ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında

2013 Ш Bakı Beynəlxalq Humanitar Forumunun çərçivəsində 1900 preditors sq meter garden plant “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında” mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masanın rəhbərləri  Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,  Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla;  Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya XİN xüsusi tapşırıqlar üzrə səfiri, sənətşünaslıq doktoru  Mixail Şvıdkoy;  Avropa Parlamentinin üzvü Silvana Kox-Mehrin  (Belçika). cheap nike free run sale

“Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında” mövzusunda dəyirmi masanın iclasını Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,  Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla açdı. O, hazırkı forumun əhəmiyyətini vurğulayaraq, onun iştirakçılarına uğurlu və səmərəli iş arzuladı. Açılış mərasiminin fəxri qonaqları Serbiyanın eks-prezidenti Boris Tadiç, Latviyanın  eks-prezidenti Valdis Zatlers, Rumıniyanın eks-prezidenti Emil Konstantinesku öz çıxışlarında qoyulmuş problemlərin aktuallığını, müxtəlif mədəniyyətlər və dinlərin nümayəndələrinin vahid bir cəmiyyətdə dinc yaşamasında, təhlükəsizliyin təmin edilməsində,  dinlərarası dialoq və Avropa mədəni irsinin, müxtəlif dini konfessiyalar arasında əməkdaşlıq çərçivəsində  multikulturalizm siyasətinin rolunu qeyd etdilər. black nike free run cheap

İSESKO-nun  Baş direktoru Əbdül- Əziz Usman Əl-Tuvayrсi öz çıxısında müasir cəmiyyətdə siyasi korrektlik və plyuralizm mövzusuna toxundu.

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniLacoste Womens Lacoste two əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya XİN xüsusi tapşırıqlar üzrə səfiri, sənətşünaslıq doktoru  Mixail Şvıdkoy forum iştirakçılarını salamlayaraq onlara uğurlar arzuladı. O,   müasir dövrdə, xalqların  genişmiqyaslı miqrasiyası  şəraitində  multimədəni cəmiyyətin qurulmasında forumun gedişatında işlənib  hazırlanacaq  praktik tövsiyələrin vacibliyini qeyd etdi. nike free run sale

Sonra “Multikulturalizm və cəmiyyətdə inteqrasiya problemləri” seksiyasının iclası başlandı.

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru professor İlham Məmmədzadə, Kaliforniya Dövlət Universitetinin Psixologiya kafedrasının professoru Kevin MakDonald, Rusiya Federasiyası YUNESKO işləri üzrə Komissiyasının məsul katibi Qriqori Orconikidze iclasın moderatoru idilər.

İtaliyanın keçmiş Baş prokuroru Vitaliano Espozitonun “Cinayət hüququ və multikulturalizm çağırışları”, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun “Dini tolerantlıq sosial kapital kimi: Azərbaycanda sosial həmrəyliyin  unikal modeli”, Avstriya şahzadəsi Letisiya Françeska Reusun “Dünya mədəniyyəti bu gün şüurda necə əks olunur?”, Milli Məclisin (Azərbaycan parlamenti) deputatı, AŞPA-nın rasizm və ksenofobiya məsələləri üzrə Alt Komitəsinin sədri, Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sahibə Qafarovanın “Azərbaycan – multikulturalizm və tolerantlıq məkanı”, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyevanın “Multikulturalizm milli özünüdərkin birləşdirici amili kimi”, Siyena Universitetinin professoru, Siyena şəhər (İtaliya)  tribunalının hakimi Françesko Banyaininin “İmmiqrasiya və multkulturalizm: utopiya, təhlükə və ya imkanlar”, Malta parlamentinin fəxri sədri Maykl Frendonun “Multikulturalizm və vətəndaşlıq: ümumi dəyərlərin şərhi”, Ukrayna Milli Elmlər Akademiyasının Ümumdünya Tarixi İnstitutunun elmi katibi, dosent Viktoriya Soloşenkonun “Avropa ölkələrində inteqrasiya və multikulturalizmin siyasətinə çağırışlar”, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru professor İlham Məmmədzadənin “Multikulturalizm və cəmiyyətdə inteqrasiya problemləri”, Şimali Karolina (ABŞ) Dövlət Universitetinin Fəlsəfə və din fakultəsinin professoru Marina F. Bıkovanın “Siyasətdə əxlaq: Kantın siyasətə yanaşması və onun əxlaqla  siyasətin  vəhdətinə çağırışı”, Ukrayna Milli Elmlər Akademiyasının Ümumdünya Tarixi İnstitutunun direktoru, professor Andrey Kudryaçenkonun “Müasir Avropada və Ukraynada İslam: çağırışlar, durum və perspektivlər”, Qırmızı Xaç cəmiyyətinin  Bolqarıstandakı  eksperti Olqa Əl-Əhmədin: “Multikulturalizm və cəmiyyətdə inteqrasiya problemləri” adlı məruzələri dinlənilmişdi.

Məruzəçilər qloballaşan cəmiyyətlərin həyatının mədəni identiklik və şəxsiyyət məsələlərini, tolerantlığın səviyyəsinin artıması, dinlərarası dialoq sahəsində əməkdaşlıqlar, sosial dövlətin qurulması, müasir dünyada miqrasiya və millətlərarası münaqişələr problemləri kimi vacib məqamları qeyd etdilər.

Sonra forumun fəaliyyətində fasilə elan edildi. Fasilədən sonra “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında” mövzusunda dəyirmi masa  öz işini “Özünəməxsus və mədəni-milliidentiklik” adlı seksiyada davam etdi. Seksiyanı  Ukrayna Mədəniyyət nazirinin birinci müavini  Timofey Koxan, İohann Quttenberq adına Maynts   Universiteti Şərqşünaslıq seminarının rəhbəri, Türkologiya üzrə professoru Hendrik Bushoten, Bakı Slavyan Universiteti Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, ISCH (Mədəniyyət tarixi beynəlxalq cəmiyyəti) təsisçi-üzvü, professor  Rəhilə Qeybullayeva idarə edirdi. Konfrans zamanı Rusiya Elmlər Akademyası  Sibir şöbəsi Fəlsəfə və Hüquq   İnstitutunun elmi işlər üzrə direktor müavini, Etnososioloji tədqiqatlar bölməsinin müdiri, professoru Yuri Popkovun, “Sərhədsiz dünya” fondunun prezidenti Andrey Kiselyovun “Mədəniyyətlərarası  əlaqə tərəqqi və dünya üçün informasiya vasitəsi kimi”,  Roma Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Ferdinando Nelli Feroçinin “Multikulturalizm, milli identiklik və miqrasiya axınları problemi”, Nyu-Bransuik Universiteti (Kanada)  Müqəddəs Con adına İctimai elmlər kafedrasının  professoru Rikardo Duçesnenin “Multikulturalizmin Kanada modeli barədə”, Bakı Slavyan Universiteti Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, ISCH (Mədəniyyət tarixi beynəlxalq cəmiyyəti) təsisçi-üzvü, professor  R.Qeybullayevanın “Folklor və siyasət və ya milli kimlik identifikasiyası elementləri siyasi gündəmdə: vernal equinox bayramları”, Yarmuk Universiteti (İordaniya)  professoru  Həni Həyəcninin “Qeyri-maddi mədəni irsin və mədəni müxtəlifliyin qarşılıqlı təsir dinamikası”   Milli Məclisin Deputatı, BSU-nun İngilis filologiyası kafedrasının müdiri dosent Sevinc Fətəliyevanın, “Multikulturalizmdə intehqrasiya modelinin təhqidi təhlili”, Rusiya Elmlər Akademiyası Sibir şöbəsi Humanitar Tədqiqatlar və azsaylı Şimal  xalqlarının problemləri İnstitutunun  (Rusiya) Etnososiologiya bölməsinin müdiri Vanda İqnatyevanın  “Şimal türkləri – saxalar: qloballaşma dövründə etniklik və mədəni reprezentasiyalar”,   İnsan hüquqları üzrə İtaliya Helsinki Komitəsinin prezidenti (İtaliya) Antonio Stanqo  “Dəyişən dünyada universal dəyərlər və regional yanaşmalar” mövzularında  məruzələr dinlənilmişdir.

Çıxış edənlər tərəqqi və dünya üçün yeni informasiya vasitələrinin yaranması və multikultiral cəmiyyətin qurulması üçün ünsiyyətin funksional təyinatına, qaçqın axının tənzimlənmə problemlərinə və onların Avropa cəmiyyətinə inteqrasiyasına,  maddi və qeyri-maddi mədəniyyətlərin  mədəniyyət məsələrinə və həmçinin, mədəni irsin formalaşmasının sosial sahələrinə diqqət vermişlər.

Nahar fasiləsindən sonra “Mədəniyyətlərarası dialoq (interkulturalizm) dəyər konsensusu məkanı kimi” seksiyasının iclası keçirildi. Bu iclasın moderatorları   YUNESKO üzrə Türkiyə Milli Komissiyanın İdarə Heyətinin üzvü Harun Tepe, Rusiyanın Birinci Prezidenti B.N.Yeltsin adına Ural Federal Universiteti Avropa araşdırmaları kafedrasının müdiri, professor Aleksandr Nesterov və millət vəkili, AŞPA Rasizm və ksenofobiya məsələləri üzrə alt komitəsinin sədri, Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru,  professor Sahibə Qafarova idilər. Rumıniya Xarici işlər Nazirliyində Dövlət katibi Stajarel Olarunun “Mədəniyyətlərarası dialoq (interkulturalizm)” dəyər konsensusu məkanı kimi” məruzəsi, Qazaxıstan Respublikasının Birinci Prezidentinin Muzeyinin müdiri Alma Sağınqalinın “Qazaxıstan cəməyyərinin tolerantlığı dəyər konsensusunun təmin edilməsi kontekstində”, Moskva Dövlət Linqvistik Universiteti Ədəbiyyat kafedrasının müdiri, professor Aleksandr Bondarevin “Polisentrizm – çoxmədəniyyətliliyin dialoji forması kimi”, Bakı Slavyan Universiteti Avropaşunaslıq kafedrasının müdiri, dosent Sevda Axundovanın  “Tolerantlıq multikultural cəmiyyətin mənəvi imperativi kimi”, Roma Sapiensa Universiteti, professor Maqda Padaçenin “İnterkulturalizm: dinamik yanaşma”, “NESS” şirkətinin interqrasiya məsələləri üzrə meneceri, Beynəlxalq əlaqələr departamentinin rəhbər,  “İsrail – Azərbaycan” Beynəlxalq Assosiasiyası (AZİZ) idarə Heyətinin üzvü Arye Qutun “Azərbaycanda multikulturalizm və tolerantlıq: İsraildən baxış” adlı məruzəsi, Peruca Universiteti Beynəlxalq münasibətlər tarixi kafedrasının dosenti Lorenso Mediçinin “Multikulturalizm insan hüquqları və beynəlxalq münasibətlər” adlı məruzəsi, Əcnəbi tələbələrin qəbulu şöbəsinin müdiri, Sileziya Universiteti (Polşa) Katovitsa Coana Laskovskanın “Universitetlərin beynəlmiləlləşməsi qarşılıqlı anlaşmanı dəstəkləyən  proses kimi” məruzəsi, Moskva Dövlət Linqvistik Universiteti Ədəbiyyat kafedrasının müdiri professor Aleksandr Bondarevin “Polisentrizm – çox mədəniyyətliliyin dialoji forması kimi” adlı məruzəsi və digər məruzəçilərin məruzələri dinlənildi.

Bu bölmənin iclasında ön planda polisentrizmin və mədəniyyətliliyinin yüksək səviyyəsinin müxtəlif aspektləri müzakirə olunmuş,  təhsilə qoyulmuş investisiyaların artmasının zəruriliyi, həmçinin,  Azərbaycan cəmiyyətində müxtəlif xalqların mədəni irsinə göstərilən qayğı və həssas münasibət, sülhün və tolerantlığın qorunması problemləri qeyd olunmuşdur.

Sonda  Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,  Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla  çıxış etdi. O, forumun işində iştirak edənlərə minnətdarlığını bildirdi və daha sonra yekun sənədi – Bakı Beynəlxalq Humanitar Forumunun  Deklarasiyasını müzakirə və qəbul etməyə dəvət etdi.

Yekun nitqində  Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya XİN xüsusi tapşırıqlar üzrə səfiri, sənətşünaslıq doktoru  Mixail Şvıdkoy çıxış etdi. Dəyirmi masa iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyevə forumun yüksək səviyyədə təşkilinə və onun keçirilməsi üçün yaratdığı şəraitə görə minnətdarlıq  bildirdi.

Müzakirədən sonra yekdilliklə Forumun Qətnaməsi qəbul olundu.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku