ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

“Rusiya-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri, usiya Dövlət Humanitar Universitetinin rektoru, usiya Elmlər Akademiyasının müxbir üzvü Yefim Pivovarın çıxışı

Bakı Humanitar Forumunun çox hörmətli iştirakçıları!

Əziz həmkarlar və dostlar!

İcazə verin, bu əlamətdar hadisə münasibətilə sizi şəxsən öz adımdan və bu təşəbbüsü lap əvvəldən dəstəkləmiş və forumun bir sıra seksiyalarının həyata keçirilməsində fəal iştirak etmiş “Rusiya-Azərbaycan” Dostluq Cəmiyyətinin İdarə Heyətinin rəhbərliyi adından təbrik edim. Ümidvaram ki, burada bizim idarə heyətinin üzvləri də fəal iştirak edəcəklər. Rəyasət heyətinin üzvlərinin demək olar ki çox hissəsi bu zaldadır.

Bakıda reallaşan Humanitar forum ideyasının özü, əlbəttə, çox maraqlı və ibrətamizdir, çünki humanitar üsullar və texnologiyalar ilk dəfə burada bir araya gəlmişlər. Bu barədə fasilədən əvvəl Viktor Antonoviç Sadovniçinin çıxışında da qeyd olundu. Burada müxtəlif bilik sahələrinin, o cümlədən humanitar və təbii elmlərin konvergensiyası birləşir. Bu barədə hələ söhbət olacaqdır. Burada əvvəllər birləşə bilməyəcək hesab edilən sahələr, humanitar sahə, yəni insanla bağlı olan hər şey və təbiətlə bağlı olan hər şey birləşir. Mən bu siyahını davam etdirə bilərəm, çünki mədəni dəyərlər informasiya əsrində müasir KİV-lərin mühüm istiqamətləridir. Buna görə də mənim təmsil etdiyim seksiya (mənə isə bu seksiyanın işində həmkarım, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev ilə birlikdə moderator kimi iştirak etmək tapşırılmışdır) bir tərəfdən, bu kontentə çox ahəngdar şəkildə daxildir və eyni zamanda son dərəcə aktualdır. Bu fikir bu gün Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında səsləndi, o, bu məsələni xüsusi qeyd etdi. Həqiqətən də polietniklik və mültimədəniyyət bəşəriyyətin inkişafının elə cəhətləridir ki, mən bir tarixçi kimi asanlıqla isbat edə bilərəm ki, onlar minilliklər boyu sivilizasiyalarla birlikdə inkişaf etmişlər.

Polietniklik və mültimədəniyyət həm də elə sahələrdir  ki, onlar həm XX əsrdə, həm də bu yüzilliyin əvvəlində nəinki son dərəcə aktual olduğunu göstərir, həmçinin ən müxtəlif sahələrdə təzahür edir. Bu onu göstərir ki, ilk baxışda sanki həll edilmiş məsələlər yenidən üzə çıxır, yəni məlum olur ki, əslində həmin məsələlər həll edilməmişdir. Humanitar sahənin praktikaları, o cümlədən Avropada sona qədər reallaşmamışdır. Görünür, səbəb budur ki, onlara ümid bəslənmiş, lakin onların imkanları məhdud olmuşdur. Bu forumun keçirildiyi Azərbaycanın və müxtəlif mədəniyyətlərin və müxtəlif etnosların polietnik qarşılıqlı təsiri sahəsində çox böyük təcrübəyə malik olan Rusiya Federasiyasının da praktikası və təcrübəsi son dərəcə vacibdir, onlara tələbat vardır, ona görə ki, polietniklik və mültimədəniyyət sinonimlər deyildir. Eyni bir etnos çərçivəsində bir neçə mədəniyyət ola bilər, necə deyərlər, mədəniyyətlərin müxtəlif təsəvvürləri təkcə bir etnos çərçivəsində deyil, həm də polietnik sahədə inkişaf edir və sair. Yəni bu proseslər bir-birinə qarşılıqlı təsir edir, və bu qarşılıqlı təsirdə yeni keyfiyyət yaranır. XX əsrin və XXI yüzilliyin əvvəlinin təcrübəsi bunu təsdiq edir.

Buna görə də düşünürəm ki, burada həm elmə, həm də biliklərə müraciət etmək, bu və ya digər addımların tədricən, olduqca diqqətlə götür-qoy edilməsi mümkündür.

Şübhəsiz, təhsil və bu prosesin dərinləşməsi, təhsilin keyfiyyətinin artırılması səmərəli nəticə verə bilər, xalqların qarşılıqlı fəaliyyətində uğurlara gətirib çıxara bilər, təhsilin olmaması, savadsızlıq isə xalqların və qitələrin səmərəli və keyfiyyəti qarşılıqlı fəaliyyətinə mane olan bütün təzahürlər üçün qida mühitidir.

Bu baxımdan, təhsil elə bir vasitədir ki, o, xalqların bir-birinin daha çox təmsil etməsinə, bütün tolerantlıq proqramlarının daha səmərəli olmasına imkan verir, xalqlar arasında qarşılıqlı əlaqələr üçün elə münbit mühit yaradır ki, o, eyni təhsil müəssisəsində oxuyan, qarşılıqlı fəaliyyətin ortaq təcrübəsinə, perspektivdə qarşılıqlı fəaliyyətin ortaq pozitiv mənbəyinə malik olan insanlar arasında təsir göstərməyə başlayır. Əlbəttə, bu baxımdan humanitar forum kimi bir hadisə olduqca mühüm və səmərəli məkandır.

Seksiyanın işi çərçivəsində mültikulturalizmin bütün bu problemlərinin üç istiqamət üzrə müzakirə edilməsi nəzərdə tutulur. Bu, bir tərəfdən, əlbəttə ki, müasir siyasi praktika mültikulturalizmidir. Burada biz təcrübəli siyasətçilərin, o cümlədən son illərdə inkişafın müxtəlif mərhələlərində öz ölkələrinə rəhbərlik etmək təcrübəsinə malik olan prezidentlərin də fəal iştirak edəcəklərinə ümid bəsləyirik. Həmçinin bu problemlərlə məşğul olan və tövsiyələr verən alimlər, mültikultura praktikasında necə təkmilləşmək barədə tövsiyələr verən politoloqlar, ali məktəb işçiləri, KİV əməkdaşları və əlbəttə, yazıçılar və mədəniyyət sahəsinin nümayəndələrini də nəzərdə tuturuq. Digər alt seksiya ictimai şüurda multikulturalizm problemləri ilə məxsusi məşğul olacaqdır. Bu, dövlət siyasətinin həyata keçirilməsi üçün son dərəcə vacibdir. Ona görə ki, əgər bu iki sahə vəhdət təşkil etməsə, onlar bir-birinə qarşılıqlı təsir etməsə, bir-birindən  təcrid edilmiş olsa, heç bir dövlət siyasəti mümkün deyildir. Dövlət siyasəti yalnız o halda səmərəli olur ki, o, ictimai şüurda baş verən proseslərə oriyentasiya edir və onlara əsaslanır, bu ictimai şüura müsbət mənada təsir göstərir. Biz burada da müxtəlif ölkələrin, ilk növbədə bizim seksiyada təmsil olunmuş ölkələrin KİV nümayəndələrinin və heç şübhəsiz, paytaxtında bu forumun keçirildiyi Azərbaycan KİV-lərinin fəal iştirakına ümid edirik.

Ümid edirik ki, öz əməyi, öz əsərləri ilə ictimai şüura təsir edən ədəbiyyatçılar da bu işə töhfə verəcəklər. Mən hamının adını çəkmədim, lakin mübahisəsiz faktdır ki, bu, bir fənnə aid problem deyildir, çünki, elm, mədəniyyət işçilərinin , elmin müxtəlif sahələrinin, humanitar biliklərin qarşılıqlı əlaqəsi olmadan bu problemi həll etmək qeyri-mümkündür.

Nəhayət, bizim daha bir alt seksiyamız bu sahədə elmi axtarış problemlərinə, mültikulturalizm mövzusunda debatlara həsr ediləcəkdir.

Bildiyimiz kimi, ictimai elmlərdə bu istiqamətin taleyinə münasibətlər müxtəlifdir. Tamamilə ziddiyyətlidir – bu istiqamətləri bütünlüklə qəbul etməkdən, bütünlüklə inkar etməyə qədər. Həmişə olduğu kimi, həqiqət bu iki mövqe arasındadır, lakin həmin həqiqət, ola bilsin ki, ortada deyil, ifrat mövqelərdə deyil. Şübhəsiz ki, idrak nəzəriyyəsi baxımından bu həm də mültikulturalizm problemidir, ona görə ki, bu sahənin fəlsəfi aspektləri qnoseoloji baxımdan müzakirə ediləcəkdir.

Bizim sabah müzakirə etmək niyyətində olduğumuz mövzuların siyahısı belədir. Ümid edirəm ki, bu müzakirələr problemin özünün inkişafına birbaşa töhfə olacaqdır.

Yəqin siz forumun təşkilatçıları üçün bizim səhər iclasından sonra başa düşdünüz ki, bu ideyanın özünü yaradanların hamısı üçün bu problem əsas problemlərdən biridir. O, müasir humanitar elm və müasir humanitar praktika üçün mühüm problemlərdən biridir. Ona görə də bu problem Bakıda keçirilən Birinci Beynəlxalq Humanitar Forumda müzakirələrdə yer almışdır.

Çox sağ  olun.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku