ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Qloballaşan informasiya məkanında medianın aktual məsələləri

Azərbaycan Respublikası 2013-cü il oktyabrın 31-i – noyabrın 1-də çox mühüm bir tədbirə – Üçüncü Bakı Beynəlxalq Humanitar Forumuna uğurla ev sahibliyi etmişdir.

Rəsmi açılış mərasimindən, plenar iclasdan və 8 “dəyirmi masa”dan ibarət olan Forumun işində 70 ölkədən, nüfuzlu beynəlxalq təşkilatlardan nümayəndələr, həmçinin sabiq dövlət başçıları, Nobel mükafatı laureatları, görkəmli elm və siyasət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak etmişlər. Forumun həmsədrləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putindir.

Forumun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və dərin məzmunlu nitqi tədbirin ictimai-siyasi, elmi-fəlsəfi mahiyyətini daha da artırmışdır. Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu sırf humanitar çərçivədən çıxaraq bəşəriyyəti narahat edən məsələlərin bütün spektrlərinin müzakirə edildiyi bir platformaya çevrilmişdir. Forumda humanitar mövzuların geniş coğrafiyasına toxunulmuş, inkişafın müasir mərhələsində bəşəriyyətin üzləşdiyi problemlərin həlli yolları araşdırılmışdır. Bütün bu məsələlər Beynəlxalq Forumun bəyannaməsində geniş əksini tapmışdır.

Beynəlxalq Forumun rəsmi informasiya dəstəyini Azərbaycan tərəfdən AzərTAc, Rusiya tərəfdən İTAR-TASS agentlikləri təmin etmişlər.

Forumun gündəliyindəki “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzusunda “dəyirmi masa” AzərTAc-ın təşkilatçılığı ilə keçirilmişdir.

 “Dəyirmi masa”nın gündəliyindəki məsələlərin hər biri ayrıca paneldə müzakirə edilmişdir. Birinci paneldə müasir medianın yeni texnologiyaların tətbiq edilməsi üçün əlverişli zəmin olması məsələləri, ikincidə müxtəlif xalqlar, irqlər, mədəniyyətlər, dinlər və sosial qruplar arasında qarşılıqlı anlaşmanın daha da aktuallaşdığı yeni minillikdə insanların bir-birini daha yaxşı tanımaları və başa düşmələri məsələsində, dözümlülüyün möhkəmlənməsində jurnalistikanın rolu, üçüncüdə isə ənənəvi informasiya sənayesi ilə sürətlə inkişaf edən sosial media arasında əlaqələr müzakirə edilmişdir.

“Dəyirmi masa”da dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, nüfuzlu media qurumlarının rəhbərləri, ekspertlər, Azərbaycanın ali təhsil ocaqlarının jurnalistika fakültələrinin professor-müəllim heyəti, tələbələr iştirak etmişlər.

Birinci panelə Rusiyanın İTAR-TASS Agentliyinin Baş direktorunun birinci müavini – şef redaktor Mixail Qusman moderatorluq etmişdir.

Paneli açan AzərTAc-ın Baş direktoru Aslan Aslanov tədbirin gündəliyinə daxil edilmiş məsələlərin diapazonunun kifayət qədər geniş olduğunu söyləmişdir. A.Aslanov demişdir ki, bizim peşəmizdə yüksək texnologiyaların nailiyyətlərindən geri qalmamaq və gündəlik işimizdə onları vaxtında inteqrasiya etmək çox vacibdir. Texnoloji tərəqqi peşəkar fəaliyyətimizin xarakterinə güclü təsir göstərir. İnternet və yaxın vaxtlara qədər mövcud olmayan sosial şəbəkələr indi artıq gündəlik işimizin ayrılmaz atributuna çevrilmişdir.

İTAR-TASS-ın Baş direktorunun birinci müavini–şef redaktor Mixail Qusman müzakirə olunan mövzunun əhəmiyyətindən danışaraq bildirmişdir ki, XXI əsr mediası keçmişdəki media ilə çox fərqlənir və sosial jurnalistika artıq sosial platforma yaratmaqdadır.

Sonra panel məruzələrlə davam etmişdir. Böyük Britaniyanın “Allting Ltd.” şirkətinin sədri, şair-dramaturq Devid Perri, ABŞ-ın Kolumbiya Universitetinin Yaxın Şərq İnstitutunun dosenti Devid Kemeron Katel, Türkiyənin Anadolu Agentliyinin Baş direktoru və idarə heyətinin sədri Kamal Öztürk, Rumıniyanın AGERPRES Agentliyinin Baş direktoru Aleksandru Giboy, Qazaxıstanın Kazinform Agentliyinin Baş direktoru Dauren Diyarov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev yeni media və müasir çağırışlar, xəbər istehsalı sahəsində modern texnologiyaların tətbiqinin genişləndirilməsi, müasir mərhələdə informativ-kommunikativ texnologiyaların KİV-lərin imkanlarının artmasına təsiri və s. mövzularda məruzələrlə çıxış etmişlər. Məruzələr ətrafında maraqlı diskussiyalar olmuşdur. Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova məruzələrdə söylənən fikirlərə münasibət bildirmişdir.

Kolumbiya Universitetinin Yaxın Şərq İnstitutunun dosenti Devid Kemeron Katelin moderatorluğu ilə keçən ikinci paneldə ABŞ-ın Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokorun, AzərTAc-ın Baş direktoru Aslan Aslanovun, Argentina Milli Konqresinin Deputatlar Palatasının üzvü Yuliya Argentina Peryenin, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyevin, Moldovanın “Kişinyovski obozrevatel” qəzetinin baş redaktoru, “MLD Media” Araşdırmalar Mərkəzinin direktoru İrina Astaxovanın, Rusiyanın “Rossiya” televiziya kanalının nümayəndəsi Marina Kimin, Bakı Dövlət Universitetinin müəllimi Aynur Kərimovanın, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Yadigar İmamverdiyevin məruzələri dinlənilmişdir. nike cortez sale

Çıxışlarda sivilizasiyalararası dialoqun inkişafında, tolerantlığın, müxtəlif xalqlar, dinlər arasında qarşılıqlı anlaşmanın təbliğində kütləvi informasiya vasitələrinin rolundan bəhs edilmişdir. Bildirilmişdir ki, qloballaşma dövründə bəşəriyyətin qarşısında duran təhlükəsizliyə təhdidlərin sayı və miqyası artır. Bu təhdidlərin öhdəsindən gəlmək, ziddiyyətlərin, münaqişələrin qarşısını almaq üçün qlobal səviyyədə daha çox səy göstərmək lazımdır. Buna isə sivilizasiyalar arasında dialoq şəraitində nail olmaq mümkündür. Bildirilmişdir ki, bu məsələlərdə kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür.

“Dialoq tolerantlığın açarıdır. Multikulturalizm dəyərlərinin tətbiq vasitəsi kimi KİV-lərin rolu” mövzusunda məruzə ilə çıxış edən Aslan Aslanov demişdir ki, cəmiyyətdə multikulturalizmin, tolerantlıq ideyalarının, müxtəlif xalqlar, irqlər, mədəniyyətlər, dinlər arasında dialoqun təbliğində, fəaliyyət göstərdikləri ölkələrdə tolerant şüurun formalaşmasında, ekstremizmin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və zorakılığın yayılmasının qarşısının alınmasında kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür.

Rumıniyanın AGERPRES Agentliyinin Baş direktoru Aleksandru Giboyun moderatorluğu ilə keçən üçüncü paneldə Ukraynanın “Uryadovı Kuryer” qəzetinin baş redaktoru Sergey Braqa, Estoniyanın “Postimees” qəzetinin redaktoru Siqrid Kiyv, Rusiya Dövlət Sosial Universitetinin Minsk filialının professoru Kiril Şevçenko, Belçikada fəaliyyət göstərən Siyasət məsələləri üzrə Avropa Mərkəzinin analitiki və icraçı inzibatçısı Amanda Paul, Bakı Slavyan Universitetinin müəllimi Səbinə İzzətli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekan müavini, dosent Sevinc Əliyeva məruzələrlə çıxış etmişlər. cheap nike cortez

Məruzələrdə sosial şəbəkələrin müasir cəmiyyətin transformasiyasında rolu və onun dünya miqyasında siyasi proseslərə təsiri, cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilmiş internet və sosial şəbəkə ilə medianın gələcəyinin necə olacağı, informasiya agentliklərinin bu sektorda başlıca rolunu nə dərəcədə qoruyub saxlaya biləcəyi məsələlərinə diqqət yetirilmişdir.

Diskussiyalarla davam edən paneldə multimedia texnologiyalarının müasir dövrdə gündəlik reallıqlarımızdan birinə çevrildiyi bildirilmişdir.

Çıxış edən digər natiqlər Bakı Beynəlxalq Humanitar Forumunun qlobal miqyasda mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycanın humanitar məsələlərlə bağlı bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinin əhəmiyyətini vurğulamış, Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etmişlər.

“Dəyirmi masa” boyu AzərTAc-ın “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində çəkilmiş videomateriallar nümayiş etdirilmişdir.

Forumun Bəyannaməsi “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzusunda “dəyirmi masa”da müzakirə edilmiş və yekdilliklə qəbul olunmuşdur.

nike cortez trainers

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku