ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin çıxışı

Hörmətli xanımlar və cənablar, əziz həmkarlar və dostlar!

Hörmətli İlham Heydər oğlu!

İcazə verin, ilk növbədə Sizə və bu forumu belə yüksək səviyyədə təşkil etmiş, forum iştirakçılarını əsl səmimiyyət və qonaqpərvərliklə qəbul edən həmkarlarınıza təşəkkürümü bildirim.

Biz ürəkdən sevinirik ki, birinci Bakı Beynəlxalq Humanitar Forumu dünya intellektual elitasının nümayəndələrinin diqqətini cəlb etmişdir. Bunu o fakt da bir daha təsdiq edir ki, bu gün plenar iclasda və yeddi dəyirmi masada müzakirə ediləcək mövzu son dərəcə aktualdır. Mübaliğəsiz deyə bilərəm ki, müzakirə edəcəyimiz məsələlər bəşəriyyətin planetdə mövcudluğunun fundamental istiqamətlərinə aiddir.

Rusiya Federasiyasının  Prezidenti Dmitri Medvedev Forum iştirakçılarına təbrik teleqramı ilə müraciət etmişdir. Mən onun teleqramının mətnini məmnuniyyətlə oxuyuram:

“Əziz dostlar, Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarını və qonaqlarını ürəkdən salamlayıram. İki ölkə ictimaiyyətinin təşəbbüsü ilə çağırılmış və dünyanın bir sıra dövlətlərinin elm və mədəniyyət xadimlərinin diqqətini cəlb etmiş bu forum Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilir.

Müasir dünyada humanitar əməkdaşlıq çox böyük sabitləşdirici rol oynayır. O, davamlı inkişafa şərait yaradır, ölkələr arasında münasibətlərə müsbət təsir edir və iqtisadiyyat, elm və mədəniyyətdən başlamış hüquq siyasəti və təhlükəsizliyin təmin edilməsi məsələlərinə qədər insan fəaliyyətinin demək olar ki, bütün sahələrini əhatə edir.

Son onilliklərin elmi kəşfləri dünya və insan haqqında, təbii-elmi və humanitar biliyin nisbəti haqqında təsəvvürləri ciddi dəyişmişdir. Bakı forumunda həm elmin inkişafının fəlsəfi məsələləri, həm də dünyada mövcud olan iqtisadi modellərin humanitar aspektləri, müasir biotexnologiyalarda etika problemləri və bir sıra başqa aktual problemlər müzakirə ediləcəkdir.

Humanitar əməkdaşlığı haqlı olaraq “yumşaq qüvvə” adlandırırlar, çünki o, ölkələri və xalqları ədalət və tolerantlıq, həmrəylik və qarşılıqlı hörmət dəyərləri əsasında birləşdirməklə sivilizasiyaların dialoqundakı maneələri aradan qaldırmağa kömək edir. Bütün bunlar xalq diplomatiyası və elm, təhsil, səhiyyə, incəsənət sahələrində müştərək proqramların reallaşdırılması üçün geniş imkanlar açır. Bu sahələr insanların mənəvi tələbatına çox həssas və yaxındır.

Son illərdə beynəlxalq münasibətlərin humanitar məzmun kəsb etməsinə tələbat getdikcə daha çox hiss edilir. Yaradıcı elitaların səmərəli əməkdaşlığına nümunə olan yeni dövlətlərarası mexanizmlər yaranır. Əlbəttə, yeni humanitar məkanın formalaşmasına sanballı töhfə verən ictimai təşəbbüslər və hərəkatlar xüsusi rol oynayır. Əminəm ki, Bakı Forumu onların arasında öz layiqli yerini tutacaqdır.

Forumun bütün iştirakçılarına səmərəli iş diləyir, ən xoş arzularımı bildirirəm.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev”.

Hörmətli forum iştirakçıları! Həyat göstərmişdir ki, müasir siyasətdə humanitar aspektlərin əhəmiyyəti ilbəil artır və getdikcə daha dərin, elmi və fəlsəfi dərk tələb edir. İqtisadi  inkişaf məsələlərini həll edərkən, bioloji təbabət, energetika sahələrində, informasiya-telekommunikasiya sektorunda texnologiyalar yaradarkən bunların dəyərlər sisteminə və insanın özünün varlığına necə təsir edəcəyi, insanın həyat  tərzini nə dərəcədə dəyişəcəyi, onun sosial, mənəvi və dini tələbatının təmin edilməsinə necə təsir göstərəcəyi barədə aydın təsəvvür olmadan ötüşmək qeyri-mümkündür. Təsadüfi deyildir ki, son onilliklərdə dünya birliyi təhsilin, mədəniyyətin inkişafına xüsusi diqqət yetirir və onları təkcə şəxsiyyətin tərbiyəsinin, insanın hüquq və azadlıqlarının təmin edilməsinin ən mühüm amilləri deyil, həm də dövlətin davamlı inkişafının güclü amili hesab edir. Bütün bunlara görə biz humanitar strategiyaların işlənib hazırlanmasına son dərəcə məsuliyyətlə yanaşmalı, onların iqtisadi və sosial tərkib hissələrini nəzərə almalıyıq.

Oxşar mövzular bu yaxınlarda Ulyanovskda keçirilən forumda müzakirə edilmişdir. Həmin forumda əsas diqqət mədəniyyətin modernləşmə resursları kimi nəzərdən keçirilməsinə yönəldilmişdi. Əminəm ki, burada, Bakıda humanitar aspektlərin müasir həyata çoxtərəfli təsiri barədə geniş və məzmunlu diskussiya keçiriləcəkdir.

Şübhəsiz, istənilən fəaliyyət növündə subyektiv insan amili bu fəaliyyətin aralıq və son nəticələrinə təsir göstərir. Bundan əlavə, milli həyat tərzi, konfessional və digər ənənələr insanların və dövlətin sosial, elmi və iqtisadi praktikasına çox təsir edir.

Nəhayət, milli dəyər oriyentirləri elmi təfəkkürün bu və ya digər istiqamətlərinin inkişafında labüd surətdə əks olunur. Bu, o cümlədən bəzi elmi fənlərin inkişafını təşviq edən və digərlərini məhdudlaşdıran qadağalar sistemində də ifadə oluna bilər. Ən səciyyəvi nümunələrdən biri bəzi ölkələrdə icazə verilmiş, digər ölkələrdə qadağan edilmiş planlaşdırma sahəsində tədqiqatlara münasibət məsələsidir. Sirr deyildir ki, elmi biliklər dünya haqqında təsəvvürləri genişləndirməklə bərabər, çox vaxt insan və onu əhatə edən gerçəklik haqqında formalaşmış təsəvvürlər sistemi ilə münaqişəyə girirdi. Uzun əsrlər boyu belə olmuşdur.

Böyük alimlərin fitri qabiliyyəti nə qədər güclü olsa da onların cəmiyyət tərəfindən qəbul edilməsi sosiumun yeni nəticələri qavramağa hazır olub-olmamasından xeyli dərəcədə asılı idi. Təsadüfi deyildir ki, təbiət elmlərinin həyat elmləri ilə əlaqələndirilməsi ən mühüm meyillərdən biridir. Müasir psixoloq və sosioloq sadəcə olaraq fiziklərin, kimyaçıların və ya riyaziyyatçıların araşdırmalarının nəticələrini öyrənmir, həm də elmi axtarışlar prosesində onlarla sıx əməkdaşlıq edir. Müasir dünya olduqca mürəkkəb, hədsiz dərəcədə müxtəlif və sosial baxımdan mütəhərrikdir. Ona görə də onun ümdə problemlərinin dərk edilməsinə fənlərarası yanaşma bizim reallığı tam nəzərdən keçirməyimizə imkan verər, inkişafa və məhdud idarə mövqeyindən yanaşmadan, bəsitləşdirmədən çəkinməyə kömək edər.

Məncə, bu günlər ərzində Bakıda aparılacaq peşəkar diskussiyalar təkcə elmi mühitdə deyil, həm də dövlətlərimizin ictimai-siyasi praktikasında əks-səda doğurmalıdır. Burada, Azərbaycan torpağında xüsusi qeyd etmək istərdim ki, bizim iki ölkənin – Rusiya və Azərbaycanın münasibətlərində humanitar əməkdaşlığa həmişə böyük diqqət yetirilmişdir və yetirilməkdədir. Azərbaycan bizim etibarlı və köhnə tərəfdaşımızdır, onunla bərabər elm, təhsil, mədəniyyət sahələrində onlarca müştərək layihələr həyata keçirilmişdir. Rəmzi haldır ki, bu beynəlxalq forumda Müstəqil Dövlətlər Birliyi ölkələrinin əksəriyyətinin nümayəndələri də iştirak edir. MDB çərçivəsində “Tarixi-mədəni irs ili” elan edilmiş il başa çatmaqdadır. Azərbaycan və Rusiya prezidentlərinin humanitar mövzuda çıxışları məcmuəsinin nəşri məxsusi olaraq bu foruma həsr edilmişdir. Əminəm ki, bu nəşr siyasətçilər, politoloqlar, elm, mədəniyyət, təhsil sahələrində çalışanlar, ən geniş oxucu dairələri üçün maraqlı olacaqdır.

Forumun bütün iştirakçılarına səmərəli, maraqlı iş, xoşbəxtlik və firavanlıq arzulayıram. Sağ olun.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku