ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun çıxışı

Hörmətli Forum iştirakçıları!

Əziz qonaqlar, xanımlar və cənablar!

Sürətli, sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, həmçinin mədəni ağırlıq mərkəzlərindən birinə çevrilən Azərbaycan son illərdə artıq neçənci dəfədir ki, qloballaşan dünyada mədəniyyətlərarası inteqrasiya və dialoq probleminin müzakirə olunduğu beynəlxalq tədbirə ev sahibliyi edir. Dünyanın nüfuzlu, elmi və siyasi elitasını Bakıya toplayır, onları birlikdə salamlamaq şərəfini bizlərə yenidən nəsib edir.

Müasir qloballaşma şəraitində xüsusi aktuallıq kəsb edən mədəniyyətlərarası dialoqa, bu problemin humanitar aspektlərinə həsr olunmuş nüfuzlu tədbirlərin son illər Azərbaycanda fasiləsiz və ardıcıl olaraq keçirilməsi bir daha sübut edir ki, dialoq və inteqrasiya Azərbaycan dövləti və cəmiyyəti üçün dövlət siyasəti səviyyəsində dərk olunmuş missiya və uzaq hədəflərə hesablanmış uzunmüddətli strategiyadır. Belə bir missiyaya yönələn tədbirdə sizin hamınızı salamlayır və forumun işinə uğurlar arzulayıram.

Bu gün baş verən proseslər tam aydınlığı ilə göstərir ki, bütün dünya sosial-mədəni problem kimi çıxış edən qloballaşma ilə üzləşir. Əlbəttə o, bütün ölkələrdə həyatın iqtisadi, siyasi və mədəni sahələrinə təsir göstərir və çox vaxt ziddiyyət, hətta toqquşmalar doğurur. Son illər alimlər, siyasətçilər və ictimai xadimlər getdikcə daha çox belə bir qənaətə gəlirlər ki, siyasi, iqtisadi və beynəlxalq münasibətlərin əksəriyyətinin arxasında humanitar və mədəniyyət problemləri durur. Bu problemlərin həllinin əsasında öz potensialını inkişaf etdirmək və başqasını anlamaq prinsipi olmalıdır. Çünki müasir aləm sərhədsiz dünyaya doğru hərəkət edən, lakin həm də ciddi sürətdə öz potensialının inkişaf etdirilməsini nəzərdə tutan dünyadır. Müasir aləmin məhz bu hadisəsi humanitar problemlərin həllinin axtarışını qloballaşma kontekstində aktuallaşdırır və bizi fəal sosial, mədəni və humanitar siyasətin zəruriliyi qarşısında qoyur.

Müasirliyin humanitar problemlərinin həllinə aparan yol məhz bu prinsipin tərkib hissəsinin bir-biri ilə uyğunlaşdırılmasından və eyni zamanda, siyasətdə, beynəlxalq münasibətlərdə onlara əməl etmək cəhdlərindən keçir. Bizim qərarlarımız və dinlərimiz müxtəlifdir. Biz fərqli dillərdə danışır, fərqli əxlaq və davranış modelləri qəbul edirik. Lakin buna baxmayaraq, biz ən mürəkkəb elmi həqiqətləri dərk etdiyimiz və incəsənətin gözəlliyini duyduğumuz kimi, ümumi ünsiyyət dili tapmalıyıq ki, ayrılıqda həll edilməsi mümkün olmayan ziddiyyətlərdən çıxış yollarını tapa bilək.

Müasir dövrdə iqtisadiyyatı və siyasəti humanitar problemlərin spesifikasını nəzərə almaqla inkişaf etdirən, dünya ilə əməkdaşlıq etməyi bacaran, dünyaya açıq olan və eyni zamanda, öz mənafeyini unutmayanlar qazanır. Planetar inkişafın əsas xətti olan qloballaşma fonunda bir çox mütəfəkkirlərin, filosofların və sosioloqların proqnozlarına görə, fərqli mədəniyyətlərin bir-birinə yaxınlaşması, qitələrarası dialoq, son nəticədə tamamilə yeni keyfiyyətli sintez sivilizasiyasının yaranmasına gətirib çıxaracaqdır.

Məhz buna görə də indi müasir dünyanın əksər etnomədəni sistemləri aşağıdakı sual üzərində əvvəlki dövrlərdə olduğundan daha ciddi düşünür: Etnosistemin tarixi inkişaf prosesində formalaşdırdığı milli mədəniyyət, digər mədəniyyətlərlə intensiv təmas şəraitində hansı sosial, mədəni və mənəvi psixoloji halları keçir? Bu sual heç şübhəsiz ki, qədim və zəngin mədəniyyətlərə malik Azərbaycan üçün də aktualdır. Tarixən Şərq və Qərb dəyərlərinin sintezinə meylliliyi ilə seçilən Azərbaycan mədəniyyəti təbii olaraq elə nadir bir bütövə çevrilmişdir ki, bu mental digər etnomədəni sistemlərlə optimal dialoq siyasətinin həyata keçirilməsinə tamamilə imkan verir. Çünki Azərbaycan mədəniyyətinin tarixi qatlarında müasir dünya mədəniyyətinin əksər dini, fəlsəfi, estetik, əxlaqi fikir cərəyanları iştirak edib.

Minilliklər boyunca bir yerdə yaşayan xalqlar vahid Azərbaycan mədəniyyəti yaratmışlar. Bu mədəniyyətin formalaşmasında Azərbaycanda yaşayan bütün xalqların və dini icmaların əvəzsiz xidməti olmuşdur. Biz bu zənginliyi əsrlər boyu qorumuşuq və vətəndaş cəmiyyətinin formalaşmasında əsas yerlərdən birini tutduğunu da bilirik. Dünya mədəniyyətlərinin bərabərhüquqlu dialoqu, multikulturalizm getdikcə daha çox müasir sosiomədəni gerçəkliyin sistem bütövlüyünü təmin edən alternativsiz inkişaf strategiyası kimi qəbul olunur. Müasir cəmiyyətlər nə bir-birindən təcrid olunmuş vəziyyətdə, nə də qarşıdurma şəraitində mövcud ola bilməzlər. Cəmiyyətlər və mədəniyyətlər yalnız dialoqa girə və qarşılıqlı olaraq zənginləşə bilərlər. Bu halda müxtəlif mədəniyyət sistemləri arasında qarşılıqlı əlaqələr güclü inkişaf edən sistem kimi dünyanın bütövlüyünün təmin edilməsi baxımından xüsusi aktuallıq kəsb edir.

Məsələnin digər mühüm aspekti bu prosesdə fərdin mənsub olduğu mədəniyyətə münasibəti ilə bağlıdır. Əgər insan mənsub olduğu etnosun tarixi və mədəniyyəti haqqında müsbət təsəvvürə malikdirsə, onun yad sosial və mədəni mühitə uyğunlaşması daha asan olur. İlk baxışdan paradoksal səslənsə də insan özünü kosmopolit qeyri-müəyyən fəzada deyil, məhz mənsub olduğu mədəniyyət müstəvisində dərk etdikdə etnos, region, millət anlayışından bəşəriyyət, planet, kosmos anlayışına keçə bilir. Bu halda istənilən mədəni, sosial, siyasi, etnik, mənəvi, əxlaqi fərdiliklər bütöv bir tamın ayrı-ayrı fraqmentləri kimi qəbul edilə bilir.

Beləliklə, dialoqa və bu yolla qarşılıqlı zənginləşməyə aparan yolun başlanğıcı biz və özgə fərqliliyin dərkindən başlanır. Multikulturalizmin əsasında dayanan başlıca ideya mədəniyyətlərinin qorunmasına və onların bərabərhüquqlu dialoq şərtləri ilə qarşılıqlı təsir və zənginləşməsinə imkan verən müxtəlif mədəniyyətlərin inteqrasiyasıdır.

Mən forumun digər mühüm bir ideya istiqamətinə də diqqəti yönəltmək istərdim. Bu da yuxarıda qeyd edilən problemlərə humanitar prinsiplər baxımından yanaşılmasıdır. Son dövrlərdə, alimlər, siyasətçilər və ictimai xadimlər yekdilliklə belə bir qərara gəliblər ki, əksər siyasi, iqtisadi, mənəvi, psixoloji problemlərin və beynəlxalq münaqişələrin əsasında mədəni və humanitar problemlər dayanır. Müasir dünyanın mədəni bütövlüyünün və mənəvi ekologiyasının təminatı qloballaşma kontekstində humanitar problemlərin həlli yollarının axtarılmasından və müasir siyasi intellektual elitanın fəal  sosial, mədəni və humanitar siyasətindən asılıdır.

Hər bir cəmiyyətin təkamülü öz daxili məntiqi ilə baş verir və onu həmin cəmiyyətin üzvləri öyrənməlidir. Mədəniyyət kənardan gətirilmir, cəmiyyətin özündə doğulur. Ümumbəşəri humanitariyanın  ideya əsasları, ictimai şüura təsir edən səmərəli humanitar texnologiyalar, milli mədəni, mənəvi oriyentasiya məsələləri, əski ideologiya, milli məfkurə və ümumbəşəri dəyərlər və s. humanitar təfəkkür işığında ciddi elmi araşdırılmasını gözləyən problemlərdir. Bütün bunlarla yanaşı, humanitar təfəkkürün missiyası yalnız sosiomədəni müstəvi ilə müəyyənləşmir. İndi dünyanın sosiomədəni sistemində müvafiq olaraq ekosistem də elə bir həssas nöqtəyə çatmışdır ki, ən kiçik antropogen təsir güclü faciəvi reaksiya verə bilər. Bəlkə də bəşəriyyəti gözləyən sabahkı fəlakətlərin önlənməsi humanitar təfəkkürə malik yeni insan nəslinin yetişdirilməsindən daha çox asılıdır.

Humanitar təfəkkürün formalaşması üçün isə ən müxtəlif mədəniyyətlərin, elm və təhsil, mədəniyyət strukturlarının əlaqələndirilmiş fəaliyyəti zəruridir. Çünki söhbət müasir insanın şüurunda fərd-fərd, fərd-cəmiyyət, cəmiyyət-cəmiyyət, hətta cəmiyyət –təbiət münasibətlərində dağıdıcılığa, parçalanmaya, məhv etməyə yönələn məqamların təmizlənməsindən, birliyə, sevgiyə, əməkdaşlığa, qarşılıqlı qayğıya əsaslanan kodların fəallaşdırılması modellərinin qurulmasından gedir.

Humanitar təfəkkür bu missiyaların həyata keçirilməsini hədəf götürən mənəvi sistemlər yaratmalıdır. Müasir elmi nəzəriyyələrə görə, cəmiyyətin sosial-iqtisadi sferası digər sahələrlə sıx bağlıdır və onların bir-biri ilə uyğunlaşmayan inkişafı sonda ciddi ziddiyyətlərə və sosiumun dağılmasına gətirib çıxarır. İqtisadi sahə keyfiyyətcə yeni səviyyəyə keçirsə, sosial, mədəni sahədə eyni yeniləşmə ilə ayaqlaşmalı, hətta növbəti iqtisadi sıçrayışın hərəkətverici qüvvəsinə çevrilməlidir. Bizim bu foruma toplaşmağımızın əsas məqsədlərindən biri də humanitar dəyərlərin səfərbər edilməsi yolu ilə cəmiyyətin sosial-mədəni sahəsinin humanitar prinsiplər əsasında inkişaf modelinin müzakirəsidir. Bu işdə mən hamıya uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku