ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Halil Akıncının çıxışı

Hörmətli forum iştirakçıları, dünyanın qloballaşdığı, məsafələrin qısaldığı, millətlərin, dövlətlərin qarşılıqlı surətdə yaxınlaşdığı bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayədarlığı ilə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi çox təqdirəlayiq haldır. Bu münasibətlə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

Hazırkı dövrdə heç bir dövlət və ya millət dünyada baş verən proseslərdən kənarda qala bilməz. Prezident İlham Əliyev tərəfindən irəli sürülən bu təşəbbüs alqışa layiqdir. Digər dövlətlərin başçılarının da bu təşəbbüsə qoşulmalarını vacib hesab edirəm.

XXI əsrdə beynəlxalq təşkilatların ümumi maraqların müəyyənləşdirilməsində, rifahın yaxşılaşdırılmasında, regional sülh və sabitliyin qorunmasında rolu artmaqdadır. Bu təşkilatlar ölkələr üçün humanitar standartlar yaratmaqdadırlar.

Bizim təşkilat yeni qurumdur, yaranmasının bir ili hələ tamam olmamışdır. Təşkilatımız ortaq mədəniyyət və qardaşlıq bağlarına əsaslanaraq türkdilli dövlətləri özündə birləşdirir. Hazırda altı türkdilli dövlətlərdən dördü – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə qurumun üzvüdür. Əsas məqsədimiz üzv ölkələr arasında işbirliyi, qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək, regionda və ümumilikdə dünyada sülhün qorunmasına töhfə vermək, siyasi, ticari, iqtisadi, mədəni, təhsil, enerji və digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığı təşviq etməkdən ibarətdir.

Digər iki türkdilli dövlətin – Özbəkistan və Türkmənistanın da təşkilatımıza üzv olmasını istəyirik. Onların üzvlüyü ilə təşkilat bütün türkdilli dövlətləri əhatə etmiş olacaq və bu da qurumumuzun tam şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaqdır. Bununla da təşkilatımız böyük bir coğrafiyanı əhatə etmiş olacaqdır ki, bu da böyük iqtisadi əməkdaşlıq sahəsi deməkdir. 

Cari il oktyabrın 20-21-də Qazaxıstanın Almatı şəhərində dövlət başçılarının iştirakı ilə təşkilatımızın I Zirvə Toplantısı keçiriləcəkdir. Zirvə Toplantısının bəyannaməsində dünyada baş verən proseslərin və humanitar məsələlərin də əks olunması nəzərdə tutulmuşdur. I Zirvə Toplantısının mövzusu iqtisadi əməkdaşlıq olduğu üçün oktyabrın 13-də Astanada təşkilatın  üzvü olan ölkələrin iqtisadiyyat nazirlərinin ilk iclası keçiriləcəkdir. Bu, iqtisadi tərəqqinin humanitar bazada sürətləndirilməsi üçün mühüm bir tədbir olacaqdır. Bununla yanaşı, təşkilatımız çərçivəsində özəl sektorla dövlət arasında əməkdaşlığın inkişafına xidmət edəcək İş Şurası yaradılacaqdır. Şuranın  oktyabrın 2-də Ankarada ilk hazırlıq toplantısı keçirilmişdir. I Zirvə Toplantısı çərçivəsində İş Şurası dörd üzv ölkənin iş adamlarının biznes forumunu təşkil edəcəkdir.

Türkdilli dövlətlərin qonşu ölkələrlə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Təşkilatımız qonşu dövlətlərlə münasibətlərə mühüm əhəmiyyət verir və mehriban qonşuluq siyasətinə prioritet istiqamətlərdən biri kimi baxır.

Bakı Beynəlxalq Humanitar Forumunun oktyabrın 11-də keçiriləcək “dəyirmi masalar”ındakı mövzular da reallıqla tam ayaqlaşır. Mən də “İnkişafın iqtisadi modelinin humanitar aspektləri” mövzusundakı “dəyirmi masa”da böyük məmnuniyyətlə iştirak edəcəyəm.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası bir sıra layihələri həyata keçirməyi planlaşdırır. Bu layihələr arasında humanitar sahələri də əks etdirəcək layihələr vardır. Təşkilatımızın bu sahədə hər cür əməkdaşlığa hazır olduğunu bəyan edirəm.

Sonda bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bu təşəbbüsə görə minnətdarlığımı bildirir, bir çox dövlət başçılarının da töhfəsi ilə forumun davamlı olacağına ümid edirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku