bu, beynəlxalq əlaqələrin təməlində duran məsələdir. Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın digər beynəlxalq təşəbbüsləri kimi çox gözəl göstəricidir. Azərbaycan müxtəlif adekvat dialoq mexanizmlərinin üzərində çalışır ki, beynəlxalq ictimaiyyətdə əməkdaşlıq və anlaşmaya nail ola bilsin.

Təəssüflər olsun ki, media müxtəlifliyinə baxmayaraq, bu dəqiqə radikallıq hökm sürür və bu gün böyük irqi ayrı-seçkilik vardır. Bu sahədə ən məyusedici məsələ Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğal edilməsidir. Etnik təmizləmə, tarixi və mədəni obyektlərin dağıdılması bunun ən ağır nəticələrindəndir. BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanması ilə bağlı dörd qətnamə qəbul etməsinə baxmayaraq bu işğal bu gün də davam edir. Fələstin məsələsi də bu günədək həllini tapmamışdır. Bu davamlı münaqişələr bir daha onu göstərir ki, Təhlükəsizlik Şurası sülhün təmin edilməsində öz vəzifəsinin öhdəsindən gəlmir. Bu, çox məyusedici bir haldır. Sülhün, sabitliyin və ədalətin təmin edilməsi məsələsi təkcə bu Forumun deyil, digər forumların da əsas mövzusu olmalıdır.

Zati-aliləri cənab Prezident, xanımlar və cənablar, bugünkü Forum çox kritik tarixi bir mərhələdə keçirilir, münaqişələr və toqquşmalar dünyanın müxtəlif yerlərində, xüsusilə də müsəlman aləmində tüğyan edir və beynəlxalq ictimaiyyət bunun öhdəsindən gələ bilmir. Bu, təkcə böyük bir təhlükə deyil, region üçün sabitliyi təhdid edən bir məsələdir. Eyni zamanda, insan inkişafı və beynəlxalq münasibətləri hədələyən bir məsələdir.

İSESCO-nun baş direktoru zorakılıq, təcridolunma, ekstremizm, islamofobiya kimi dünyanı narahat edən halların kökündə duran məsələləri araşdırmaqda Bakı Humanitar Forumunun xüsusi önəm daşıdığını vurğulayaraq dedi:

- Biz inanırıq ki, müxtəlif sahələrdən liderləri, siyasətçiləri və alimləri bir araya toplayan üçüncü Bakı Beynəlxalq Forumu insan haqlarının qorunmasına, dözümlülüyə və dialoqa öz töhfəsini verəcəkdir. Biz beynəlxalq hüquq üzərində qurulmuş bir dünyaya nail olacağıq. Bu, Bakı Forumunun əsas məqsədidir. Diqqətinizə görə təşəkkür edirəm!

Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl də İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik etdi.

Forumun yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirən Süleyman Dəmirəl dedi:

- Cənab Prezident İlham Əliyev, hörmətli Mehriban xanım Əliyeva, hörmətli qonaqlar, xanımlar və cənablar!

İlk olaraq icazə verin, öz dərin təşəkkürümü cənab Prezident İlham Əliyevə bildirim ki, məni bu gün bu mötəbər tədbirə dəvət edibdir. Gözəl təşkilatçılığı və qonaqpərvərliyi xüsusilə qeyd etmək istərdim. Bu gün belə bir mötəbər auditoriya qarşısında çıxış etməyim mənim üçün çox böyük məmnunluq doğurur.

İlk olaraq, icazə verin, mən əziz dostum, cənab Prezident İlham Əliyevi və Azərbaycan xalqını onun yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edim. Prezident İlham Əliyevə üçüncü müddətə Azərbaycan Respublikasının dövlət başçısı seçilməsi ilə bağlı bir daha təbriklərimi çatdırmaq istərdim.

Mən iki il bundan əvvəl Birinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmişdim. Bu gün çox dərin təsirlənmişəm ki, Bakı nə dərəcə gözəl bir şəhər olmuşdur.

Möhtərəm cənab Prezident! Bu, Azərbaycanın Sizin rəhbərliyinizlə inkişafının bariz nümunəsidir. Azərbaycan elmin, iqtisadiyyatın və digər sahələrin regional mərkəzinə çevrilmişdir. Ən xoş olan odur ki, Azərbaycanın inkişafında insan amili çox mühüm yer tutur. Azərbaycan xalqının yaşayış səviyyəsinin yaxşılaşdırılması çox məmnunedici bir məsələdir. Buna görə də təbii ki, məhz Bakıda belə bir mötəbər tədbir keçirilir.

Bu gün dünyada və regionda ciddi dəyişikliklərin baş verməsinə diqqəti cəlb edən Süleyman Dəmirəl həmin proseslərin dünyanın iqtisadi və siyasi mərkəzlərinin dəyişməsi ilə müşayiət olunduğunu söylədi. O qeyd etdi ki, dünyada sülhü və sabitliyi qorumaq missiyası qarşıya yeni vəzifələr qoyur.

Türkiyənin sabiq Prezidenti dünyada əhali artımı ilə bağlı yaranan problemlərin həlli üçün beynəlxalq səviyyədə bütün səylərin birləşdirilməsinin vacib olduğunu dedi. O, beynəlxalq əməkdaşlığı və iqtisadi inteqrasiyanı genişləndirmədən təhlükəsizliyə və sabitliyə tam nail olmağın mümkünsüzlüyünü diqqətə çatdırdı. Süleyman Dəmirəl Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin regional və beynəlxalq əməkdaşlığa təhdid olduğunu bildirərək dedi:

- Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi bu regionun əsl potensialını reallaşdırmaq üçün böyük maneədir. Bu səbəbdən münaqişə təcili olaraq həll edilməlidir. Bunun isə başlıca prinsipi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir. Ermənistan bunu dərk etməlidir. Ermənistan başa düşməlidir ki, o da bu münaqişənin həlli nəticəsində səmərə görə bilər. Bu səbəbdən də həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri yaxşılaşmış olar. Çünki biz bu gün qarşılıqlı əməkdaşlıq dünyasında yaşayırıq. Təkcə inkişaf müsbət təsir göstərmir. Eyni zamanda, problemlərin bir-biri ilə bağlı olması böyük çətinliklər yaradır.

Süleyman Dəmirəl ekoloji tarazlığın pozulması, su qıtlığı, piratçılıq və dünyanı narahat edən digər məsələlərin həllində də beynəlxalq birliyin birgə fəaliyyətinə ehtiyac olduğunu söylədi. Həmin problemlər arasında savadsızlığın da yer aldığını deyən sabiq Prezident bu baxımdan Azərbaycanın təcrübəsini təqdir edərək bildirdi:

- Dünya əhalisi savadlı olmalıdır. Bu baxımdan Azərbaycan bir nümunə ölkə ola bilər. Çox təqdirəlayiq bir haldır ki, ölkənin təbii sərvətləri intellektual potensiala çevrilir. Bu da “Qara qızılın insan kapitalına çevrilməsi” tezisinin prinsipinə uyğundur. Təhsilli, savadlı insan kapitalına malik olan ölkələrdə xoşagəlməz hallara daha az rast gəlinir. Həmin ölkələrdə dialoq və barışıq hökm sürür.

Türkiyənin 9-cu Prezidenti dünyanı narahat edən məsələləri müzakirə etmək və yekdil fikrə gəlmək baxımından Bakı Humanitar Forumunun əhəmiyyətindən danışdı.

Rəsmi açılış mərasimindən sonra Bakı Beynəlxalq Humanitar Forumu plenar iclasla işini davam etdirmişdir.

Plenar iclasın birinci hissəsinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovsədrlik etmişdir.

İclasda çıxış edən Estoniyanın sabiq Prezidenti Arnold Rüütel Avropa İttifaqının üzvü olan ölkəsində həyata keçirilən islahatlardan danışdı.

“Problemlərə humanist yanaşma dəyərlər üzərində qurulmalıdır”, – deyən Arnold Rüütel vurğuladı ki, Estoniya Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramını dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin həllini istəyir. O, davamlı inkişaf, elmi-texniki innovasiyalardan geniş istifadə və sosial məsələlərin həlli ilə bağlı fikirlərini çatdırdı.

Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç bu Beynəlxalq Forumun dünyanı narahat edən ən mühüm məsələlərin müzakirəsinə həsr edildiyini dedi. Bildirdi ki, indi vahid Avropanı multikulturalizmsiz düşünmək çox çətindir. Yalnız bu halda Avropa İttifaqını səmərəli qurum kimi qəbul etmək olar, çünki dünyanın gələcəyi multikulturalizmin təmin olunmasından keçir.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku Prezident İlham Əliyevə Forumun yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Çıxışında cəmiyyətlərdə savad və bilik məsələlərinə toxunan E.Konstantinesku bunun bütün cəmiyyətlərdə inkişafın təməli və müasir dünyanın lokomotivi olduğunu dedi.

Latviyanın keçmiş Prezidenti Valdis Zatlers də artıq üçüncü dəfədir keçirilən Forumun yüksək təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O da çıxışında dünyada multikulturalizm ənənəsinin davam etdirilməsinin, onun ilk növbədə həyat tərzinə çevrilməsinin vacibliyini vurğuladı, bu məsələdə Latviya təcrübəsini Forum iştirakçıları ilə paylaşdı.

Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanov yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirdi və İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi. “Bakı Humanitar Forumu ideyaların və təcrübə mübadiləsinin bir növ laboratoriyasıdır”, – deyən Georgi Pırvanov iqtisadi münasibətlərdən danışarkən enerji və nəqliyyat məsələlərinə xüsusi diqqət ayırdı. O, Forum iştirakçılarının tərkibinin intellektual baxımından müzakirələrin uğurlu alınacağına təminat verdiyini dedi.

“Bakı ildən-ilə öz əhəmiyyətini artırır. Əminəm ki, bu cür nüfuzlu şəxsləri bir araya gətirərək müxtəlif mövzular üzrə müzakirələrin aparılması vacibdir”. Bu sözləri isə Serbiyanın keçmiş Prezidenti Boris Tadiç dedi. O, beynəlxalq ictimaiyyəti təhdid edən münaqişələrin həllinin vacibliyinə diqqəti cəlb edərək bildirdi ki, indi dünya birliyinin əvvəlki kimi təsiredici təəssürat bağışlamaması təəssüf doğurur.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov müzakirələrə qoşularaq Prezident İlham Əliyevin nitqində səsləndirdiyi multikulturalizm ideyasının əslində bütün çıxışların təməl prinsipinə çevrildiyini, bununla bağlı Avropa ənənəsinin diqqət mərkəzində olduğunu dedi. Nazir bildirdi ki, sabiq dövlət başçılarının səsləndirdiyi fikirlər bir daha multikulturalizmin alternativinin olmadığını təsdiqləyir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı oktyabrın 9-da Azərbaycanda prezident seçkilərinin şəffaf, ədalətli və obyektiv keçdiyini dedi və seçki günü apardıqları müşahidələrin də bunu təsdiqlədiyini vurğuladı. Forumun ənənəvi hal almasını yüksək dəyərləndirən Xəlil Akıncı son illərdə rəhbərlik etdiyi təşkilatın xətti ilə həyata keçirilən humanitar layihələrdən danışdı.

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun plenar iclasının Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin sədrliyi ilə keçən ikinci hissəsində Nobel mükafatı laureatları çıxış etmişlər.

Forumun əhəmiyyətindən danışan Akademiyanın prezidenti, belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamış, müasir cəmiyyətlərdə elmin, təhsilin rolunun zəruriliyini qeyd etmişdir.

İclasda çıxış edən fizika üzrə Nobel mükafatı laureatı (1985) Klaus fon Klitzinq bəşəriyyəti narahat edən problemlərin həlli üçün BMT-nin gücləndirilməsinin vacibliyini vurğulamışdır. Alim bildirmişdir ki, insanlar artıq ətraf mühitə kifayət qədər zərər vurmuşlar. Buna görə də alimlər və mühəndislər vaxt itirmədən bir araya gələrək bu təhlükənin qarşısının alınması yollarını tapmalıdırlar.

Yüksək yaşayış standartlarının təmin edilməsində enerjinin böyük rolu olduğunu vurğulayan alim yenilənən təmiz enerji mənbələrinin təkmilləşməsi istiqamətində tədqiqatların aparılmasının vacibliyini bildirmişdir. O vurğulamışdır ki, əgər bu əsrdə bunu edə bilməsək gələcək nəsillərə çox acı nəticələr miras qoyacağıq.

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən kimya üzrə Nobel mükafatı laureatı (1992) Rudolf Artur Markus elm sahəsində ötən illərdə əldə olunmuş nailiyyətlərin insanı valeh etdiyini demişdir. Elm sahəsində böyük irəliləyişlər əldə edilmiş, elmin inkişafı kəskin surətdə artmışdır. Qlobal istiləşmə, aclığın aradan qaldırılması, tibbin inkişafı istiqamətində elmin bir sıra imkanlar təqdim etdiyini diqqətə çatdıran alim elmin bəzi problemlərin həllində hələ də zəif olduğunu da qeyd etmişdir.

Müasir cəmiyyətdə yaşayış səviyyəsinin artırılmasının davamlı inkişaf nəticəsində mümkün olduğunu deyən iqtisadiyyat üzrə Nobel mükafatı laureatı (1995) Robert Emerson Lukas bu prosesdə biliyin mühüm rol oynadığını bildirmişdir. Biz elm adamları hər zaman problemləri həll etməyə çalışırıq. Yalnız bu baxımdan elm adamlarının fəaliyyətini təşviq edən cəmiyyətlər inkişaf edir. Bunun qarşısını almaq çox acınacaqlı nəticələr doğurur. Məhz bu baxımdan belə forumların əhəmiyyəti böyükdür.

Fizika üzrə Nobel mükafatı laureatı (1998) Robert Betts Laflin çıxışında müasir texnologiyaların, o cümlədən internetin dünyada yaratdığı çox böyük dəyişikliklərdən danışmışdır. Müasir texnologiyaların mühüm yeniliklərə səbəb olduğunu qeyd edən alim bununla yanaşı, onların bir sıra problemlər doğurduğunu da diqqətə çatdırmışdır. İnternet vasitəsilə əldə edilmiş faktlarla real faktlar arasında uyğunsuzluq olur, – deyən Nobel mükafatçısı yeni texnologiyalara can atan gənc nəslin bir növ deformasiyaya uğradığını qeyd etmişdir. Çünki onların böyük həcmdə məlumatları analiz etmək qabiliyyətləri yoxdur. Buna görə də elm adamlarının fikirlərinin öyrənilməsinə imkan verən belə mötəbər tədbirlərin təşkili son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Bakı Forumunda artıq üçüncü dəfə iştirak etdiyini diqqətə çatdıran iqtisadiyyat üzrə Nobel mükafatı laureatı (2004) Fin Kidland ölkələrin sürətli inkişafında güclü təsisatların əhəmiyyətindən danışmışdır. Qeyd edilmişdir ki, mühüm təsisatlar zəif olduqda ən yaxşı siyasət də uğursuzluğa məruz qalır.

Alim F. Kidland son 10-15 ildə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkəsi olduğunu vurğulamışdır. Azərbaycan vətəndaşlarının bacarıqlı olduqlarını qeyd edən alim bu inkişafın davamlılığının təmin olunması üçün təhsil sahəsinin xüsusilə diqqət mərkəzində saxlanılmasının vacibliyini bildirmişdir.

Bakıda böyük dəyişikliklərin, sürətli inkişafın müşahidə olunduğunu bildirən fizika üzrə Nobel mükafatı laureatı (2004) Deyvid Conatan Qross Forumun təşkilinin mühüm problemləri həll etmək istəyindən qaynaqlandığını vurğulamışdır. Bu gün dünyanın hər yerində bütün dövlətlər tərəfindən elm sahəsinin inkişafına böyük diqqət yetirildiyini deyən D. C. Qross bəşəriyyəti narahat edən problemlərin həlli yolunda bütün səylərin birləşdirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı (2004) Edvard Preskott çıxışında davamlı inkişaf üçün səmərəli idarəçiliyin vacibliyindən danışmışdır. Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən alim inkişaf etmiş ölkələrin bəzilərində belə ürəkaçan irəliləyişlərin olmadığını vurğulamışdır. Azərbaycanın inkişafı möcüzəyə bənzəyir. Azərbaycanın istedadlı əhalisi vardır və bu insanlar davamlı surətdə təhsil alırlar. Azərbaycan səmərəli idarəçiliyi davam etdirsə, çox yaxşı inkişaf etmiş ölkəyə çevriləcəkdir.

Fizika üzrə Nobel mükafatı laureatı (2006) Corc Ficerald Smutt bildirmişdir ki, hər hansı problemin həllinə nail olmaq üçün insanlar bir araya gəlib ortaq addım atmalıdırlar. Elm və texnologiya elə yüksək sürətlə inkişaf edir ki, insanlar bunu tam qavraya bilmirlər. Ona görə də burada təhsildən, cəmiyyətin maarifləndirilməsindən çox şey asılıdır. Bizim gələcəyimiz texnologiyaları hansı şəkildə tətbiq edəcəyimizdən asılı olacaqdır.

Bu gün tibb sahəsindəki nailiyyətlərin insan intellektinin təntənəsi olduğunu vurğulayan kimya üzrə Nobel mükafatı laureatı (2006) Rocer David Kornberq müasir dövrdə elmlər arasında hüdudların aradan qaldırıldığını bildirmişdir.

Azərbaycanın sürətli inkişafından söz açan Nobel mükafatçısı

bu tərəqqinin ölkəmizdə insan kapitalına vəsait qoyuluşu, dövlət tərəfindən müasir texnologiyaların tətbiqinin diqqət mərkəzində saxlanılması nəticəsində mümkün olduğunu bildirmişdir. Bu amillər yerli potensialın ölkədə qalmasını təmin edir.

Kimya üzrə Nobel mükafatı laureatı (2009) Ada Yonat çıxışında insan sağlamlığı və son illərdə bu istiqamətdə atılan addımlardan, xüsusilə antibiotiklərin hazırlanması istiqamətində irəli sürülən təşəbbüslərdən danışmışdır. O, bu sahədə vəziyyətin heç də ürəkaçan olmadığını bildirmişdir. Qeyd edilmişdir ki, bəzən xəstələr antibiotiklərin düzgün istifadə edilməməsi nəticəsində dünyasını dəyişirlər. Bu gün dünyada yeni nəsil antibiotiklər, dərmanlar tələb olunur. Çünki son dərəcə həssas olan bakteriyalar öz tərkiblərini tez dəyişərək antibiotiklərə qarşı müqavimət göstərə bilir. Buna görə də 8-10 il əvvəl təsirli sayılan antibiotiklər bu gün eyni gücdə qala bilmir. Ona görə də antibiotiklər mütəmadi olaraq yenilənməlidir.

“Bəşəriyyətin inkişafına töhfə verməyə qadir olan istedadlı və qabiliyyətli insanlara ehtiyacımız vardır”, – deyən kimya üzrə Nobel mükafatı laureatı (2011) Dan Şextman belə insanların bir araya gətirilməsi baxımından bu cür mötəbər tədbirlərin əhəmiyyətindən danışmışdır.

D. Şextman çıxışında elm və müasir texnologiyaların insanlara gənc yaşda aşılanmasının vacibliyini bildirmişdir. Çünki elmlə yaxından maraqlanan uşaqların gələcəkdə elmə münasibəti müsbət olacaqdır ki, bu, elmli cəmiyyətin yaradılmasına töhfə verə bilər. O, öz ölkəsi İsraildə bu istiqamətdə işlərə başlandığını diqqətə çatdırmışdır.

Foruma dəvət olunduğuna görə minnətdarlığını çatdıran kimya üzrə Nobel mükafatı laureatı (2011) Arye Varşel də çıxışında insanların xəstəliklərə dözümlülüyü və bakteriyaların uzunmüddətliliyindən danışmışdır. O, bakteriyalarla mübarizənin aparılması üçün bu sahədə intensivliyin və davamlılığın vacibliyini qeyd etmişdir.

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı (2013) Ceyms Rotman bildirmişdir ki, cəmiyyətlər fundamental tədqiqatlara vəsait qoyduqca daha böyük səmərəli nəticələrə nail olurlar. Elementar tədqiqatlarda əldə edilən ən sadə irəliləyiş digər sahələri də əhatə edir. Tədqiqatların hər hansı praktiki nəticənin əldə edilməsinə yönəldilməsi ən elementar anlaşmanı təmin edir.

Plenar iclasın sonuncu hissəsi Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarovun sədrliyi ilə öz işinə başladı.

İştirakçıları salamlayan cənab Mikayıl Cabbarov elm və texnologiyanın inanılmaz dərəcədə inkişaf etdiyini vurğuladı və bu inkişafın bugünün və gələcəyin problemlərini həll edib etməyəcəyinə dair panel iştirakçılarına və auditoriyaya sual ünvanladı. Sonra o, Forumun ikinci günü keçiriləcək dəyirmi masaların rəhbərlərini çıxış etməyə dəvət etdi.

Cənab Si-Çenq Çjan, Roçester Universitetinin Optika İnstitutunun direktoru (ABŞ), “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” dəyirmi masasının sədri kimi çıxış etdi.

Cənab Çjan çıxışında üç mühüm məsələyə toxundu – kvant hesablaması, materiyanın tədqiqi və yaşıl enerji. Onun fikrincə kvant kompüterlərin bizim təsəvvür edə bilməyəcəyimiz qədər böyük hesablama gücü olacaq. Materiyanın tədqiqi məsələsinə də toxunan cənab Çjan fizika üzrə mütəxəssislərin materiya və antimateriya sahəsində böyük nailiyyətlər əldə etməli olduqlarını bildirdi. Bundan əlavə, o, ətraf mühitin problemlərini diqqətə çatdırdı və atmosferin yüksək dərəcədə çirkləndiyini bildirərək bundan çıxış yolunun yalnız alternativ bərpaolunun enerji qaynaqlarının istifadəsində olduğunu qeyd etdi.

Cənab Feridun Hamdullahpur, Vaterlu Universitetinin rektoru (Kanada), “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi” dəyirmi masasının rəhbəri kimi çıxış etdi.

Foruma dəvət olunduğu üçün təşəkkürünü bildirən cənab Hamdullahpur fikrini ali təhsil və bunun cəmiyyətə təsiri məsələləri ətrafında cəmləşdirdi. O, bildirdi ki, dəyişən dünyada hər kəs hər an istənilən informasiyaya internet vasitəsi ilə sahib ola bilər; halbuki, bir neçə il bundan öncə informasiyanı çox az sayda insan bəzi ölkələrdə əldə edə bilirdi. İki növ qlobal əmtəənin – istedad və bilik – mövcud olduğunu bəyan edən cənab Hamdullahpur cəmiyyətlərin bu əmtəələrə tələbələrə diqqəti artırmaqla, onların informasiya əldə etmələrinə kömək göstərməklə investisiya yatırmalı olduqlarını vurğuladı. O, qeyd etdi ki, tələbələr mütəfəkkir olmalıdırlar, çünki gələcək iqtisadiyyatları idarə edənlər, ətraf mühitə yanaşmalarda dəyişiklik gətirənlənlər, aclığın qarşısının alınmasına həll yolları tapanlar, dünyanın demokratiya dəyərlərini başa düşməsini təmin edəcək şəxslər onlar olacaqlar.

Xanım Leyla Əliyeva, Heydər Əliyev Fondunun Vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – IDEA təsisçisi və direktoru (Azərbaycan), “Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masasının rəhbəri kimi çıxış etdi.

Xanım Əliyeva bildirdi ki, kənd təsərrüfatı və sənaye inqlabından sonra ekoloji sivilizasiyanın qurulması bəşəriyyətin ən böyük arzusu olmuşdur. Ətraf mühit problemlərinin həllinin və planetimizi qorumağın alternativi yoxdur. O, əlavə etdi ki, “Əgər insan ətraf mühitə qarşı öz münasibətini dəyişməsə, gələcək ekoloji fəlakətlər insanlıq üçün təhdid olacaqdır”. Xanım Əliyeva rəhbərlik etdiyi təşkilatın – IDEA təşəbbüslərindən bəhs etdi və bu qurumda gənclərdə dialoqun, təhsilin, liderliyin, əməkdaşlığın təşviqi üçün beynəlxalq tərəfdaşlıqlara qoşulması ilə bağlı görülən işlərlə auditoriyanı məlumatlandırdı.

Cənab Mixail Şvıdkoy, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi (Rusiya Federasiyası), “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında” dəyirmi masasının rəhbəri kimi çıxış etdi.

Cənab Şvıdkoy qeyd etdi ki, multikulturalizm həyatın hər bir sahəsinə – iqtisadi, siyasi və sosial sahələrə təsir göstərir. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində biz düşünürdük ki, hər hansı bir etnik qrup digər bir etnik qrupun qayda-qanunlarını asanlıqla mənimsəyə bilər. Halbuki, bu nəzəriyyələr və fərziyyələr uğursuzluğa düçar oldu. Multikulturalizm problemlərinin hətta iki min il bundan öncə də mövcud olduğunu bildirən cənab Şvıdkoy müasir qloballaşmanın bu proseslərə fərqli yön verdiyini diqqətə çatdırdı. O, multikulturalizm məsələlərinin siyasiləşdirilərək bəzi regionların stabilliyinin pozulmasına yönəldiyini vurğuladı. Bundan əlavə, o, multikulturalizm tarixinin pozitiv və neqativ hadisələrindən söhbət açdı. Sonda cənab Şvıdkoy öz təcrübəsindən nümunələr gətirərək multikulturalizmin insanları bir yerdə sülh içində yaşamalarnı təmin edə biləcək ümumi qayda-qanunlarının tətbiqinin mümkün olub olmaması barədə auditoriyaya sual ünvanladı.

Cənab Riçard Bert, Şimal-Qərb Universitetinin İmmunoterapiya bölməsinin rəhbəri (ABŞ), “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə” dəyirmi masasının rəhbəri kimi çıxış etdi.

Böyük Roma sərkərdəsi Yuli Sezarın sözlərini xatırladan cənab Bert öyrənməkdənsə yaratmağın daha yaxşı olduğunu bildirdi və  yaratmağın həyatın ən əsas elementi olduğunu qeyd etdi. O, kök hüceyrələrinin həyatın yaranmasında aparıcı rol oynadığını vurğuladı. Sonra cənab Bert araşdırmalarının nəticələrini və əldə etdiyi təcrübəni auditoriya ilə paylaşdı.

Cənab Frank Salter, Sosial Texnologiyalar Konsaltinqinin rəhbəri (Avstraliya), “Postmodern dövrdə milli özünüdərk” dəyirmi masasının rəhbəri kimi çıxış etdi.

Cənab Prezident İlham Əliyevə Foruma göstərdiyi dəstəyə görə təşəkkür edən cənab Salter humanitar məsələlərə dair aparılan müzakirələrdə elm və texnologiyanın perspektivlərinin insan amili ilə tamamlanmasının vacibliyini diqqətə çatdırdı. Onun fikrincə, bir zamanlar dəyişməz olan identiklik indi internetin təsiri ilə tez-tez dəyişməyə məruz qalmışdır. Əlavə olaraq, cənab Salter ədəbiyyatın, incəsənətin, memarlığın, cəmiyyətin və siyasətin postmodern perspektivləri ətrafında aparılacaq müzakirələrin əhiməyyətindən söz açmışdır.

Cənab Robert Skidelski, Qlobal Tədqiqatlar Mərkəzinin direktoru (Birləşmiş Krallıq), “İqtisadi inkişafın humanitar aspektləri” dəyirmi masasının rəhbəri kimi çıxış etdi.

O, öz çıxışını maliyyə böhranı, sonrakı iqtisadi canlanma və iqtisadi inkişafın davamlılığı məsələləri ətrafında cəmləşdirdi. Məşhur iqtisadçı Keynesin sözlərini xatırladan cənab Skidelski qeyd etdi ki, əmtəə və xidmətlərin mübadiləsi məhsuldarlığa təsir etmir. O, mənzil bazarını nümunə gətirərək müasir iqtisadiyyatların spekulyativ xüsusiyyətlərə malik olduğunu və bunun məhsuldarlığa heç bir təsir etmədiyini bildirmişdir. Buna görə də dünya ölkələrində iqtisadi canlanmaya baxmayaraq işsizliyin hökm sürdüyünü vurğulamışdır. Cənab Skidelski qabaqcıl texnologiyaların daha çox işçi qüvvəsini əvəz etdiyini, insanların istehsalçıdan çox istehlakçı qismində rol oynadığını auditoriyanın diqqətinə çatdırmışdır. Bundan əlavə, o, yaşam standartlarının ümumdaxili məhsulla deyil başqa metodlarla ölçülməsinin keyfiyyət baxımından önəmini vurğulamışdır.

Cənab Kemal Öztürk, Anadolu Xəbərlər Agentliyinin Baş direktoru və idarə heyətinin sədri (Türkiyə), “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” dəyirmi masasının rəhbəri kimi çıxış etdi.

Cənab Öztürk Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı auditoriyanı məlumatlandırdı və vəziyyətin getdikcə daha acınacaqlı hal aldığını bildirdi. O, artan insan qətliamına baxmayaraq, dünyanın aparıcı dövlətlərinin bu məsələyə biganə qaldığını və öz maraqları üçün istifadə etdiklərini qeyd etdi. Əlavə olaraq, cənab Öztürk BMT-nin Təhlükəsizlik Şurasının qərarvermə strukturunun təsirsiz olduğunu vurğuladı və hər kəsi bu insan fəlakətinə son qoymaq üçün birləşməyə çağırdı.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku