ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun çıxışı

Zati-aliləri!

Ali məclisin hörmətli iştirakçıları, xanımlar və cənablar!

Əvvələn, Rusiyadan olan bütün həmkarlarım kimi mən də bu forumun belə gözəl təşkilinə, qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə, azərbaycanlı həmkarlarımızın hamısına təşəkkür etmək istərdim. Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev burada iştirak edir. Ona ayrıca təşəkkür edirəm ki, biz bu forumda iştirak edə bilmişik.

Bilirsinizmi, bir vaxtlar, bəlkə 40 il bundan əvvəl mən böyük rus kimyaçısı Mendeleyevin bir cümləsini oxumuşdum. O vaxt məni çox heyrətləndirmiş həmin frazanın məzmunu belə idi: “Elm insan həyatının rahatlığı üçün lazımdır”. Bu fikir məni sarsıtmışdı, çünki o vaxt mən hesablayıcı maşınların operatoru vəzifəsində işləyirdim və əmin idim ki, elm bizim həyatımıza tamamilə başqa keyfiyyət gətirir.

Mənim çox xoşladığım daha bir ifadə var. İstedadlı yazıçı İlya İlfin çox maraqlı bir frazası var: “İnsanlar düşünürdülər ki, onlar fikirlərini uzaq məsafəyə ötürməyi öyrənəndə ümumi xoşbəxtlik dövrü başlanacaqdır”. İndi budur, radio var, amma xoşbəxtlik yoxdur. Eyni sözlər bazar iqtisadiyyatına və ya planlı iqtisadiyyata da aiddir. Biz həmişə düşünürdük ki, planlı iqtisadiyyat və ya bazar iqtisadiyyatı olsa ac insanlar olmayacaqlar. Axı biz planlı iqtisadiyyat dövrünü də yaşamışıq, indi bazar iqtisadiyyatı dövründə yaşayırıq, ac adamlar isə var. Onlar necə vardılarsa, elə də qalmışlar.

Mən bunları ona görə deyirəm ki, siz bizim burada nə üçün toplaşdığımızı qiymətləndirəsiniz. Çünki insan həyatının, sizinlə bizim həyatımızın, bu zalda əyləşənlərdən hər birinin həyatının fundamental problemlərini sadəcə elmi və texnologiyanı inkişaf etdirməklə, sadəcə iqtisadi inkişaf, sosial praktika və sair modellər yaratmaqla həll etmək mümkün deyildir. Onsuz da bizim həyatımızda elə fundamental problemlər vardır ki, onlar heç kəsdən asılı deyildir. Bizim həmin problemləri necə həll etməyimiz bütün sosial praktikaların inkişafına çox təsir göstərir.

İş burasındadır ki, bu gün bütün ictimai strukturlar, hətta elmi texnoloji konseptlər də israr edirlər ki, biz dəyişikliklərə uyğunlaşmalıyıq. Bunlar çox ciddi və fundamental məsələlərdir, ona görə ki, bu gün elmin inkişafı, sosiumun inkişafı, onun böhranları, eniş-yoxuşları saysız-hesabsız əsəbiliklərə səbəb olur. Biz inkişaf etməkdə olan dünyada yaşayırıq. Bilirik ki, indi Kainat sürətlə inkişaf edir, biz bir növ vakuumda yaşayırıq. Biz bilirik ki, hər şeyə qadirik, bizdə internet və başqa imkanlar vardır. Lakin gələcəyə inam getdikcə azalır.

XX əsrin əvvəlində Çexov “Üç bacı” pyesində bir cümlə yazmışdır. Bu gün sağlam düşüncəli heç bir yazıçı belə şey yazmaz. O yazırdı: “200-300 ildən sonra burada filankəslər yaşayacaqdır və s.”. Axı heç bir normal yazıçı 200-300 ildən sonra nə olacağı barədə yazmaz. Ona görə ki, o, sabah nə olacağını bilmir. Mən bu barədə yalnız ona görə danışıram ki, sizin diqqətinizi bizim toplaşdığımız forumun aktuallığına cəlb edim. İlk baxışda buraya müxtəlif adamlar – siyasətçilər, iqtisadçılar, həyat haqqında elmlə məşğul olan alimlər toplaşmışlar. Və hər kəs, ümumiyyətlə desək, nə isə özünə aid məsələ barədə danışır. Kimi kompyuter şəbəkələrindəki viruslardan danışır, kimi deyir ki, əgər elektrik enerjisi olmasa, biz sadəcə olaraq hesablama apara bilməyəcəyik, çünki hamımız vurma cədvəlini unutmuşuq. Bu, aşkar faktdır: elektrik işığı kəsilsə mağazada heç bir satıcı sizin ödədiyiniz çek məbləğini hesablaya bilməyəcəkdir. Ona görə ki, onlar nə şifahi hesablamağı bacarır, nə də yazılı. Lakin bu, bizim gündəlik həyatda üzləşdiyimiz  məsələlərdir. Ola bilsin ki, bu mülahizələrin kəsişməsində hansısa yeni bilik yaranacaqdır.

Mənim yaşıdlarım keçmiş kommunist dövrünün adamlarıdır. Bir bolqar müəllifin “Mən sənə işıqlı keçmiş vəd edirəm” adlı bir pyesi vardı. Bax biz  həmin vəd edilən işıqlı keçmişin adamlarıyıq və biz bilirdik ki, fənlərarası elmlər üzrə konfranslar deyilən tədbirlər vardır.

Elmlərin qovşağında yeni biliklər yaranır. Problem ondan ibarətdir ki, eyni istiqamətin daxilində riyaziyyatçılar indi bir-birini başa düşmür, çünki onlar qeyri-adi dərəcədə ixtisaslaşmışlar. Mən hələ fiziklər, kimyaçılar və başqaları haqda danışmıram. Buna görə də bu, əlbəttə, ən ciddi problemlərdən biridir və əslində bu forum onların xatirinə mövcud olmalıdır. Elə bir meydan olmalıdır ki, vəziyyətin ağlasığmaz dərəcədə sürətlə dəyişməsi kontekstində insan həyatının bəzi fundamental aspektlərini müzakirə etməyi sınaqdan keçirmək olsun.

Bilirsinizmi, əslində heç bir təzə şey yoxdur. Bax bizim sabah toplaşacağımız bu məkan postmodernist cəmiyyətdə, postmodernist mədəniyyətdə ənənəvi dəyərlərin mövcud olması problemi ilə bağlıdır. Bilirsinizmi, anlayışların və imkanların saxtalaşdırılması, mənaların təhrif edilməsi problemi həmişə mövcud olmuşdur. Hələ Assuriya-Babil mifləri yazılan dövrdə kimlərsə pisə yaxşı, yaxşıya pis demək istəyirdi. Həmişə elə qüvvələr vardır ki, onlar demək istəyirlər: bizim yaşadığımız dünyada bütün anlayışlar saxtalaşdırılmışdır. Biz, sovet adamları Bulqakovu oxuyur və heyrətlənirdik ki, Voland şər ilə xeyrin vəhdəti və bütün anlayışların saxtalaşdırılmasıdır. Hötenin “Faust” əsərini oxuyun, orada bunların hamısı haqqında yazılmışdır. İnsan həmişə ağa qara, qaraya isə ağ demək seçimi qarşısında qalır. Həmişə onun daxilində elə qüvvələr tapılır ki, onu buna inandırmaq istəyir. Platonun “Protaqor” əsərindən bir epizod yadıma düşür. Sokrat deyir: “Siz başa düşməlisiniz ki, alverçilər bədən üçün zərərli olan keyfiyyətsiz yemək satdıqları kimi, bilik satıcıları da özlərinin düzgün hesab etdiklərini satırlar, siz isə nəyin sizə xeyirli olub-olmamasını özünüz seçirsiniz”. Siyasətçilər haqqında da eyni sözlər deyilmişdir. Onlar özləri üçün sərfəli olan şeyləri satırlar, siz isə, uşaqlar, nəyin sizə xoş gəldiyini, xeyirli və ya xeyirsiz olduğunu özünüz seçin. Mənim fikrimcə, bu məkan elə bunun xatirinə mövcud olmalıdır. Ona görə ki, iqtisadçılar, yazıçılar, riyaziyyatçılar, kimyaçılar, fiziklər çox nadir hallarda bir yerə toplaşır və bizim bu dünyada ümumiyyətlə nə üçün yaşamağımız və nə üçün əziyyət çəkməyimiz barədə söhbət edirlər. Bəlkə öz həyatımızı nə isə başqa cür sərf edər, bəlkə hər halda sevinmək yaxşıdır.

Mən hörmətli azərbaycanlı həmkarlarıma bu cür səmimi qəbul üçün, belə ilıq hava üçün bir daha təşəkkür etmək istəyirəm. Biz bu dünyaya elə bunun üçün, Günəşə, dənizə baxıb sevinmək üçün gəlirik… Təşəkkür edirəm.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku