ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçinin çıxışı

Möhtərəm İlham Heydər oğlu!

Möhtərəm Sergey Yevgenyeviç!

Hörmətli forum iştirakçıları!

Həmkarlarım!

 «XXI əsr: ümidlər və çağırışlar» Bakı beynəlxalq humanitar forumunun təntənəli açılış toplantısında iştirak etmək Moskva Universitetinin nümayəndə heyəti üçün böyük şərəf və etimaddır.

Belə mötəbər toplantıya təbrik sözləri ilə müraciət edərkən, tarixi əməkdaşlı­ğımızın mərhələlərini yaddaşımda canlandıraraq, Rusiya və Azərbaycanın vətəndaş və elmi cəmiyyətlərinin yaxınlığına, elm və təhsil məktəblərinin birgə nailiyyətlərinin rəngarəngliyinə bir daha valeh oluram.

Rusiya ilə Azərbaycanın əməkdaşlığı tarixi, əsasən, ölkələrimizin alimlərinin yaradıcılıq və birgə iş tarixçəsidir.

Belə ki, zəngin tarixə malik, Azərbaycanda tədris müəssisələrinin flaqmanı, hazırda respublikada mütərəqqi ideyaların və milli şüurun məşhur elmi mərkəzi olan Bakı Dövlət Universiteti belə əməkdaşlığın reallaşdırılmasına gözəl örnəkdir. Universitetin alimləri Azərbaycan Elmlər Akademiyasının təşkilində fəal iştirak etmişdir: Neft-kimya Prosesləri Elmi-tədqiqat İnstitutu moskvalı professorlar Nikolay Dmitriyeviç Zelinski və Aleksey Aleksandroviç Balandinin, Azərbaycanda neft kimyasının banisinin görkəmli tələbəsi Yusif Heydər oğlu Məmmədəliyevin adını daşıyır. Respublikanın bir çox ali tədris müəssisəsi üçün Rusiya ali məktəbləri ilə münasibətlər inkişaf və tərəqqinin dayağı və təməli olmuşdur.

Universitetlərimizin əməkdaşlıq səhifələri saysız-hesabsızdır. Moskva və Bakı Dövlət universitetlərinin Kimya fakültələri arasında fəal inkişaf etməkdə olan birgə layihələri qeyd etmək istərdim. Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məmmədəli oğlu Məhərrəmov vaxtilə MDU-nun professoru akademik Nikolay Sergeyeviç Zefirovun rəhbərliyi altında Kimya fakültəsində namizədlik dissertasiyası müdafiə etmişdir. Hüquq, iqtisad elmləri, humanitar elmlər sahələrində fəal əməkdaşlıq etməkdəyik, bu gün universitetimizdə Azərbaycandan tələbələr, aspirantlar və müəllimlər təcrübə keçirlər.

Mən təhsil aldığımız, işlədiyimiz, ilk elmi nəticələr əldə etdiyimiz dövrü yada salıram, burada – Bakıda Azərbaycanın görkəmli riyaziyyatçıları – dünyada tanınmış alim, funksional analiz məktəbinin banisi Zahid Xəlilov, tətbiqi riyaziyyat və mexanika sahəsində görkəmli alim Fərəməz Maqsudov, xüsusi törəməli diferensial tənliklər və funksional analiz üzrə mütəxəssis Məcid Rəsulov, Cəlal Allahverdiyev və bir çox başqaları ilə keçirdiyimiz konfransları həyəcanla xatırlayıram. Riyaziyyatçılarımızın əməkdaşlığı bu gün də durmadan inkişaf etməkdə və möhkəmlənməkdədir.

Hörmətli həmkarlarım!

Biz hamımız Avrasiya məkanında yaşayırıq. Bu yaxınlarda Avrasiya Universitetlər Assosiasiyası 20 illiyini qeyd etdi. 20 il bundan əvvəl MDU-nun akt zalında SSRİ Universitetlər Assosiasiyasının təsis qurultayı keçirildi. Qeyd etmək istərdim ki, azərbaycanlı həmkarlarım bu təşkilatın yaradılmasında iştirak etmişlər və Bakı Dövlət Universiteti onun təsisçilərindən biridir. İki il bundan əvvəl burada – Bakıda, Bakı Dövlət Universitetində biz Avrasiya Universitetlər Assosiasiyasının İdarə heyətinin toplantısını keçirdik və toplantıda bizim Assosiasiyamızla Xəzəryanı Universitetlər Assosiasiyası arasında əməkdaşlıq haqqında saziş imzalandı.

Əməkdaşlıq etdiyimiz bütün dövr ərzində Azərbaycan üçün onlarla görkəmli mütəxəssis, professor, elmlər doktorları, akademiklər yetişdirən, yüzlərlə birgə məqalə və monoqrafiya, onlarla elmi kitab çap etdirən, Moskva Universiteti bu gün də həmin ali missiyanın yerinə yetirilməsi istiqamətlərində səylərini davam etdirməkdədir. Hazırda biz müxtəlif istiqamətlər üzrə əməkdaşlıq templərimizi fəal şəkildə artırmaqdayıq və çeşidli birgə layihələr gerçəkləşdiririk ki, bu sahədə ən parlaq hadisələrdən biri Bakıda MDU-nun Filialının yaradılması olmuşdur.

2007-ci ildən sonra Moskva Universiteti ilə Azərbaycan arasında münasibətlərin tamamilə yeni bir səviyyəyə yüksəlməsini qeyd etmək mənim üçün xüsusilə xoşdur və mən bu barədə danışmaq istəyirəm. 2007-ci ilin may ayında mən Bakıda səfərdə oldum. Səfərin gedişində Prezident İlham Heydər oğlu Əliyevlə görüşüm baş tutdu ki, həmin görüşdə Bakıda MDU-nun Filialının yaradılması ideyası yarandı və bu fikrin həyata keçirilməsi və inkişaf etdirilməsinin perspektivləri müzakirə olundu. Qeyd etmək istəyirəm ki, Prezident bu ideyaya hərtərəfli dəstək verdi və 15 yanvar 2008-ci ildə İlham Əliyev Bakı şəhərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması haqqında Sərəncam imzaladı. İcazə verin, möhtərəm İlham Heydər oğlu, bu taleyüklü qərara görə Sizə dərin minnətdarlığımı bildirim. 3 istiqamət – riyaziyyat, tətbiqi riyaziyyat, kimya, rus və roman-german filologiyası üzrə ilk tələbə qəbulu 2008-ci ilin iyul ayında həyata keçirildi və biz uğurla işə başladıq.  2009-cu ilin fevral ayında Bakıda MDU-nun Filialının rəsmi açılış mərasimi oldu və onda Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev və Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Yevgenyeviç Narışkin iştirak etdilər. Elə həmin vaxt MDU Filialının yeni binasının təməlinin qoyulmasının təntənəli mərasimi keçirildi, artıq may ayında isə Bakı filialında yeni, dördüncü istiqamətin – psixologiya ixtisasının açılması barədə razılaşma əldə edildi. Hazırda Filialda Moskva Universitetinin proqramları üzrə, təxminən 265 tələbə təhsil alır.

Mən səmimi şəkildə əminəm ki, ölkələrimizin alimləri, ziyalıları arasında münasibətlər həmişə dostluq əlaqələrinin, dövlətlərimiz arasında qarşılıqlı səmərəli tərəfdaşlıq xalqlarımız arasında dostluq münasibətlərinin inkişaf etməsi və gələcəkdə də inkişaf etməsinin təməli olacaqdır.

Bugünkü çıxışımı bitirərkən bir daha Moskva Universitetindən bütün Forum iştirakçılarına ən səmimi arzuları çatdırmaq və burada iştirak edənlərin hamısını dövlətlərimizin inkişafı üçün gələcəkdə də əlimizdən gələni etməkdə qəti qərarlı olduğumuza bir daha əmin etmək istəyirəm.

Diqqətinizə görə təşəkkür edirəm!

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku