ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Rusiya Elmlər Akademiyasının müxbir üzvü Mixail Kovalçukun çıxışı

Sabahınız xeyir, hörmətli həmkarlar!

Mixail Yefimoviç Şvıdkoyun bu parlaq çıxışından sonra çıxış etməyə adam həqiqətən çətinlik çəkir. Ona görə ki, hamı aşağıya, dənizin yanına getməli və həyatın gözəlliklərindən, yaşadığımız hər gündən həzz almalıdır. Buna baxmayaraq, biz müəyyən məsələləri həll etmək üçün toplaşmışıq və demək istəyirəm ki, həqiqətən əgər nələr baş verdiyinə baxsaq tamamilə aşkar görünür ki, inkişafın bu günə qədər istifadə edilən sivilizasiya modeli tükənmişdir. O başqa məsələdir ki, bu model, necə deyərlər, konvulsiyalı şəkildə, çətinliklə dağılır, lakin fakt göz qabağındadır. Kim düşünürsə, kim irəliyə baxırsa bu, onun üçün aşkardır.

Mən sizə bir məsələni xatırlatmaq istərdim. Aparılması mənə tapşırılmış “dəyirmi masa” “Elmlərin və texnologiyaların konvergensiyası” adlanır. Konvergensiya çox tutumlu sözdür. Yadınızdadırsa kapitalizmin sosializmlə qovuşması konvergensiya adlanırdı. Yəni, sosializmin dağılması rəvan şəkildə kapitalizmə gətirib çıxaracaqdır. Konvergensiya riyazi termindir. Bu termin yaxınlaşma, qovuşma, qarşılıqlı nüfuzetmə deməkdir. Yəni müəyyən müxtəlif birliklər vəhdətə çevrilir. Konvergensiya elə bu deməkdir. Mən sizə aşağıdakı məsələni xatırlatmaq istərdim.

Bu gün hamı böhrandan danışır. Biz hamınız qiymətli kağızlarla, daşınmaz əmlakla nə baş verməsini müzakirə edirik. Əslində isə bizim ağıllı sələflərimiz olmuşdur. Fransız yazıçısı Verkor “Dənizin susması” adlı gözəl bir roman yazmışdır. Bu roman məhəbbət barədə, Almaniyanın Fransanı, Normandiyanı işğal etməsi barədədir. Çox maraqlı romandır. Onu oxuyandan sonra mən maraqlanaraq həmin müəllifin ikinci kitabını tapdım. Bu, bəlkə də 45-50 il bundan əvvəl olmuşdu. Kitab “Kvota, yaxud bolluğun tərəfdarları” adlanırdı. Həmin kitabda açıq-aşkar yazılmışdır ki, İkinci Dünya müharibəsindən sonra bəşəriyyətin sivil hissəsi – “qızıl milyard” yeni iqtisadi sistemə: istehsal və istehlak sisteminə keçmişdir. Başqa sözlə desək, resursları məhv edən maşın işə salınmışdır.

Beləliklə, 50 ildən çox bundan əvvəl deyilmişdir ki, əgər həmin maşın “qızıl milyarda” xidmət edərsə, o daim işləyəcəkdir. Elə ki, bir ölkə, məsələn, Hindistan, – Çinin heç adı da çəkilməmişdir, – bu model üzrə inkişaf yoluna qədəm qoyarsa, dünyadakı bütün resurslar təkcə həmin ölkəni təmin etmək üçün kifayət etməyəcəkdir.

İndi budur, biz görürük ki, Yer kürəsi əhalisinin yarısı həmin modelə – resursların məhv edilməsi modelinə dəqiq riayət edir. Bunun Çində və Hindistanda necə baş verməsini təhlil etməyəcəyik. Biz onilliklər boyu deyirik ki, Yer kürəsində hər şey var, əslində isə biz resurs kollapsının şahidləriyik. Faktiki olaraq bu kollapsın 10 il sonra olmasa da, 30 və ya 40 il sonra baş verəcəyi aşkardır. İndi bir məsələ var: biz ya bu gün yaşadığımız modeldə hərəkəti davam etdirərək prinsip etibarilə ibtidai icma dövrünə qayıtmalı, maldarlıq, əkinçilik və başqa işlərlə məşğul olmalıyıq, ya da inkişafın başqa bir yolunu tapmalıyıq.

Akademik Vernadskinin fəal inkişaf etdirdiyi yeni sfera haqqında təlimdə dahiyanə bir ifadə var: “Biosfera təkamül yolu ilə sosial insanın elmi əməyi vasitəsilə yeni sferanın yeni vəziyyətinə keçir”. Vernadski bu “sosium” anlayışında təbiəti və institutunun elmi fəaliyyətini birləşdirmişdir. O, 1943-cü ildə vəfat etmişdir. Buna görə də novosferaya daxil olan texnosfera qiymətləndirilmiş, lakin onun təsiri çox cüzi olmuşdur. Bu gün isə texnosfera bizim bütün həyatımızda həlledici rol oynayır və o, təbiətə zidd olaraq inkişaf etmişdir. Biz bu məsələni “dəyirmi masa” çərçivəsində müzakirə edəcəyik.

Bu gün vəziyyət tamamilə aşkardır. Konvergensiya bundan ibarətdir. Hesab edirik ki, dərk olunmuş elm üç yüz il bundan əvvəl, Nyutonun vaxtında başlanmışdır. İnsan vahid dünyaya, bölünməz təbiətə baxmış, onu dərk etməmiş və ilahiləşdirmişdir. Bundan sonra biz həmin vahid, bölünməz təbiətdən elə kiçik seqmentlər ayırmağa başladıq ki, onlardan baş çıxara bilək. Beləliklə, elmi fənlər yarandı. Bir neçə yüz illik inkişaf dövründə biz elm və təhsilin məhdud ixtisaslaşmış sistemini yaratdıq və əslində dalana, məsələn, kosmoloji dalana düşdük. Bizim təsəvvürlərimiz, standart modellər, eksperimental müşahidələrimiz bir-birinə tam müvafiqdir, lakin eyni zamanda, bir-birindən kəskin fərqlənir. Yəni, biz bu gün ətraf mühitin dərinliyinə dalmaqla ümumi məqsədi itirmişik. Bu gün bəşəriyyət əlində bir qutu tutmuşdu, qutunun içində isə məntiqi oyunlar vardır. Bu oyunlar müxtəlif fənlərə aiddir. Biz bu vahid, konvergent, bölünməz təbiəti bu oyunlara, məhdud ixtisaslara necə bölməyimizdən asılı olaraq bu gün əks-sintez  prosesini başlamalıyıq, başlaya bilərik və artıq başlamışıq. Biz dünyanın dolğun mənzərəsini bərpa etmək üçün bu məntiqi oyunlardakı fiqurları yerbəyer etməliyik. Burada bütün sosial-humanitar tərkib hissə çox vacibdir, çünki yeni fəlsəfə lazımdır. İnkişafın yeni ideologiyası lazımdır və bu, mühüm məsələdir. Bu məsələlər müzakirə ediləcəkdir. Lakin mən onu da demək istərdim ki, biz bir məsələdən də danışacağıq. Kurçatov İnstitutunda biz dünyada ilk konvergent “NBİK” texnologiyalar fakültəsi yaratmışıq. Bu abreviatur həm rus dilində, həm də ingilis dilində eyni cür yazılır: nanobioinfokonvergentiv texnologiyalar. Biz Moskva Fizika-Texnika İnstitutunda dünyada ilk fakültə, Kurçatov İnstitutunda dünyada analoqu olmayan konvergent elm və texnologiyalar mərkəzi yaratmışıq.

Son olaraq bir məsələni də qeyd etmək istərdim. Əsas məsələ budur ki, həmişə fikirləşmək lazımdır. O ki qaldı adamların vurma cədvəlini bilməməsinə, bu, həqiqətdir. Mən Amerikadan qayıdarkən kirayə götürdüyüm maşını aeroportda necə təhvil verdiyimi söyləyə bilərəm. Orada heç kəs sütunlu vurma əməliyyatını bacarmırdı. Mən sütunlu qayda üzrə vurmaya başlayanda, – o vaxt elektrik cərəyanı kəsilmişdi, – onlar nə baş verdiyini anlaya bilmirdilər. Demək istəyirəm ki, çox bilmək, fikirləşmək və bunu uşaqlara izah etmək vacibdir. Pasternakın “Uca xəstəlik” adlı qısa poeması var. Bu poemada müəllif inqilabı təsvir edərkən nə baş verdiyini anlamağa çalışırdı. Onun fikirləri dumanlı idi. Poema çox sadə sonluqla bitir. Bu poema Lenin haqqındadır, əslində isə bu fikirlər hər şeyə tətbiq edilə bilər: “Mən onu aşkar görəndə fikirləşirdim, onun müəllifliyi və birinci şəxs adından qürrələnmək hüququ barədə elə hey fikirləşirdim. Cavab sadədir: o, fikirlərin axınını və yalnız buna görə ölkəni idarə edirdi”.

Mən foruma uğurlar arzulayıram, azərbaycanlı həmkarlarımıza qonaqpərvərliyə və bizə yaratdıqları imkana görə təşəkkür edirəm. Sağ olun.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku